Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı sakinlərin səyyar qəbulunu keçirmişdir

12 noyabr 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinlənilmişdir.

Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması və mənzil növbəsinə götürülmə,  məktəbin yaxınlığında əlil piyadalar üçün xüsusi şərait yaradılması, köhnə tikililərin pilot layihəyə salınması, qəzalı vəziyyətdə olan binalar, asfalt örtüyünün təmiri barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlar, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə həyta keçirilən islahatlar,  həmçinin Nəsimi rayonunda da görülən işlər  barədə danışılmışdır. Müraciətlərdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə olkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər