Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə görüş keçirilib

28 dekabr 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək Həmrəylik Gününün qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, əlamətdar günün tarixi əhəmiyyətindən və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu günün xüsusi rolundan danışıb. Qeyd edib ki, 1991-ci ilin 16 dekabırında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam  etdirir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda Ümummilli Lider     Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış,      demokratik təsisatlar möhkəmləndirilmişdir.    

Qeyd olunmuşdur ki, son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənmiş, əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılmış, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuşdur.

Çıxışının sonunda İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, qaldırdıqları problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını birdirdilər.

Tədbirin sonunda 700-dən artıq ailəyə müxtəlif çeşidli  ərzaqlardan ibarət bayram sovqatları verilmişdir. 

Keçidlər