Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Gül bayramı keçirilmişdir

03 may 2013 | 15:00

Azərbaycanın hər bir yerində Ümummilli liderimiz Heydər Əliyevin doğum günü həmişə böyük təntənə ilə qeyd edilir. Artıq bir neçə ildir ki, bu əlamətdar hadisə ilə əlaqədar paytaxtımızda Gül bayramları keçirilir. Ulu öndərimizin 90 illiyi ilə bağlı builki Gül bayramları xüsusilə seçilir.
Bakının Nəsimi  rayonunda keçirilən Gül bayramı möhtəşəmliyi ilə seçilirdi. S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda keçirilən tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını bayram münasibətilə təbrik etdi. O bildirdi ki, bütün şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur. Biz hər il öz xilaskarımız və müstəqil dövlətimizin qurucusunun doğum gününü belə gözəl bayramla qeyd edir və ona dərin ehtiramımızı göstəririk. Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir.
Parkda sərgilənmiş gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, plakat, panno və müxtəlif əl işləri hamını heyran etdi. Bayramda rayondakı təhsil müəssisələrinin hazırladıqları 6 minə yaxın əl işləri nümayiş etdirilirdi. Bu işlərdə 50 mindən artıq güldən istifadə edilmişdi.  Gül bayramı  açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradırdı. 5, 9, 23, 44,  46,  54, 152 saylı tam orta məktəblərin, “Qərənfil”, “Buta”, 96, 108 saylı körpələr evi – uşaq bağçalarının təqdim etdikləri kompozisiyalar xüsusi maraq doğurdu. Bu əsərlər yaradıcılarının böyük istedadından və özünəməxsus fantaziyasından xəbər verirdi. Nümayiş etdirilən işlər Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən yüksək qiymətləndirildi.
Rayondakı 7 və 20 saylı musiqi məktəbləri, H.Sarabski adına Mədəniyyət evi  kollektivi, respublikamızın tanınmış müğənniləri tərəfindən böyük konsert proqramı nümayiş etdrildi. Gözəl mahnılar və şux rəqslər əsil bayram ovqatı yaradırdı.
Tədbirdə Milli Məcilisin deputatı Ziyad Səmədzadə iştirak edirdi.

Keçidlər