Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Süleymanova Sara, Dünyamalıyeva Xədicə, Ağayev Fərhad, İmamquliyeva Xanım, Vəliyev Məcnun, Cavadova Könül və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətin abadlaşdırılması, asfalt örtüyünün təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolun işıqlandırılması, zəbt olunmuş ümumi istifadə yerlərinin çəpərlərdən təmizlənməsi, dam örtüyünün təmiri barədə müraciətlər edərək təkliflər irəli sürmüşlər.
İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən ardıcıl, irimiqyaslı işlər ətraflı qeyd edilmiş, sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər barədə məlumatlar verilmişdir.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.