Nəsimi rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbulda
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir.
Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil məsələsi, köhnə tikililərin pilot layihəyə salınması, qəzalı vəziyyətdə olan binalar, dam örtüyünün təmiri, asfalt örtüyünün təmiri barədə müraciətlər etmişlər. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlar, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə həyta keçirilən islahatlar, həmçinin Nəsimi rayonunda da görülən işlər barədə danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.