Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti “Abad həyət”lər sakinlərin istifadəsinə verildi

29 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, küçə və səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Rayon ərazisində,  xüsusilə 1-5-ci mikrorayonlarda “Bizim həyət” və “Abad həyət”  layihələri çərçivəsində  140-a yaxın həyət və binaların yenidən qurulması, əsaslı təmir işləri aparılmışdır.

Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklar əsaslı təmir olunur, yeni parklar və yaşıllıq zolaqları salınır, binaların həyətlərinə  yeni skamyalar, söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov  küçəsi 34, 38, 42  və 46 saylı binaların əhatə etdiyi məhəllələrdə növbəti 4 “Abad həyət”   sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanlardakı binaların fasadları, dam örtükləri əsaslı təmir edilmiş, blok girişləri, blok qapıları və pəncərələri yenilənmiş, girişlərin pilləkənləri və divarları əsaslı təmir olunmuş, avtomobillərin saxlanması üçün yerlər təşkil edilmişdir.  Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri  üçün  söhbətgah və oturacaqlar quraşdırılmışdır.

“Abad həyət”lərdə  uşaqların  asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman-fitnes qurğuları quraşdırılmış, həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhələri yaradılmışdır. Məhəllələrdə yaşıllaşdırma işləri aparılmış, qazonlar və həyətlərə həmişəyaşıl ağaclar əkilmişdir.Binaların həyətlərində asfaltlaşma və  təmizlik işləri aparılmış,tamet döşənmiş,  bardyurlar qoyulmuş mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır. Yeni yaradılmış “Abad həyət”lərdə müasir işıqlandırma dirəkləri quraşdırılmışdır.

Yenidən qurulmuş həyətlərin   sakinləri  aparılan abadlıq və yaşıllaşdırma işlərinə, yaradılan rahatlığa   görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

 

 

Keçidlər