Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi məktəbliləri Yeni il şənliyində

06 yanvar 2020 | 16:00

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin qış tətili günlərində orta məktəb şagirdləri üçün keçirilən  mədəni kütləvi tədbirlər davam etdi.

Tədbirlərin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, aztəminatlı ailələrdən, Qarabağ veteranı ailələrindən olan bir qrup məktəblinin Əl oyunları İdman sarayında  keçirilən Yeni il şənliklərində iştirakları təmin edilmişdir.. Bayram tədbirində   Şaxta baba və Qar qız  Yeni il yolkası ətrafinda uşaqlarla görüşdü,  şən rəqslər edərək maraqlı oyunlar keçirildi.

Keçidlər