Nəsimi məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına yola düşdülər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 13-16 noyabr 2019-cu il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəblilərinin Gəncə-Şəmkir - Göygöl rayonlarına səfərləri ilə əlaqədar 13 noyabrda yola salınma mərasimi keçirildi.
Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildirdilər. Yola salma mərasimində çıxış edənlər məktəblilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salındılar.