Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin yeni inzibati binası istifadəyə verilmişdir.

20 dekabr 2019 | 16:00

Bu gün Nəsimi RİH başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin yeni inzibati binası istifadəyə verilmişdir. Tədbirdə iştirak edən RİH başçısı Asif Əsgərov nümayəndəliyin iş otaqlarına baxış keçirərək yaradılmış şəraitlə  tanış olmuşdur. Qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq 2012-ci ildə yaradılmış Nəsimi Rayon İcra Hakimiyyətinin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası olmamışdır. Sakinlərə xidmət göstərilməsinə lazımi şəraitin yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlər aparılaraq ərazisində 90 min nəfərə yaxın   sakinin yaşadığı 1 nömrəli Sahə İƏD nümayəndəliyi üçün 20 Yanvar küçəsi 19 b ünvanda inzibati bina istifadəyə verilmişdir. İnzibati binanın yaxın ətrafındakı 1100 kv.m. sahə abadlaşdırılmışdır. 19b, 21b, 23, 25, 27 saylı binaların əhatəsində yerləşən bu ərazinin sakinləri abadlıq işlərinə  görə razılıqlarını bildirmiş, nümayəndəliyə yaradılan şəraitin sakinlərin müraciətlərinin operativ həllinə yönəldilən tədbirlərdən olduğunu qeyd etmişlər.

Keçidlər