Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 9 noyabr – Bayraq gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir

09 noyabr 2019 | 16:00

Noyabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti Mudafiə Nazirliyinin N saylı hərbi hissəsində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə  Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə  tədbir keçirdi.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan hərbi qulluqçu,  polkovnik leytenant.Zaur Həmidov  tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara  yeni-yeni uğurlar arzuladı. Natiq onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını  təbrik edərək bildirdi ki,  Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək dövlət statusuna malik olmuşdur.Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.  

Prezident İlham Əliyev xalqımızın mənəvi dəyərlərinə və dövlət rəmzlərinə böyük önəm verir. Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı gününün təsis olunması bunun bariz nümunəsidir. Ökə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlıda, Lələtəpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağına əminliyini bildirdi.

Daha sonra Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək tədbirdə iştirak edən hərbiçiləri təbrik edərək, onlara hərbi xidmətlərində uğurlar arzuladı. Qürur  mənbəyimiz olan üç rəngli bayrağımızın tezliklə Qarabağın hər bir guşəsində dalğalanacağını əminliklə bildirdi.

Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırıldı.

Daha sonra tədbir Milli Konservatoriya tərkibində Musiqi Kollecinin nağaraçılar qrupunun və xalq çalğı alətləri ansanblının, incəsənət ustaları- Şahin İsmayilovun, Rövşən Əzizin iştirakı ilə konsert proqramı ilə  davam  etdi.

Keçidlər