Nəsimi rayonundakı 1 saylı Körpələr - Uşaq Evində bayram tədbiri keçirilmişdir
Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evinə ziyarət təşkil edilmişdir. Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş,burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün hər cür şərait yaradılmışdır.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara bayram sovqatları və hədiyyələr təqdim edilmişdir.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və körpələr evinin kollektivi Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.