Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
Dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ədəd ağacın əkilməsi təşəbbüsünə Nəsimi rayonu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval ruhiyyəsi ilə ağacəkmə aksiyası keçirilib.
Nəsimi rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun müxtəlif yerlərində yerləşən parklarda, bağlarda, o cümlədən Cavadxan küçəsindəki yaşıllıq zolağında, Mir Cəlal küçəsindəki parkda bayram coşqusu ilə keçirilib.
Nəsimi rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 850 nəfər adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə aksiyasında 2000-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar, 3000 ədəd dekorativ gül kolları əkilib, ətraf ərazilər tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, 2500 ağaca qulluq edilərək budanıb, dibləri yumşaldılıb.
Mir Cəlal küçəsindəki parkda Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibindəki Musiqi Kollecinin tələbələrinin ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib. “Nəsimi könüllüləri” və gənclər milli musiqi sədaları altında yallı gedib, rəqs etdilər.Daha sonra ağacəkmə aksiyasında iştirak edənlər parkda çaya və milli şirniyyata qonaq edilib