Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür
28 yanvar 2020 | 16:00
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ərazisində sakinlərlə görüşmüşdür. O, sakinlərin müraciətlərini dinləmişdir. Eyni zamanda idman meydanşasının, seyrəngahların qurulması, həyətin abadlaşdırılması, binaların giriş dəhlizlərində zəbt olunmuş ümumi istifadə sahələrinin boşaldılması, ağacların budanması ilə bağlı qaldırılan məsələlər müzakirə edilmişdir.
Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.