Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür

24 yanvar 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, Azər Əliyev  küçəsi ərazisində sakinlərlə görüşmüşdür. O, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Eyni zamanda istilik  xəttinin təmiri,  su xəttindəki nasazalığın aradan qaldırılması, səkinin genişləndirilməsi ilə bağlı qaldırılan məsələlər müzakirə edilmişdir.

Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər