Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbulda

05 fevral 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlərdən  Yaqut Şirinova, Daniel Süleyman, Stella Babayeva, Yalçın Əmirbəyov, Tünzalə Novruzova və  digərləri  bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil məsələsi, yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq pilot layihələrə salınması, qəzalı vəziyyətdə olan binalar, həyətin işıqlandırılması, dam örtüyünün təmiri, ağacların budanması barədə müraciətlər etmişlər.

Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan,  Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır.Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər