Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu N.Axundov adına 1 № -li tam orta məktəbdə Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi keçirilmişdir

01 may 2013 | 15:00

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq müxtəlif istiqamətlərdə silsilə tədbirlər keçirilmişdir. “Mən azərbaycanlıyam!”, “Heydər Əliyev və Azərbaycan” adlı inşa yazılar yazdırılmışdır. “Xalq üçün döyünən ürək” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda həm müəllimlər,  həm də şagirdlər məruzələrlə çıxış etmişlər.
      Mövzu ilə əlaqədar olaraq müəllimlərimiz açıq dərslər təşkil etmişlər. Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq internet səhifəsi açılmış və məlumatlar yerləşdirilmişdir. 90 illik  yubileylə əlaqədar “Böyük ömrün dastanı” adlı bədii-qiraət müsabiqəsi keçirilmişdir. Müsabiqədə Zəlimxan Yaqubun və Zahid Əzizin seirlərindən istifadə olunmuşdur. “Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı” adlı foto-kitab sərgisi nümayiş etdirilmişdir.
      “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii, musiqili tədbir təşkil olunmuşdur. Tədbirdə Heydər Əliyevin məşəqqətli həyat yolu ətraflı işıqlandırılmışdır. Foyedə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilmişdir.
       Yubileylə əlaqədar olaraq Fəxri xiyabana ziyarət təşkil olunmuşdur.

Keçidlər