Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciətlərini dinlədi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərlə görüşərək müraciətlərini dinləmişdir. Sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirərək, bir sıra məsələlərlə, o cümlədən, mənzil növbəsinə götürülmə və mənzil şəraitinin yaxşılaşdırılması, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması, yaşayış binalarının damından çənlərin yığışdırılması, abadlıq məsələləri ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Tədbirdə sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinləri maraqlandıran digər məsələlərlə bağlı söhbət aparılmış, onlara Yeni il ilə bağlı xoş arzular çatdırılmışdır.