Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2019-cu il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə HESABATI

13 fevral 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2019-cu il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə  HESABATI (foto şəkillər)

1-ci hissə

2-ci hissə

2019-cu il Azərbaycanın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində mühüm uğurlarla yadda qaldı. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, ölkədə həyata keçirilən sosial layihələrin heç biri dayandırılmadı. Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi təşəbbüsü, həmçinin Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrin reallığa çevrilməsi, ölkə daxilində mühüm sosial-iqtisadi infrastrukturların inşası verilən vədlərin vaxtında yerinə yetirildiyini təsdiqləyən faktlardır.
2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qeyd etmişdir ki, keçən il dünyanın bütün bölgələrində müxtəlif səbəblərdən gərginliyin artmasına və sabitliyin pozulmasına baxmayaraq, Azərbaycan Respublikası sabitlik məkanı kimi inkişaf etmiş, 2019-cu il ölkəmiz üçün uğurlu il olmuş, qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. Eyni zamanda, bildirilmişdir ki, il ərzində ölkəmizə 40-dan çox ölkənin dövlət və hökumət başçıları səfər etmiş, ölkə rəhbərliyinin qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri olmuşdur. Bakıda dünya miqyaslı böyük beynəlxalq təşkilatların zirvə görüşləri keçirilmiş və Qoşulmama Hərəkatının Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi Azərbaycan öz üzərinə götürmüşdür. Bundan başqa, UNESKO-nun Dünya İrs Komitəsinin Azərbaycanda keçirilən sessiyasında Şəki Xan Sarayı və Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Göstərilənlər Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə möhkəmlənməsinin, dünya dövlətlərinin ölkəmizə rəğbətinin genişlənməsinin və onun qüdrətli bir ölkə kimi qiymətləndirilməsinin bariz nümunəsidir. Hamıya məlumdur ki, sabitliyi təmin etməyən, iqtisadi və təşkilati imkanları məhdud olan, dünya sivilizasiyasına töhfələr verməyən hər hansı ölkədə bir ildə bir neçə böyük mötəbər beynəlxalq tədbiri keçirmək mümkün deyil. Belə olmasaydı, keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresində bu təsisatın növbəti tədbirinin 2022-ci ildə Rio-de-Janeyro, Dehli və Sinqapurda yox, məhz Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməzdi. Bütün bunlar onu sübut edir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı çox qısa bir zamanda Ümummilli Lider Heydər Əliyevin və onun siyasi varisi hörmətli Prezidentimiz İlham Əliyev cənablarının çox uğurlu və uzaqgörən siyasəti nəticəsində böyük inkişaf yolu keçmiş, ölkə əhalisinin, dünya dövlətlərinin və beynəlxalq təşkilatların yüksək etimadını qazanmışdır.
Əlbəttə, bu etimadın əldə edilməsi hər şeydən əvvəl bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz cənab İlham Əliyevin 16 illik Prezidentliyi dövründə elmi əsaslarla formalaşdırdığı və qlobal çağırışlara uyğun olaraq daim təkmilləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ilə əlaqədardır. Bunu 1993-cü ildən indiyə kimi və həm də 2019-cu ildə görülən işlərin nəticələri də təsdiq edir. Belə ki, müşavirədə qeyd edildiyi kimi, aparılan iqtisadi siyasət, büdcə vəsaitindən səmərəli istifadə, dayanıqlı və davamlı inkişafın təmin edilməsi sayəsində ölkəmizin valyuta ehtiyatları rekord həddə - 51 milyard dollara çataraq adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan hazırda MDB məkanında birinci yeri tutur.
2018-ci ilə nisbətən keçən il ümumi daxili məhsulda 2,2 faiz, o cümlədən qeyri-neft sektorunda 3,5 faiz artımın əldə edilməsi, qeyri-neft sektorunda sənaye istehsalının 14 faiz, kənd təsərrüfatının 7 faiz artması ölkəmizdə iqtisadiyyatın bütün sahələrində dinamik inkişafın davam etməsini, iqtisadiyyatın neftdən asılılığının getdikcə azalmasını göstərir.
İqtisadi inkişafın təmin edilməsi ölkə əhalisinin rifahının yüksəlməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün geniş imkanlar açır. Müşavirədə bununla əlaqədar cənab Prezident demişdir: “Vergi və gömrük orqanlarında aparılan islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır. Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla geri qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.
Göründüyü kimi, Möhtərəm Prezidentimizin ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanması barədə dəfələrlə dediyi sözlər həmişə olduğu kimi, keçən ildə də reallaşdı. Bu da bir daha onu təsdiq edir ki, ölkəmizdə büdcə gəlirləri düzgün bölünür və bu məsələdə ilk öncə Azərbaycan vətəndaşının rifah halı nəzərə alınır.
Müşavirədə cənab İlham Əliyev ölkəmizdə keçən il sosial infrastrukturla bağlı görülən işlər barədə danışaraq bu sahəyə bundan sonra da diqqət və qayğı ilə yanaşmağın vacibliyini qeyd etdi. O, həmçinin bildirdi ki, ölkəmizdə iqtisadi inkişafın təmin edilməsində əsas istiqamətlərdən biri turizmin genişləndirilməsidir. Bunun üçün respublikamızın bütün bölgələrində böyük potensial var və biz bu potensialdan səmərəli istifadə etməliyik. Eyni zamanda, vurğulandı ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi”nin əsas hissəsi olan TANAP qaz kəmərinin keçən il istismara verilməsi böyük tarixi hadisədir. Bu dəhlizin sonuncu mərhələsi olan TAP layihəsi üzrə işlərin 90 faiz yerinə yetirilməsi bu il “Cənub qaz dəhlizi”nin bütövlükdə fəaliyyət göstərəcəyinə əminlik yaradır. Bu qaz kəmərinin işə düşməsi Azərbaycanın bir çox Avropa ölkələri ilə iqtisadi əlaqələrini möhkəmləndirməklə yanaşı, həm də respublikamıza xeyli valyuta axınını təmin edəcəkdir. Bu isə onu deməyə əsas verir ki, Heydər Əliyevin formalaşdırdığı və cənab İlham Əliyevin daim təkmilləşdirdiyi neft-qaz strategiyasının reallaşması ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və vətəndaşlarımızın sosial rifah halının daim və uzun müddət yaxşılaşdırılması üçün geniş imkanlar yaradır.
Hörmətli Prezidentimiz giriş nitqində hazırda ölkə ictimaiyyətinin gündəlik müzakirə mövzusuna çevrilmiş mülkiyyətin sığortalanması məsələsinə də öz münasibətini bildirdi. Qeyd olundu ki, respublikamızda bu sahədə böyük boşluqlar mövcuddur. Ona görə də vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışının dövlətimiz üçün əsas məsələ olması nəzərə alınaraq baş verən yanğın, təbii fəlakət və digər səbəblərdən əhaliyə dəyən ziyanın ödənilməsi yükünü dövlət öz üzərinə götürərək böyük məbləğdə büdcə vəsaiti sərf edir. Bununla yanaşı, İlham Əliyev cənabları bildirdi ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə işləri ilə bağlı çox ciddi addımlar atılmalıdır.
Həmişə olduğu kimi, bu müşavirədə də ölkəmizin siyasi, sosial və iqtisadi təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı məsələləri də müzakirə olundu.
Hörmətli Prezidentimiz bildirdi ki: “İqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolu var. Artıq mən burada qeyd etdim ki, növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvələr - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır”.
Müşavirədə diqqət çəkən məqamlardan biri də ölkəmizdə iqtisadi sistemin inkişafında texniki-texnoloji potensialın genişlənməsinin qarşıda duran ən öncül vəzifə olmasının və bu məqsədlə müasir texnologiyaya sahib investorların ölkəmizə cəlb edilməsinin qeyd edilməsidir. 
Müşavirədə xüsusi diqqət yetirilən məsələlərdən biri də ölkəmizdə istər yeniliklərin tətbiqində, istər məhsul istehsalında və istərsə də istehsal olunan məhsulların ixracının təşkilində əhalinin və sahibkarların maarifləndirilməsinə böyük ehtiyacın olmasıdır. Bunu cənab Prezidentin evlərin və əmlakın sığortalanması ilə bağlı görüləcək işlər sırasında əhalinin maarifləndirilməsi üçün müvafiq işlərin həyata keçirilməsini önə çəkməsi də təsdiq edir. Müşavirədə o da vurğulandı ki, bir çox hallarda keyfiyyətli mal və məhsullara malik olduğumuz halda da xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik və bacarıq çatışmır.
Ölkə rəhbəri keçirdiyi bütün görüşlərdə və müşavirələrdə gələcək inkişafımızın müasir texnologiyaların və innovasiyaların tətbiqi və səmərəli istifadəsi ilə bağlı olduğunu dəfələrlə vurğulamışdır. Belə olan halda maarifləndirmə işinə diqqət daha böyük önəm daşıyır və bunun davamlı olması zərurətini yaradır. Ona görə də müşavirədə hörmətli Prezidentimiz əhalinin və sahibkarların müxtəlif məsələlərə dair maarifləndirilməsini çox önəmli məsələ kimi qeyd etmişdir.
Müşavirədə bir məsələyə də tam aydınlıq gətirildi. Ermənistanın baş naziri ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edərək belə qənaətə gəlir ki, guya keçən il Ermənistan bir neçə parametrlərə görə Azərbaycanı üstələyir. Bununla bağlı İlham Əliyev cənabları bildirdi ki, belə bir fərziyyənin heç bir əsası yoxdur və bunu sübut etməyə də ehtiyac yoxdur. Bununla yanaşı, hörmətli Prezidentimiz beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan və Ermənistan haqqında əks olunmuş məlumatlardan istifadə edərək Azərbaycanın Ermənistanı ayrı-ayrı bütün parametrlər üzrə çox böyük fərqlə üstələdiyini bildirdi və Ermənistanın baş nazirinin yalanlarını darmadağın etdi. Bununla da Ermənistanın heç vaxt Azərbaycanı keçə biləcək imkanının olmaması hamı üçün aydın oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müşavirədə yekun nitqində qeyd etdi ki: “Bir sözlə, artıq bu gün aparılan müzakirələr həm keçən il görülmüş işlərə yekun vurur, eyni zamanda, bu il görüləcək işlərlə bağlı açıq-aydın mənzərə formalaşır. Əminəm ki, bu il də uğurlu olacaqdır”.
Bu müşavirə göstərdi ki, Azərbaycan Respublikası həqiqətən də bütün parametrlərə görə bölgənin qüdrətli dövlətidir və daha güclü dövlətə çevrilmək iddiasını reallaşdırmağa başlayıb. Bu onunla təsdiqlənir ki, müşavirədə qeyd olunduğu kimi Azərbaycan artıq kredit alan dövlətdən donor dövlətə çevrilib, bundan sonra kreditlər yalnız Azərbaycanda olmayan texnologiyaların gətirilməsinə sərf olunacaqdır. Ölkəmizdə əsas infrastruktur və kommunikasiya layihələri icra edilib, bu istiqamətdə olan xərclər bundan sonra əsasən əhalinin artımı ilə əlaqədar yeni layihələrə sərf ediləcək. Bu da imkan verir ki, ölkəmizin büdcəsi daha çox sosialyönümlü olsun və onun ümumi xərclərdə bu il 40 faiz təşkil edən xüsusi çəkisi bundan sonra getdikcə daha da yüksəlsin. Əgər əvvəlki müşavirələrdə kənd təsərrüfatının qarşısında əsasən ölkənin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına təmin etmək vəzifəsi qoyulurdusa, hazırda 10 milyon nəfərdən çox əhalisi olan və hər il 3-4 milyon turistin səfər etdiyi Azərbaycanda bu problem həll olunduğundan indi əsas vəzifə rəqabətədavamlı kənd təsərrüfatı xammalının emalını tam təşkil etməklə son istehlak malları ilə yeni xarici bazarlara çıxmaq vəzifəsi qoyulub. Hazırda ölkəmizdə pensiyaların təyinatı avtomatlaşdırılıb, kənd təsərrüfatında elektron tənzimləmə vasitəsindən istifadə yekunlaşmaq üzrədir, iqtisadi və sosial məsələlərin həllində “Bir pəncərə” prinsipinə uyğun xidmətlər göstərilir və onun əhatə dairəsinin getdikcə genişlənməsi təmin ediləcəkdir. Bütün bu vəzifələri isə yalnız ən güclü dövlətlər özlərinə rəva görürlər.   
Ölkəmizin hər yerində dinamik inkişaf, infrastrukturun  yeniləşdirilməsi, istehsal  müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən ildə Nəsimi  rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi  rayonu ötən il uğurlara imza atıb.  Rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilərək ötən ildə Nəsimi rayonun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunub. Rayonda sosial yönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsini yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər, həm də turizmin inkişafına böyük imkanlar yaradır.
2019-cu ildə rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı əlamətdar hadisə olmuşdur.
Fevral ayının 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub və  1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb. Hazırda burada 3 yaşadək 13 uşaq var.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünya görüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır. Heydər Əliyev Fondunun prezidentinin Nəsimi rayonundakı körpələr evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın buranın sakinlərinə nə dərəcədə həssaslıqla yanaşdığını, onlarla mütəmadi olaraq maraqlandığını bir daha nümayiş etdirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yer tutur. Bütün bunlar sübut edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların sosial məsələlərinin həlli, sağlamlığının qorunması, bu həssas qrupa daxil olanların vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində indiyədək bir çox vacib layihələr icra edib.
Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Fondun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib. Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.
Fevral ayının 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə də olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb. Məktəbin direktoru Seyfəddin Mustafayev Birinci vitse-prezidentə məlumat vermişdir.
Bildirilmişdir ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd olundu ki, məktəbin 23 sinif otağı var. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Burada, həmçinin informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına verilib. Təhsil ocağında əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 900 şagird təhsil alır. Onlardan 220-nə məktəbdə, qalanlarına isə evlərində fərdi qaydada dərs keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə 242 müəllim məşğul olur. Onlar daun sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.
Qeyd edək ki, Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı göstərən Heydər Əliyev Fondu onların intellektual inkişafı, sağlam vətəndaşlar kimi boya-başa çatmaları üçün mühüm tədbirlər həyata keçirir. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir. Bu dəfə də uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Fondun prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu müəssisəyə dəfələrlə baş çəkib, burada yaradılan şəraitlə maraqlanıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinlədi.
Fevral ayının 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Bakı şəhərinin, Nəsimi rayonu ərazisində yerləşən B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.
Müəssisə barədə məlumat verilərək bildirilmişdir ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda üç hissədən ibarətdir: klinika, mərkəzi qan bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir. İnstitutun elm hissəsində bu sahənin aktual problemlərinə həsr olunan tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri nüfuzlu yerli və xarici jurnallarda nəşr edilir. 2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.
Leyla xanım Əliyeva institutun mərkəzi qan bankında da olub. Bank donor qanının tədarükü, işlənilməsi, yoxlanılması və paylanması ilə məşğul olur. Mərkəzi qan bankının respublikada 8 bölməsi fəaliyyət göstərir. Burada nikaha daxil olan şəxslər talassemiyalara görə müayinədən keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə alan uşaqlarla görüşmüş, onlarla söhbət etmiş, uşaqların səhhəti, müalicəsi zamanı istifadə edilən üsullar ilə maraqlanmışdır. Qan xidməti üzrə Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində hazırda müalicə müəssisələrinin təhlükəsiz və keyfiyyətli qan və qan komponentləri ilə təmin edilməsi məsələsi həll edilib. Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi ildən-ilə donorların sayının və tədarük edilən qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb. Hazırda respublika üzrə donorların sayı 90 min 490 nəfərdir.
Aprel  ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. Dövlətimizin başçısı Bakı Dəmir Yolu Vağzalında Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxmışdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirmişdir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə martın 29-da Bakıya çatıb. Bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.
Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.
Aprel ayının 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin   4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb.
1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirmiş, bu dəstəyi hər zaman hiss etdiklərini söyləmişlər.
Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısının tapşırığı ilə salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir neçə ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir. Prezident İlham Əliyev paytaxtdakı binaların dam örtüklərinin təmiri və həyətlərin abadlaşdırılması barədə tapşırıqlarını verdi.
Dövlətimizin başçısı 19 noyabr 2019-cu il tarixdə metronun 28 May stansiyasının qarşısında vətəndaşlarla görüşmüş və orada yerləşən Dəmir Yolu Muzeyi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub. Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələsinə aid müxtəlif eksponatlar sərgilənir. Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.
      Prezident İlham Əliyev Dəmir Yolu Muzeyinə simvolik maket hədiyyə etmişdir.
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi  həyatında da öz əksini tapmışdır.
2019-cu  ilin dekabr ayının 23-də respublikamızda keçirilmiş bələdiyyə seçkilərində Nəsimi rayon ictimaiyyəti fəallıq nümayiş etdirmişdir. Mərkəzi Seçki Komissiyası tərəfindən 27 məntəqədə Web kamera  quraşdırılmışdır. 
Rayon ərazisinin müxtəlif yerlərində namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 78  xüsusi lövhələr quraşdırılmışdır. Seçkilərinin keçirilməsinə hazırlıqla əlaqədar RİH tərəfindən rayonda toplantı və seçicilərlə görüşlərin keçirilməsi üçün bağlı və  açıq yerlər müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-ci ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarına əsasən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış rayonda əhalinin siyahıyaalınmasına yardım komissiyasının tərəfindən məqsədyönlü işlər aparılmışdır.   3 Sahə İnzibati Ərazi Dairəsi üzrə əhalinin siyahıyaalınması üçün 17 siyahıyaalma məntəqəsi yaradılmışdır. İnzibati ərazidə 1-10 oktyabr tarixlərdə keçirilən Siyahıyaalınma uğurla başa çatdırılmışdır
        Rayonun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2019-cu ilin yanvar-dekabr ayları ərzində dinamik olmuşdur.    

2019-cu ilin yanvar-dekabr aylarında Nəsimi rayonunun
sosial, iqtisadi inkişafının makroiqtisadi
göstəriciləri
                                                     Sənaye
2019-cu ildə 581078,1 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2020-ci il vəziyyətinə 3183,9 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

          Tikint
2019-cu ilin yanvar-dekabr aylarında bütün  maliyyə mənbələri hesabına 229594,0 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
2019-cu ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1610923,1 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz çox artmışdır.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2019-cu ilin yanvar-dekabr aylarında 1133011,2 min manat, əsaslı təmir 220616,4 min manat, cari təmir 147528,4 min manat, sair tikinti  işləri isə 109767,1 min manat təşkil etmişdir.
Rabitə
2019-cu ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən 393656,6 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən  4,2 faiz artmışdır
.
                                                     Nəqliyyat
2019-cu ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 382493,4 min manat həcmində xidmət göstərilmişdir.            
                                    
                                                 İaşə dövriyyəsi
2019-cu ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 112653,1 min manat olmuşdur. Həcmin 45,9 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 51710 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 60943,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlər

Ödənişli xidmətlərin həcmi 2019-cu ilin yanvar-dekabr aylarında 733336,9 min manat təşkil etmişdir.
2019-cu ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən xidmətlərin 20,5 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmış və 105938,9 min manat təşkil etmişdir.
                                       
                                    İşçilərin sayı və əmək haqqı
2019-cu ilin yanvar-noyabr aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artmışdır.
2019-cu ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 16,9 faiz artmışdır.
                                                     Yeni iş yerləri
“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır
2019-cu ildə Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.  
Hazırda 25 ünvanla bağlı pilot layihələr üzrə köçürmə-söküntü və inşaat işləri davam etdirilir.
M.Qaşqay, Abbas Zamanov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının    tikintisi ilə əlaqədar 1-ci və 2-ci binanın 12-ci mərtəbəsində tikinti işləri başa çatıb (İcraçı-“Maşınqayıran” MTK). 
S.Rüstəm, R.Axundov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1A binanın tikintisi başa çatıb, mərtbələrdə hörgü, suvaq, santexnika, elektrik və s. işləri görülür.  2-ci binanın 13-cü mərtəbəsi tikilib. Aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika və s. işləri görülür. (İçraçı- “Pilot Həyat” MTK).
S.Rüstəm, İ.Həmidov, E.Tağızadə küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar A və B blokunun 16-cı mərtəbələri sakinlərə istifadəyə verilib, hər iki binanın ətrafında abadlaşdırma işləri aparılır. (İcraçı-“Draft  Construction”).
         Süleyman Rüstəm, Mikayıl Rəfili, Salatın Əsgərova küçələri və Azadlıq pr. əhatəsindəki  kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar köçürülməsi nəzərdə tutulan 5 mənzil və obyekt barəsində danışıq davam etdirilir. Tikiləcək 1-ci binanın təməlinin qazılması üçün hazırlıq görülür. ( İcraçı-“Draft Construction”).
Süleyman Rüstəm, Eldar Tağızadə, Vladislav Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki  kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar “C” blokunun 16-ci mərtəbəsi, ”A” və “B” blokunun 16-ci mərtəbəsində dam örtüyü işləri görülür. (İcraçı -“ Gold Construction”). 
Ağadadaş Qurbanov, Hüseynqulu Sarabski və  Bəsti Bağırova  küçələrinin  əhatəsindəki  kvartalda “Pilot” layihə olan   çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın dam örtüyü işləri gedir. 2-ci binanın isə 16-cı mərtəbəsi  tikilir. (İcraçı-“ARCHİCO” MMC).
N.Yusifbəyli, Mərdanov Qardaşları, Azər və Natiq  Novruzov Qardaşları, Mövsün Sənani küçələrinin  əhatəsindəki kvartalda “Pilot” layihə olan   çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 15-ci mərtəbəsi başa çatıb, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və fasad işləri yekunlaşmaq üzrədir. 2-ci binanın 11-ci mərtəbəsində işlər gedir, 3-cü binanın 2-ci mərtəbəsi tikilib. (q/y). (İcraçı - “REGAL” MTK).
Ak.Mirqasımov, S.Rüstəm, Xan Şuşinski və İ.Qasımov küçələrinin  əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsinin tikilməsi başa çatıb, bina daxilində hörgü, suvaq, santexnika, elektrik, təmir, binanın xaricində isə fasad işləri görülüb, 2-ci binanın 12-ci mərtəbəsində dəmir-qəlib işləri görülür. ( İcraçı-“Rifah Plaza” MMC).     
F.Qasımzadə, Xan Şuşinski və Ak.Mirqasımov küçələrinin əhatəsindəki  kvartalda “Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 16-cı mərtəbəsi başa çatıb, mənzillərdə təmir və fasad işləri görülür, 2-ci binanın 13-cü mərtəbəsində işlər gedir.     3-cü girişin 10-cu mərtəbəsi tikilir. (İcraçı-“Gözəl Bakı”MTK).
S.Vurğun, küçəsi 941-ci   kvartalda pilot layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsinin tikintisi başa çatıb, bina daxilində elektrik, santexnika, havalandırma və s işlər yekunlaşmaq üzrədir və fasadda işlər tamamlanıb. Həyətdə qaraj sahəsinin tikintisi gedir. (İcraçı-“Teymuroğlu”MMC).  
Ə.Qasımzadə, M.Qaşqay küçələrinin  əhatəsindəki   kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 16-cı mərtəbəsində dəmir-qəlib işləri görülür. 2-ci binanın 16-cı mərtəbəsi tikilir. (İcraçı-“Pearl Construction”MMC).
Ak.Mirqasımov, Süleyman Rüstəm, Q.Quluyev küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 15-ci mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s işlər görülür, 2-ci binanın 16-cı mərtəbəsi başa çatıb bina daxilində santexnika, elektrik, suvaq və s. işlər görülür, 3-cü binanın 15-ci mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s. işlər görülür, 4-cü binanın 14-cü mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s işlər görülür, 5-ci binanın 14-ci mərətəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s. tamamlanma işləri görülür. (İcraçı-“Azadlıq Residense” MMC). 
           Mirəli Qaşqay, Sahib Zeynalov, Mikayıl Rəfili küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 13-cü mərtəbəsi tikilib. (İcraçı-“Azəri Tikinti Şirkəti” MMC).
M.Qaşqay, S.Zeynalov, R.Axundov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot-1” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 6-cı mərtəbəsində işlər gedir, 2-ci binanın 8-ci mərtəbəsi, və 3-cü binanın zirzəmilərinin 2-ci mərtəbəsi tikilir. (İcraçı – “Pilot-” MMC).
S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Qulu Quluyev  küçələrinin əhatəsindəki  kvartalda” Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci və 2-ci binaların 16-cı mərtəbəsinin tikintisi başa çatıb, 3-cü binanın yaşayışının 7-ci mərtəbəsində dəmir-qəlib işləri görülür, 4-cü binanın q/y sahəsinin 1-ci mərtəbəsində təməlqoyma işləri aparılır. (İcraçı-“Grand Plaza”MMC)
Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 2, 3 və 4-cü binanın tikintisi başa çatıb, 5-ci binanın 6-cı mərtəbəsi tikilir. 6-cı binanın 5-ci mərtəbəsi tikilir. (İcraçı-“RÜR” MMC)
Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci və 7-ci binanın tikintisi başa çatdırılıb, 2-ci binanın 11-ci mərtəbəsi başa çatmışdır, 3-cü binada 11-ci mərtəbə tikilib, 4-cü binada 13-cü mərtəbəsi tikilib. 6-cı binanın 5-ci mərtəbəsinin   tikintisi davam edir. (İcraçı-“Pilot İnşaat-A” MMC)
         Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 5-ci binanın tikintisi başa catıb, 7-ci binada 7-ci mərtəbə tikilir, 9-cu binada 3-cü mərtəbə tikilir, 10-cu binada 14-cü mərtəbə tikilir, 1-ci binada tikinti işləri başa çatıb. 2-ci binada 15-ci mərtəbə tikilir,    3-cü və 4-cü binanın 1-ci mərtəbəsi tikilir. (İcraçı-“Malibo” MMC)
  Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binada 13-cü mərtəbə tikilib, 2-ci binada 3-cü mərtəbə tikilib. 3-cü binanın 4-cü mərtəbəsi tikilir. (İcraçı-“Yeni ailə”MMC) 
Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binada 15-ci mərtəbə tikilir, 2-ci binada 2-ci mərtəbə tikilir. 3 mərtəbəli qeyri-yaşayış sahəsi tikilib başa çatmışdır. (İcraçı-“Məkan” MMC)   
Üzeyir Hacıbəyov, Rixard Zorge və Zərifə Əliyeva küçələrinin əhatəsindəki kvartalda pilot layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar     1 girişli 20 mərtəbəli binanın 13-cü mərtəbəsi tikilir. B blokunda svay işləri dayandırılıb. (İcraçı-“Tac 1 Residence” MMC)
          Mirqasımov,M.Qaşqay,F.Qasımzadə və Azadlıq pr. əhatəsindəki  kvartalda” Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ciə 2-ci binanın 20-ci mərtəbəsinin tikintisi başa çatıb, mərtəbələrdə hörgü, suvaq, santexnika və s. işləri aparılır.  3-cü binanın  5-ci mərtəbəsi tikilir (İcraçı-“Avrasiya Construction LTD”  MMC).
Molla Pənah Vaqif, Mirəli Qaşqay, Hənifə Ələsgərov küçələri və Azadlıq pr.  əhatəsindəki  kvartalda  “Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 16-cı mərtəbəsində işlər başa çatıb.   2-ci binanın 14-cw mərtəbəsində işlər  gedir.
(İcraçı-“Fədək”MMC).       
  Əlövsət Quliyev,Səməd Vurğun,Lev Tolstoy və Mərdanov Qardaşları, küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar binanın axırıncı 13-cü mərtəbəsində tikiknti işləri gedir.             (İcraçı-“Bisütun” MTK)
Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sənədləşmə işləri aparılmışdır. 192 çoxmənzilli binalar barədə məlumatlar hazırlanaraq Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur.
      “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə   28 dekabr 2018-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 387 saylı Sərəncamı ilə “2019-cu il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.
Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Məşğulluq Mərkəzi daha çox aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük vermiş, peşə kurslarının, haqqı ödənilən ictimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.
“Ərazi Məşğulluq Proqramı”na əsasən 2019-cu il ərzində Məşğulluq Mərkəzinə 5035 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə  3801 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Onlardan 1629 nəfərini qadınlar, 63 nəfərini məcburi köçkünlər, 25 nəfərini əlillər təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” Proqramına əsasən Nəsimi Rayon Məşğulluq Mərkəzi vasitəsilə 1123 nəfər ictimai işlərə cəlb edilmişdir. Hal-hazırda onlardan 864 nəfəri aktiv ictimai sosial işlərdə çalışırlar. Bu sahənin nəzarətdə saxlanması, nöqsanlara yol verilməməsinin, şəffaflığın təmin edilməsi RİH-nin, yerli strukturların ümdə vəzifəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan özünüməşğulluq proqramının əhatəsi dairəsində 2019-cu ildə Nəsimi Rayon Məşğulluq Mərkəzi tərəfindən 142 nəfər özünüməşğulluq proqramına cəlb olunmuşdur. Onlardan 96 nəfər özünüməşğulluq təlimini bitirmiş, 80 nəfər qiymətləndirmədən müvəffəqiyyətlə keçmişdir.
Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir.
İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  347 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuşdur
2019-cu il  ərzində 26 orta məktəbdə 2840 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş,  peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.
Hesabat dövrü ərzində Məşğulluq Mərkəzi tərəfindən  127 nəfər peşə kurslarına cəlb edilmişdir. Məşğulluq Mərkəzi tərəfindən 71 nəfərə işsizlik sığortası təyin edilmişdir.
Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi ilə bağlı görülən genişmiqyaslı işlər çərçivəsində Nəsimi rayonunda işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi üçün zəruri tədbirlərin həyata keçirilməsi əsas vəzifələrdəndir. 
       2019-cu il  ərzində  dövlət büdcəsinin  Nəsimi rayonu üzrə  yerli xərclərindən maliyyələşən  büdcə təşkilatlarının  xərclərini tənzimləmək  üçün yəni  96.5% vəsait  xərclənmişdir.
     Qanunvericilik və İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri icra olunmuşdur.
       2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin qarşısına qoyulan vəzifələr icra olunmuşdur.
     Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsində 2019-cu il ərzində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 23013 nəfər (6226 nəfəri işləyən, 16787 nəfəri isə işləməyən) təşkil edib. Bunlardan yaşa görə əmək pensiyaçıları 15898 nəfər, əlilliyə görə əmək pensiyaçıları 5131 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 1984 nəfərdir.
     Sosial müavinət 4703 nəfər, Prezident təqaüdü 5259 nəfər, sosial yardım 420 nəfər olmaqla 5706 nəfər təşkil edir.
     2019-cu ilin “Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 01.01.2019-cu il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2018-ci ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır.
       Bundan başqa 2019-cu il ərzində Sosial Xidmət sektoru üzrə hal-hazırda rayon ərazisində yaşayan 221 nəfər  tənha, ahıl və əlil vətəndaşa sektorda çalışan 27 nəfər sosial xidmətçi tərəfindən evlərdə  xidmət göstərilir. Sosial xidmət işçiləri  ahıl qocalar arasında razılaşmaya əsasən qrafik üzrə həftədə 2 dəfə və ehtiyac olduğu halda 3 dəfə qocalara baş çəkir, onların qayğısına qalır, tələbatları təmin edirlər.
      2019-cu il ərzində sektorda müxtəlif təyinatlar üzrə yazılı müraciətlər daxil olmuşdur. Onlardan 188 nəfəri istirahət zonasına getmək, 184 nəfəri sanator-kurort putyovkası almaq, 366 nəfər əlil  vəsiqəsi, 7 nəfər isə „Şəhid ailəsi“ vəsiqəsi ilə təmin edilməsi barədə ərizə ilə müraciət etmişdir. İl ərzində 120 nəfər işləməyən əlil vətəndaşlar sanator-kurort putyovkası ilə təmin olunmuş, 127 nəfər əlil isə istirahət zonasına göndərilmişdir. Əlillik və „Şəhid ailəsi“ vəsiqələri almaq üçün müraciət edən 373 nəfərin hamısı vəsiqələrlə təmin edilmişlər.
     Gənc əlillərimizin peşə təhsili alaraq cəmiyyətə inteqrasiyasını təmin  etmək üçün rayon ərazisində yaşayan 2 nəfər 14-29 yaşlı əlil Ramanada  yerləşən Peşə Reabilitasiya Mərkəzinə 6 aylıq kursa  göndərilmişdir. Daimi  yaşayış yeri olmayan 8 nəfər əlil və ya ahıl insanlar sosial müəssisəyə  göndərilmişdir. 
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə Nəsimi rayonunda 2019-cu il ərzində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir. Yoluxucu bağırsaq xəstəlikləri 12.6 % azalmışdır (460-a qarşı 402 hadisə). Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası baş verməmişdir. 2019-cu il müddətində malyariya xəstəliyi aşkar olunmamışdır. 2019-cu ildə isə 15098 malyariyaya görə müayinə aparılmışdır- aşkarlanma yoxdur. Profilaktik peyvənd planının icrası 12 aylıq kafidir.
Aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.
Xüsusi təhlükəli xəstəlikləri (vəba,taun) profilaktikası məqsədilə SN-in 12.06.19-cu il tarixli 45 saylı əmrinə əsasən MPM-də xəstəliklərin klinikası müalicə və profilaktikası haqqında seminar məşğələlər keçirilmişdir.
Azərbaycan Respublikası SN- in 08.12.15- ci il tarixli 101 saylı “Donuz qripi xəstələrinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” və 19.01.16- cı il tarixli 3 saylı “Donuz qripi xəstəliyinə qarşı əlavə tədbirlər barədə” əmrlərinə əsaslanaraq seminar məşğələləri keçirilmiş, MPM-də bu əmrlərin icrasına nəzarət gücləndirilmişdir.
Stasionar nöqtələrdən ayda 2 dəfə, məhəllədaxili su anbarlarından ayda 1 dəfə Respublika GEM-nin və rayon GEM-nin müvafiq laboratoriyalarına su nümunələri götürülür.
2019-cu il ərzində su xəttində baş verən qəzaların sayı 1855, kanalizasiya xəttində baş verən qəzaların sayı 4834 olmuşdur. Vaxtında aradan qaldırılmaları təmin olunmuşdur
Əmək gigiyena bölməsi tərəfindən il ərzində yaz-yay, payız-qış mövsümünə hazırlıqla əlaqədar müəssisə rəhbərlərinə məktublar göndərilmişdir.
Nəsimi rayonu ərazisində 38 MUM, 29 orta ümumtəhsil məktəbi,       3 texniki peşə məktəbi, 8 məktəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. Məktəb və məktəbəqədər uşaq müəssisələrinin yaz-yay mövsümünə hazırlığı və sağlamlaşdırıcı tədbirləri barədə, payız-qış mövsümü ilə bağlı məktəblərə məktublar göndərilib.
Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli 161 saylı Fərmanına əsasən “Tütün çəkmək qadağandır” mövzusunda dekabr ayında 164, 1, 151, 211, 16 lisey, 247, 42, 54, 8, Elitar gimnaziya, 46, 44, 35, BSU-da müşavirələr keçirilmişdir.  Kimyəvi və bakterioloji müayinələr aparılmışdır.
2019-cu ildə rayon ərazisində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yaşayış binalarının, evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, qış mövsümündə istilik alan binaların  istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması,  yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, tullantıların zərərsizləşdirilməsi üçün aidiyyati poliqonlara daşınması istiqamətində ardıcıl işlər görülmüşdür. İl ərzində MKTB tərəfindən yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 149 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.
  R.Məmmədov küçəsi 25 və 27 saylı binaların fasadları əsaslı təmir olunmuş, həyətində “Abad həyət” çərçivəsində istirahət guşəsi salınmış, uşaq-oyun əyləncə guşəsi, “şahmat” meydançası yaradılmış, oturacaqlar quraşdırılmış, 418 kv.m qazon, 32.1 kv.m. tamet daşları, 1608 kv.m asfalt örtüyü vurulmuş, 400 p.m bardyur düzülmüşdür.
          Mir Cəlal küçəsi boyunca yerləşən parklardakı oturacaqlar, eləcə də səki və piyada yollarına döşənmiş tamet daşları cari təmir olunmuşdur.
         Bu işlər “Təzə Bazar” Ticarət Mərkəzinin Mərdanov Qardaşları küçəsi tərəfdən girişi qarşısında “Novruz Bayramı” yarmarkasının təşkili ilə əlaqədar ərazidə  təmizlik-bərpa işləri aparılmış, 300 kv.m. asfalt örtüyü vurulmuşdur.
          Rayon ərazisində yararsız vəziyyətdə olan səkilərdə təmir-bərpa işləri aparılaraq, Azadlıq pr.də 200 kv.m,  Bül-bül pr.də 100 kv.m,  S.Vurğun küçəsində – 120 kv.m, Bakıxanov küçəsi 80 kv.m daş döşənmişdir.
        I-IV mkr ərazisində  Moskva pr. 46,48, H.Seyidzadə küçəsi 9,11,13 saylı binaların fasadları əsaslı təmir olunmuş, həyətlərində “Abad həyət” çərçivəsində işlər aparılmışdır.
          H.Seyidzadə küçəsi 20a,22a,24a,26,28 saylı binaların fasadlarında əsaslı təmir işləri aparılaraq rənglənmiş, qapı və pəncərələri yenisi ilə əvəz edilmiş, həyətləri əsaslı təmir edilərək, 3 ədəd uşaq oyun əyləncə qurğuları quraşdırılmış, 1 ədəd futbol meydançası salınmış, idman qurğuları və işıq dirəkləri quraşdırılmış, 4250 kv.m qazon salınmış, 1400 kv.m tamet daşları döşənmiş, 2000 p.m. bardyur düzülmüş, 2800 kv.m asfalt örtüyü vurulmuş, həmin binaların dam örtüyü əsaslı təmir edilmiş, suötürücü borular yenisi ilə əvəz edilmiş, tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmış, həyətində “Abad həyət” çərçivəsində istirahət guşəsi salınmışdır.
         Ümumilikdə ərazidə 18 ədəd  veb kamera quraşdırılmışdır.
         A.Məhərrəmov küçəsi 34,38, 42  saylı binaların həyətlərində və  fasadlarında əsaslı təmir işləri aparılmış, sakinlər  tərəfindən özbaşına çəpərə alınmış sahələr  sökülmüş, binaların həyətlərində istirahət guşələri yaradılmış, 650 kv.m  qazon örtüyü salınmış, 6300 kv.m asfalt örtüyü vurulmuş, 2000 kv.m tamet döşənmiş, 1800 kv.m  bardyur düzülmüşdür.
        Moskva pr. 46, 48 və Cavadxan küçəsi 1,3,5,7 saylı binaların fasadlarında və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılmış,  həyətlərində isə “Abad həyət” çərçivəsində  istirahət guşəsi yaradılmşdır.
        Ü.Hacıbəyov küçəsi boyu yol kənarlarnda yaşıllıq zolağı bərpa edilmiş,  600 kv.m qazon döşənmiş,  4100 ədəd gül-çiçək əkilmişdir.
         II-V mkr. ərazisində Cavadxan küçəsi boyu  yerləşən yaşıllıq zolağında 2500 ədəd müxtəlif növ  ağac əkilmiş, 300 p.m. su xətti çəkilmişdir.        
           A.Məhərrəmov küçəsində mərkəzi yolda əsaslı təmir işləri başa çatdırılmış, 31,35,45, 4/66,64 saylı  binaların fasadlarında təmir işləri   aparılmışdır. Yolun əsaslı təmiri ilə əlaqədar  yol kənarlarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarına küçənin estetik görünüşünə xələl gətirən  elementlər götürülərək təmir işləri yerinə yetirilmişdir. R.Məmmədiov küçəsi 9 və 19 saylı binaların fasadlarında əsaslı təmir işləri aparılmış, sakinlər tərəfindən özbaşına quraşdırılmış köşklər və çəpərlər sökülmüşdür.
           
             R.Behbudov küçəsində yerləşən parkda sanitar təmizlik və cari təmir işləri aparılmışdır.
              Rayon ərazisində yerləşən park və xiyabanlarda  200 ədəd oturacaq təmir işləri aparılaraq rənglənmiş, 100 k.v.m yararsız hala düşmüş tamet daşları və istinad divarları bərpa edilmişdir.
         R.Məmmədov küçəsində yerləşən parkda cari təmir işləri aparılmış, işıqlanma bərpa edilmişdir.
        Rayon ərazisində yerləşən 1080 ədəd zibil konteyneri rənglənmiş, 600 ədəd zibil konteynerlərinin təkərləri dəyişdirilmişdir.
       Eyni zamanda rayon ərazisindəki məişət tullantılarının müvəqqəti toplanması üçün nəzərdə tutulmuş 251 zibil meydançalarında təmir işləri aparılmış, beton-asfalt örtükləri yerləşdirilmiş, 665 ədəd qapaqlı plastik konteyner yerləşdirilmiş, dəmir konteynerlər isə cari təmir olunmuşdur.
       “Abad Həyət” layihəsi çərçivəsində Cavadxan küçəsi 10,12,16,18 aylı R.Məmmədov küçəsi 9 və 19b, H.Seyidzadə küçəsi 1a, 2a saylı binalarda abadlıq işləri aparılmış, binaların fasadları yenilənmişdir.
          A.Əliyev küçəsi 5,5a,7,9,9a və C.Səlimiov küçəsi 7 saylı, H.Əliyev küçəsi 1d saylı binalarda abadlıq işləri aparılır.
         .
         S.Rüstəm küçəsi 37, 37a,37b,35,35a,35b saylı ünvanlarda  abadlıq işləri aparılır.
           Hesabat dövründə 14 yaşayış binasında 27 ədəd lift dəyişdirilib, dam örtükləri təmir olunmuş, 6 binada da 48 ədəd liftin yenilənməsinə başlanmışdır.
         2019-cu il “Nəsimi ili” elan edilməsi ilə bağlı “Nəsimi” heykəlinin ətrafında abadlıq-quruculuq işləri aparılmışdır.
Rayon Sukanal İdarəsi üzrə  01.01.2020-ci il tarixinə abonentlərin ümumi sayı  72000-dən artıqdır, o cümlədən, əhali sektoru üzrə 64971 abonentə, qeyri- əhali sektoru üzrə-7100-dən artıq abonentə xidmət göstərilir. Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  92.2%-i,  sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 7.8% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir. Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan  magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin  ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8km,  məhəllədaxili şəbəkə-165.0km)  artıqdır. İstismar olunan kanalizasiya şəbəkəsinin  isə ümumi uzunluğu 162.0 km,   yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə - 690 ədəddir.  2 ünvanda ümumi həcmi 900.0 m3 olan su anbarı istismar olunur və aprel-may aylarında  yuyulub-zərərsizləşdirilməsi işləri  təsdiq olunmuş  plan-qrafikə əsasən icra olunmuşdur. 
 
Ümumilikdə hal-hazırda 72000 abonentin 61500 nəfərindən artıq  su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı   88.0 % təşkil edir.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə sayğaclı abonentlərin sayı 2.1% artmışdır.  Ümumi abonentlərin 30%-indən çoxu  “Smart” tipli sayğaclarla təmin olunmuşlar. 2019-cu ilin 12 ayı ərzində rayon ərazisində 6000-dən artıq  yeni su sayğacı quraşdırılmış,  təmir olunmuş,  dəyişdirilmiş və ya qeydiyyata alınmışdır.
Ümumi uzunluğu 2745.0 pm olan müxtəlif diametrli su xətləri çəkilmiş, 2000.0 metrdən çox təmir olunmuşdur. 2080,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək,  yenisi ilə əvəz  olunmuşdur. 2019-cu ilin  12  ayı ərzində magistral və məhəllədaxili su kəmərlərində 9627 ünvanda, kanalizasiya şəbəkələrində isə   13420  ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır. Rayon ərazisində müxtəlif diametrə malik 44 ədəd yeni siyirtmə  quraşdırılıb  istismara verilmiş, 88 ədəd siyirtmə təmir olunmuşdur. 10 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır. Məhəllədaxili nasos stansiyalarında 2019-cu ilin  12 ayı ərzində müxtəlif gücə malik 136 ədəd elektrik mühərriki, müxtəlif markalı 134 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir.
  2019-cu ilin 12 ayı  ərzində 35000.0pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 9000.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 690 ədəd yağış barmaqlıqları, 7500 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 15 ədəd yeni yağış barmaqlığı, 15 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.
        Xidməti ərazidə - Asif Məhərrəmov küçəsinin  Mir Cəlal  və 3-cü mikrorayon dairəsi aralığında və Mirəli Qaşqay küçəsinin Vaqif prospekti ilə  Salatın Əsgərova küçələri aralığıda küçənin yenidən qurulması və asfalt örtüyünün təzələnməsi işləri ilə paralel olaraq Asif Məhərrəmov küçəsi boyunca: d-355 mm, polietilen 220.0pm uzunluğunda  və  d-280mm-lik polietilen 1480,0pm uzunluğunda su xətti çəkilib, 7 ədəd d-110mm-lik  məhəllədaxili ayrılma verilib, siyirtmə quraşdırılıb və şəbəkəyə birləşdirilib, 3 ədəd yerüstü hidrant quraşdırılıb.
Ümumilikdə 2019-cu ilin 12 ayı ərzində müxtəlif diametrli 3500.0 pm-dan artıq yeni su xətti çəkilib, 13 ədəd yeni siyirtmə və 7 ədəd yeni yerüstü hidrant quraşdırılıb.
“Abad  Həyət” tədbirlər planına daxil olmuş məhəllələrdə və binalarda məhəllədaxili və binadaxili su və kanalizasiya xətləri yenilənmiş və abonentlər yeni su sayğacları ilə təchiz olunmuşlar.
Nəsimi rayonu üzrə  1 saylı İSİS-n ərazisində olan 26 ədəd məhəllədaxili qazanxana və 19 ədəd  istilik məntəqəsi, RİQ-1 daxil olmaqla, istilik  enerjisi istehsal edərək  tələbatçıları  fasiləsiz istilik enerjisi ilə təmin etmişik.
2019-cu il ərzində  qazanxanaların iş rejimi  tənzimlənmiş, onların fasiləsiz, keyfiyyətli  istilik enerjisi istehsal etməsi üçün yaranan qüsurlar aradan qaldırılmışdır. H.B.Əliyev 18 ünvanında L=12 m  D=114 mm boru yenisi ilə əvəz olunmuş,  H.Seyidzadə 26 ünvanında L=16 m D=76 mm borunun qüsurlu hissəsi təmir olunmuş, Cavadxan 40 ünvanında  L=20 m D=114 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuş, III mikrorayon 6 saylı istilik məntəqəsinə gedən  L=20 m D=159 mm  boru  dəyişdirilərək  yenisi ilə əvəz olunmuş, S.Rüstəm 33 ünvanında  D=159 mm  borunun  qüsurlu  hissəsi  təmir olunmuş, H.B.Əliyev 8 ünvanında L=28 m D=159 mm borunun qüsurlu hissəsi təmir olunmuş,I mikrorayon Cavadxan 3 ünvanında  L=8 m D=89 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuş, 20 Yanvar 23 a  ünvanında L=12 m  D= 114 mm  boru  dəyişdirilərək  yenisi ilə əvəz olunmuş,164 saylı orta  məktəbə  gedən  D=89 mm  borunun  qüsurlu  hissəsi  təmir olunmuş, H.B.Əliyev 48 ünvanında L=12 m D=57 mm borunun qüsurlu hissəsi təmir olunmuş, Cavadxan 29  ünvanında  L=8  m D=159 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuş, Asif Məhərrəmov 46 ünvanında  L=10 m  D=89 mm  boru  dəyişdirilərək  yenisi ilə əvəz olunmuş, Bakıxanov 24 və 26 ünvanında L=25 m  D=57mm    borunun  qüsurlu  hissəsi  təmir olunmuş, 77.139.365 saylı qazanxanalarda və 4-cü əlavə mikrorayon 1 saylı istilik məntəqəsində 3 ədəd şəbəkə nasosu, 1 ədəd bəsləyici nasosun diyircəkli yasdıqları dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
A.Mustafayev 14 ünvanında 2 ədəd, H.B.Əliyev 40 ünvanında 2 ədəd, H.B.Əliyev 38 ünvanında 2 ədəd, A.Məhərrəmov 47 ünvanında 2 ədəd,  müxtəlif  diametirli siyirtmələr açılaraq təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.
Bunlarla  yanaşı,  İ.Qasımov 4,  Azadlıq  prospekti 82,   Moskva prospekti  48.58.60, S.Vurğun 116,  M.Cəlal 32.54, Cavadxan 21.23.36.38,  və s. ünvanlarda məhəllə daxili və aşağı paylama  istilik xətlərində cari təmir işləri görülmuş, yaranan axıntılar dərhal aradan qaldırılaraq,  sakinlər istilik enerjisi ilə təmin olunmuşdur. Həmçinin,  A.Mustafayev 15.17.17A., S.Rüstəm 33.35.37,  S.Vurgun 116,  Mir Cəlal 56.60 , A.Məhərəmov  15.21.28, Cavadxan  10.12.14.32.34. Qulu Quliyev 11/13  ünvaninda  aşağı  paylama  istilik xətlərində cari təmir işləri aparılmışdır.
Aprel ayının 15-dən 2018-2019-cu il  payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar aşkarlanmışdır.
Payız-qış mövsümünün bitməsi ilə əlaqədar olaraq tədbirlər planı işlənilib hazırlanmış, istilik xətlərində yaranan qüsurlar tədbirlər planına salınmışdır.
2019-2020-ci il tədbirlər planına uyğun olaraq 26 ədəd qazanxanada                             kompleks yoxlanma işləri aparılmışdır.
26 ədəd qazanxanada 60 ədəd qazan açılaraq təftiş olunmuş, onlardan 46 ədədi mexaniki təmizlənmiş, 5 ədədində cari təmir işləri görülmüşdür. 99 və 139 saylı qazanxanalarda 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir. Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir.
Bütün qazanxana və istilik məntəqələrində NÖC və A Xidməti avadanlıqları qoruyucu klapanlar, manometrlər, partlayıcı klapanlar, əks klapanlar açılaraq təftiş olunmuş, “Azəristiliktəchizat” ASC-nin nəzdində olan Nəzarət Ölçü Cihazları Xidmətinin laboratoriyasında sınaqdan keçirilmiş, kalibirləşdirilərək işçi vəziyyətə gətirilmiş,  möhürlənmiş və yerinə quraşdırılmışdır. Elektrik avadanlıqları təftiş olunmuş elektrik mühafizə releləri, avtomatlar, maqnit işə salıcılar təftiş edilmiş, elektrik nasoslarının diyircəkli yastıqları yoxlanmışdır.
2018-2019-cu il payız qış mövsümü bitdikdən sonra qaz xətləri qazanalizator vasitəsi ilə yoxlanmış, qaz avadanlıqları təftiş, təmir olunmuş və qaz sızmaları bir daha yoxlanılaraq avadanlıqlar işçi vəziyyətə gətirilmişdir.
Qazanxanalarda olan 14 ədəd istilik mübadilə aparatı mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.
30 ədəd su yumşaldıcı qurğu təftiş olunmuş, kotionit əlavə olunaraq növbəti  payız qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.
Bütün qazanxanalarda, istilik məntəqələrində və istilik xətlərində quraşdırılan 940 ədəd siyirtmə təftiş təmir olunmuşdur. Bunlardan 42 ədədi cari təmir olunmuş, 20 ədədi əsaslı təmir olunmuş, 14 ədədi yenisi ilə əvəz olunmuşdur. Bu qazanxanalarda 66 ədəd genişlənmə çəni təftiş olunmuş, hava hissəsində təzyiq yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir.
Bu və ya digər işlər bitdikdən sonra qazanxanalar “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.
Noyabr ayında  bir daha  hidravlik sınaq işlərinə başlanmış bütün təşkilatlara qazanxanalarda suyun doldurulması haqqında telefonoqrammalar verilmiş təşkilatlar və əhali məlumatlandırılmış və qazanxanalarda suyun doldurulmasının hazırlıq  işlərinə başlanmışdır.
Sınaq zamanı baş vermiş qəzalar dərhal aradan qaldırılıb. Cavadxan küçəsi 7, 30, 36, H.B.Əliyev küçəsi 7,52, Fizuli küçəsində 53 .Riq-1 in  ikinci magistral istilik xəttində d-530 mm kompensator dəyişdirilərək yenisi ilə əvəz olunub. Ərazidə qazıntı işləri aparılan zaman sökülmüş asfalt örtüyü yenidən bərpa olunmuşdur.
  Hal-hazırda Nəsimi rayon üzrə 1 saylı İSİS-in ərazisində 25 ədəd qazanxana, 16 ədəd istilik məntəqəsi, fasiləsiz olaraq 214 ədəd yaşayış binasını, 5 səhiyyə, 17 məktəb, 9 uşaq bağçası, 52 ədəd digər büdcə və  təsərrüfat hesablı obyektləri istilik enerjisi ilə təmin edir.
2019-cu ilin  12 ayı  ərzində 14 ədəd  güc transformotoru daha güclüsü ilə əvəz edilmişdir, 50 ədəd TM-də cari təmir işləri aparılıb, tökülmüş suvaq bərpa olunaraq, rənglənmiş, dağılmış metlax və novalçalar təmir edilmişdir.105 ədəd TM və KTM də elektrik  avadanlıqları təftiş olunmuş, sınaq işləri aparılaraq torpaqlanma müqaviməti yoxlanılmışdır.
“Bakı şəhər işığı” EŞM-nin Nəsimi TİR tərəfindən Nəsimi rayonu, Xan Şuşinski və  D.Əliyeva küçələrində - 9 sink örtüklü dirək, 18 ədəd çıraq quraşdırılmış, ərazisində müəyyən vaxtlarda maşınlar tərəfindən vurularaq istifadəyə yararsız hala düşmüş İtaliya istehsalı olan 12 ədəd Palerma, 1 ədəd Fənər işıq dirəkləri yeniləri ilə əvəz olunmuşdur. 3000 ədəd lampa, 300 ədəd Led çıraq, 20 ədəd Led çıraq Karona dəyişdirilmiş, 4200 metr kabel istifadə olunmuşdur.
Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının    1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648  nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişlər. 2019-cu il oktyabr ayında “Əhalinin siyahıyaalınması” ilə bağlı zəruri hazırlıq tədbirləri həyata keçirilmişdir.
Ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində  1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri  çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır.  1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2.98 kv. km hüdudlarında 92 mindən artıq əhalinin yaşadığı 5 mikrorayonu və 3-cü Alatavanı əhatə edir. 1 nömrəli Nümayəndəlik 2019-cu ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnaməni” və rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.
          Nümayəndəlik ərazidə xidmət göstərən 23, 31, 33 ,51, 65 və 77 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə çalışmışdır.
          Nümayəndəliyin inzibati ərazisində 11 orta ümumtəhsil məktəbi, Texniki Humanitar Litseyi, Şahmat məktəbi, Musiqi məktəbi,  Uşaq və Gənclər İdman Məktəbi  fəaliyyət  göstərir. Bu məktəblərdə 13500 nəfərdən çox şagirdin təlim tərbiyəsi və təhsili ilə 1300 nəfərə yaxın müəllim məşğul olur. Həmçinin, ərazidə 13 uşaq bağçası və Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi fəaliyyət göstərir. Eləcə də ərazimizdə 20 saylı poliklinika, 12 saylı uşaq poliklinikası, 5 saylı Təcili və Təxirəsalınmaz köməkçi tibbi yardım stansiyası, Bioloji təbabət və Evromed özəl tibb müəssisələri  yerləşir.
          Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən il 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihəsi çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır.
         Martın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə etdiyi ərazidə abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib. Layihə çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman qurğuları, şahmat və uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb. Sakinlərin istəkləri nəzərə alınaraq 4 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib.
         4 iyul tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Hüseyin Seyidzadə küçəsi 20, 22, 24, 26, 28 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir.
Layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, 2 ədəd şahmat meydançası, 3 ədəd söhbətgah, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılmışdır.
        İyulun 8-də təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib. Leyla xanım Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmədə iştirak edib. Yenilənmiş həyət Nəsimi rayonu, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 saylı ünvanlarda 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.
         Abadlaşdırılan növbəti həyətdə 1 ədəd mini futbol meydançası, 1 ədəd şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 8 ədəd söhbətgah və oturacaqlar quraşdırılmışdır.
        30 noyabr 2019-cu il tarixdə yeni Abad Həyat  layihəsi olaraq, Nəsimi rayonu Asif Məhərrəmov 34, 38 və 42 saylı binaların fasadları təmir olunmuş, həyəti abadlaşdırılmış, sakinlərin istifadəsinə verilmişdir. Uşaqların istirahəti  üçün oyun meydançası, şahmat lövhəsi və avtomobil dayanacağı üçün park yaradılmışdır.Həmin gün Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 5-ci mikrorayon sakinlərinin müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən  20 Yanvar küçəsi, Cavadxan küçəsi, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş görüşdə müraciətlərini etmişlər.
        Aksiya zamanı Asif Məhərrəmov küçəsi boyunca həmişəyaşıl ağaclar əkilmiş,yaşıllıqlara qulluq edilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, Nəsimi rayon “Könüllüləri” və mikrorayon sakinləri  iştirak etmişlər. Qeyd edirik ki, 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 34,38,42,46 ünvanları əhatə edən məhəllədə “Abad həyət” layihəsi çərçivəsində aparlan abadlıq-quruculuq işləri başa çatdırılmış və yenidən qurulmuş 4 həyət sakinlərin istifadəsinə verilmişdir.
        Rayonda ekoloji tarazlığın qorunması, əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və paytaxtımızın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanılır. Həmin tədbirlərin davamı olaraq 16 mart  2019-cu il tarixdə rayon ərazisində növbəti iməcilik keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.
         07 aprel 2019 -cu il tarixində  Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nəsimi rayonunda  silsilə tədbirlər keçirilmişdir. O cümlədən, rayonun mikrorayon ərazisində - Cavadxan küçəsi 40 ünvanında rayon İcra Hakimiyyəti rəhbərliyinin, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdirAprel ayının 11-də Cavadxan küçəsində Ekologiya və  Təbii Sərvətlər Nazirliyi,  Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirildi. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Könüllülər, Bakı Slavyan Universitetində təhsil alan tələbələr, o cümlədən əcnəbi tələbələr fəal iştirak etmişlər.
        14 may 2019 - cu il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq rayonun müxtəlif ərazilərində,  mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə  aksiyası  keçirilmişdir.
        Mart ayının 10-dan etibarən Nəsimi rayonunda Seyidcəfər Pişəvari küçəsi 2 A ünvanında yerləşən “AgroMall” MMC-yə məxus ərazidə növbəti Novruz yarmarkası təşkil edilib. Yarmarkada Cəlilabad, Beyləqan və Qəbələ rayonlarından olan fermerler, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz qiymətə təklif edirdilər.
       19, 20, 21 mart tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə 1 saylı SİƏD üzrə nümayəndəliyin ərazi vahidliyində yerləşən İzmit  parkında növbəti bayram şənliyi keçirilmişdir.
      04 yanvar 2019-cu il və 31 dekabr 2019-cu il tarixlərində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində 22 səyyar qəbul keçirmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
      Səyyar görüşlərdə ictimayyətin fərdi istəklərini nəzərə alaraq Məmmədcəfər Cəfərov ev3 ünvanda müraciət edən Qafarova Güllübəyim Cavad qızının istəyinə əsasən binanın girişinə skamya qoyulmuş, məcburi köçkün Aşurov Müzəffərin müraciətinə əsasən ona bir ədəd əlil arabası hədiyyə edilmişdir.
        20 dekabr 2019-cu il tarixdə  Nəsimi RİH başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin yeni inzibati binası istifadəyə verilmişdir. Qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq 2012-ci ildə yaradılmış Nəsimi Rayon İcra Hakimiyyətinin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası olmamışdır. Sakinlərə xidmət göstərilməsinə lazımi şəraitin yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlər aparılaraq ərazisində 98 min nəfərə yaxın   sakinin yaşadığı 1 nömrəli Sahə İƏD nümayəndəliyi üçün 20 Yanvar küçəsi 19 b ünvanda inzibati bina istifadəyə verilmişdir. İnzibati binanın yaxın ətrafındakı 1100 kv.m. sahə abadlaşdırılmışdır. 19b, 21b, 23, 25, 27 saylı binaların əhatəsində yerləşən bu ərazinin sakinləri abadlıq işlərinə  görə razılıqlarını bildirmiş, nümayəndəliyə yaradılan şəraitin sakinlərin müraciətlərinin operativ həllinə yönəldilən tədbirlərdən olduğunu qeyd etmişlər.
        Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən                1 oktyabrdan 18 oktyabr tarixədək Respublikada əhalinin siyahıya alınması həyata keçirilmişdir. o cümlədən proses Nəsimi rayonu 1 nömrəli  Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində də uğurla yekunlanmışdır.
        Hər il olduğu kimi ötən il də RİH Başçısının təşəbbüsü ilə məktəblilərin yay tətilinin gözəl keçirilməsi məqsədi ilə ərazimizdə yaşayan aztəminatlı ailələrin, Qarabağ müharibəsi Əlillərinin və şəhid ailələrinin uşaqları Respublikanın müxtəlif şəhər və rayonlarında səyahət etmişlər. Qəbələ rayonunda 100 nəfərə yaxın şagird istirahətə yollanmışdır. 60 nəfər şagird "Yanar dağ" - a ekskursiyaya göndərilmişdir.
         Ölkə başçısının göstərişinə əsasən ərazimizi əhatə edən 20 saylı poliklinikada əhalinin tibbi müayinəsi həyata keçirilmişdir. 15 fevral 2019-cu il tarixdən 15 may 2019-cu il tarixədək ümumilikdə 70 mindən çox insan müayinədən keçmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyi  84912 nəfərə yaxın əhalinin yaşadığı 4,27 kv.km. ərazini əhatə edir.
   Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi  88 195 nəfərə yaxın əhalinin yaşadığı 4,27 kv.km. ərazini əhatə edir.
   Nümayəndəlik hesabat dövrü ərzində əraziyə xidmət göstərən  13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin əlaqələndirilməsinə çalışmışdır.
        Nümayəndəlik  rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlərin təşkilində yaxından iştirak etmiş, o cümlədən əhalinin tibbi müayinədən keçirilməsi, “ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində        məktəblilərin yay istirahəti (Naxçıvan, Quba, Qusar, ”Yanardag”, “Akvapark” istirahət mərkəzləri, dəniz gəzintisi və muzeyə ekskursiya) habelə, müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillərin Novxanıda “Flora Klub” restoranında “Beynəlxalq Ahıllar Günü” münasibətilə ahıl sakinlərimizin istirahətinin, aztəminatlı ailələrə bayram günlərində ərzaq bağlamaları  verilməsi işinin təşkilində, rayon tədbirlərinə sakinlərin cəlb edilməsində fəallıq göstərmişdir. 19, 20, 21 mart tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılıgı ilə xalqımızın mədəniyyəti, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin ərazisində yerləşən Atatürk abidəsinin yerləşdiyi parkda və  Zabitlər parkında bayram şənlikləri keçirilmişdir.
      Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi münasibətilə nümayəndəliyin ərazisində fəaliyyət göstərən ali və tam orta təhsil müəssisələrində və təşkilatlarda silsilə tədbirlər keçirilmişdir.
         2019-cu ilin oktyabr ayının 1-dən 10-nadək ölkəmizdə əhalinin siyahıya alınması ilə bağlı Bakı şəhər Statistika İdarəsi ilə birgə siyahıyaalma kompaniyası ugurla başa çatdırılmışdır. 
         Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində ayrı-ayrı ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı 20-dən çox səyyar qəbul və görüş keçirmiş, bu qəbullarda  2000 nəfərə yaxın çox sakinlərimiz iştirak etmişdir. Qaldırılmış problemlər RİH başçısının verdiyi tapşırıqlara əsasən həll edilmiş, bəzi məsələlərə  isə aydınlıq gətirmək üçün müvafiq izahatlar verilmişdir.
       Hesabat dövrü ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri aparılmışdır. Belə ki, vətəndaşların müraciətləri nəzərə alınaraq nümayəndəliyin xidməti ərazisindəki Ə.V.Salamzadə, N.Məlikov, M.Sənani, N.Yusifbəyli, M.Qaşqay, Dagıstan, Mərdanov qardaşları, S.Rüstəm, C.Səlimov küçələrində asfalt örtüyü vurulmuş, tamet daşları döşənmiş,  Koroğlu, Zorge, Sevil və Şevçenko, Zabitlər parkları ərazisinə mövsümi çiçək əkilmişdir.
        Uzun illər sakinlərin ciddi narazılığına səbəb olan Metro tikintisi ilə əlaqədar bağlanmış Ceyhun Səlimov və Cəlil Məmmədquluzadə küçələrində  avtomobil yolunun bir hissəsi istifadəyə verilmişdir. Bu isə rayonun mikrorayonlarla əlaqəsini asanlaşdırmış, mövcud tıxacların qarşısının alınmasına hiss olunacaq dərəcədə təsir göstərmişdir.
Hazırda iki ünvanda “Abad Həyət” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin 5 saylı MKİS-i və 52 saylı MKİS-nin xidməti ərazilərinə aid olan ərazilərdə geniş miqyaslı işlər aparılmaqla binaların fasad hissələri və məhəllədaxili yollar əsaslı təmir edilir. 52 saylı MKİS-nin ərazisində uşaqların əylənməsi üçün     6 ədəd əylancə qurgusu quraşdırılmış və 4 seyrangah sakinlərin istifadəsinə verilmişdir. Həmin ərazidə olan binaların fasadlarinda m rəngləmə işi görülmüş, hazırda abadlıq-quruculuq işləri davam etdirilir. Fürsətdən istifadə edərək həmin məhəllələrdə yaşayan sakinlərin görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını diqqətinizə çatdırmağı özümə borc bilirəm.
        Ərazidə mühüm əhəmiyyətə malik olan obyektlərdən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xəttində B-3 stansiyası və Akademik Həsən Əliyev  küçəsində sökülmüş Dövlət İmtahan Mərkəzinin  inzibati binasının yerində yeni binanın tikintisi başa çatmaq üzrədir.
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına  əsasən nümayəndəliyin ərazisində  16 şirkət tərəfindən  çoxmənzilli binaların tikintisi  işi uğurla davam etdirilir. Bunlar “Maşınqayıran”, “Regal”, “Gözəl Bakı”, “Teymuroğlu”, “Pilot Həyat”, "Draft Constuction”, “Gold Construction”, “Archico”, “Rifah Plaza”, “Fədək”, “Pearl Construction”, “Avrasiya Construction LTD”, “Azadlıq Residence”, ”Azəri Tikinti MMC”, “Grand Plaza”, ”RÜR” MMC şirkətləridir. Hesabat dövründə Nümayəndəlik pilot layihələrin icrası ilə bağlı RİH tərəfindən verilən tapşırıqlara uyğun məqsədyönlü işlər aparmış, sakinlər arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq Nümayəndəlik müvafiq sənədləşmə işləri aparılmışdır.
        
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2019-cu il yanvar ayında “Holiday İnn” otelində 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.
Nəhəng abadlıq quruculuq işləri 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində də öz əksini tapmışdır.
      Nəsimi rayonu  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi 2,39 kvadrat kilometr ərazini əhatə edir və Xətai, Nərimanov, Yasamal, Səbail rayonları ilə həmsərhəddir. 
       Nümayəndəliyin ərazisində Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 595, xüsusi təyinatlı Mənzil Kommunal Təsərüffat Birliyinin balansında olan 35 yaşayış binası, 300 Mülk evi, 1960-1970-ci illərdə tikilmiş 16 kooperativ yaşayış binası, 69 ədəd hündürmərtəbəli  yaşayış binası, 3 yataqxana yerləşir.
       Ərazidə  2 ali, 6 mədəni-maarif müəssisəsi, 2 ev muzeyi,     9 səhiyyə müəssisəsi, 5 dini qurum, 1 Dairə Seçki Komissiyası,  5 Mənzil Kommunal İstismar Sahələri xidmət göstərir.
2019-cu ildə də İnzibati ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatların uçotu, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı dəqiqləşdirilmiş, ev təsərrüfatlarının uçotu kitablarında müvafiq qeydlər aparılmışdır. Bundan əlavə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar elektron sistemə daxil edilmişdir. 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarına əsasən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış rayonda əhalinin siyahıyaalınmasına yardım komissiyasının işində Nümayəndəlik yaxından iştirak etmişdir.   3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə əhalinin siyahıyaalınması üçün 4 siyahıyaalma məntəqəsi yaradılmışdır. İnzibati ərazidə 1-10 oktyabr tarixlərdə keçirilən Siyahıyaalınma uğurla başa çatdırılmışdır
       Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli  Qərarının icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə 2016-cı ildə start verilmişdir. Hal-hazırda inzibati ərazidə “Pilot İnşaat-A” MMC, “Malibo” MMC, “Yeni ailə”MMC, “Məkan” MMC, “Tac-1” MMC, “Bisütun” MTK   tərəfindən işlər davam etdirilir. Belə ki, Pilot layihə çərçivəsində tikinti şirkətləri tərəfindən ümumilikdə MKTB-nin balansında olmuş 54 bina xüsusi təyinatlı MKİS-nin balansında olmuş 2 yaşayış binası, 73 Mülk evi və 1 kooperativ bina sökülmüş və həmin ərazilərdə binaların tikintisi sürətlə davam etdirilir.
2019-cu il aprelin 29-u Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirilmişdir.  Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Mədəniyyət naziri və xalq rəssamları iştirak etmişdir.
2019-cu il may ayının 18-i Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.
       Tədbirdə iştirak edən Nəsimi rayon ictimaiyyət nümayəndələri  ilk öncə inzibati ərazidə yerləşən Cəfər Cabbarlının abidəsini ziyarət etmişlər.
       Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində Rayon İcra Hakimiyyətinin başçısı 12-dən çox səyyar qəbul və görüş keçirmiş, bu qəbullarda  1200 nəfərə yaxın sakinlərimiz iştirak etmişdir. Müraciətlərin həlli ilə bağlı RİH başçısının verdiyi tapşrıqlara əsasən müvafiq tədbirlər görülmüşdür.
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik 2019-cu il ərzində də əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə çalışmışdır.
Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırlması istiqamətində operativ işlər görülmüşdür.
Mənzil Kommunal İstismar Sahələri tərəfindən inzibati ərazidə məişət tullantılarının yığılması üçün ümumilikdə 237 ədəd yeni plastik konteynerlər qoyulmuşdur.  Mütəmadi olaraq konteynerlər yuyulmuşdur.
Mənzil Kommunal İstismar Sahələri tərəfindən Nizami 77/9, 81, S.Əsgərova 92, 94, 157, 160, Süleyman Rəhimov 139, Ə.Topçubaşov 82, C.Məmmədquluzadə dalan 4 ev 2, Ş.Əzizbəyov 154, 172, S.Rüstəm 18, 28 May 18, 20, 29, 66/68, 48, 50, Bülbül pr. 55, Azadlıq pr. 13, Puşkin 13, D.Əliyeva 186, B.Səfəroğlu 149, Mirzə ağa Əliyev 200, Rəsul Rza 45, Tramvay döngəsi 7 saylı binalara ruberoid vurulmuşdur.
Kövkəb Səfərəliyeva 2, Nizami 81,91, Vidadi küçəsi 185 saylı ünvanlarda ümumilikdə 5 ədəd köhnə lift yenisi ilə əvəz edilmişdir.
       “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Bəşir Səfəroğlu,  Rəşid Behbudov, 28 May, Vidadi , Əlövsət Quliyev, Rəsul Rza, Tolstoy, Qoqol, Həzi Aslanov, Mirzə İbrahimov, Əlimərdan Topçubaşov, Kövkəb Səfərəliyeva küçələrində ümumilikdə 230-dan çox binada təmir işləri aparılmışdır. Binaların eyvanları, dam örtükləri, fasadları təmir edilmiş, eynilə həmin küçələrdə bəzi hissələrə bardürlər düzülmüş, səkilərə və yola asfalt örtüyü vurulmuş, həmçinin küçələrdə dibçəklər düzülmüş, bəzi küçələrdə oturacaqlar quraşdırılmış, küçə ışıqları quraşdırılmış, yeni optik kabellər çəkilmişdir.
       “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Vidadi, Tolstoy, D.Əliyeva, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Süleyman Rəhimov küçələrində bəzi hissələrdə yol kənarlarında bardürlar dəyişdirilmiş, yollara asfalt örtüyü və səkilərdə isə asfalt və tamet örtüyü vurulmuşdur.
       “Bakı Abadlıq Xidməti” MMC tərəfindən S.Rüstəm 2, 3, 4, 10, 12, S.Rəhimov 149, 184, 186, 189, 195, 197, R.Behbudov 44,46,  Füzuli 73, 75, 77, 79, Azadlıq pr. 28, 33, 35, 41, 43, Ş.Əzizbəyov 152, 154, R.Rza 93, Mərdanov qardaşları 38/40 saylı binalarda və 44 saylı tam orta məktəbin hasarlarında və idman meydançasında təmir işləri başa çatmışdır.
       Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun fasad hissəsində yenidənqurma işləri aparılmış və hazırda təmir işləri davam etdirilir.
       Nümayəndəliyin ərazisində əhalinin sabit elektrik enerjisi, su, qaz, istilik ilə təmin edilməsi məqsədilə rayonun xidmət sahələri tərəfindən müvafiq tədbirlər görülmüş, baş vermiş qəzalar dərhal aradan qaldırılmışdır.
              Nümayəndəliyin ərazisində 27 yaşayış binası, 7 məktəb, 2 körpələr evi-uşaq bağçası, 3 digər təyinatlı obyekt istiliklə təmin edilmişdir.
      İnzibati ərazidə yerləşən bəzi küçələrdə fiziki qüsurlu insanların və uşaq arabalarının rahat hərəkəti üçün, piyada keçidləri olan hissələrdə səkilər düzəldilmiş, eyni zamanda səki kənarlarına dəmir tutacaqlar vurulmuşdur.
2019-cu il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir.
Yanvar ayının 1-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində  “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı  keçirilən bayram tədbirində  rayondakı  11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  əlil uşaqlar,  həmçinin şəhid, Qarabağ müharibəsi  veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən -  ümumilikdə 500-dən artıq uşaq iştirak etmişdir.
2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Bayram şənliyi  Şaxta babanın uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam etmişdir. Tədbirdə iştirak edən valideynlər  uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Yanvar ayının 2-də Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində  bayram tədbiri keçirilmişdir. Tədbirdə   uşaqlara hədiyyələr təqdim edilmişdir.
Yanvar ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. İlk olaraq sakinlərə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində ölkədə aparılan geniş abadlıq-quruculuq işləri, dinamik sosial-iqtisadi inkişafın vəziyyəti, əhalinin rifahının daha da artırılması, əldə olunmuş əmin-amanlıq şəraitinin qorunub saxlanılması barədə RİH Başçısı tərəfindən  məlumatlar verilmişdir. Sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirərək, bir sıra məsələlərlə, o cümlədən, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması, 2019-cu ildə də tibbi müayinə aksiyalarının keçirilməsi, yaşıllıq və abadlıq məsələləri ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan davamlı abadlıq-quruculuq işləri ilə bağlı sakinlərlə söhbət aparılmışdır.
Yanvar ayında  rayonun 1, 2 və 3  nömrəli sahə inzibati ərazi dairəsi üzrə   nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda nümayəndəliklərin ərazilərində görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.
Yanvar ayının 10-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısının         1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Qafqaz Baku Sport  otelində, yanvar ayının 22-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Avropa otelində, yanvar ayının 25-də 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində keçirilən  2018-ci  ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Yanvar ayının 11-də Nəsimi rayonu üzrə  2018-ci il üzrə Mülki Müdafiənin təşkilinin vəziyyəti müzakirə olunmuşdur. Tədbirdə bildirilmişdir ki,  2018-ci il ərzində Nəsimi rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında”  Qanununa,  Nazirlər Kabinetinin  25 sentyabr 1998-ci il tarixli 193 nömrəli “Mülki müdafiənin təmin edilməsi haqqında” Qərarına və digər normativ hüquqi  sənədlərə müvafiq olaraq təşkil edilmişdir. 
2019-cu tədris ili üçün Mülki müdafiə tədbirlər planından çıxarışların  MM xidmətlərinə, idarə və müəssisələrə  çatdırılması təmin edilmiş, Nəsimi  rayonu  ərazisində yerləşən obyektlərdə, müəssisələrdə keçiriləcək təlim və məşqlərin plan-qrafiki və 2019-cu il üçün Mülki müdafiə kursları üzrə dinləyicilərin komplektləşdirilməsinin təqvim planı hazırlanaraq Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq olunmuşdur.
Yanvar ayının 16-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın  geniş tərkibdə iclası keçirilmişdir. İclasda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə, təhsil, səhiyyə və digər müəssisə rəhbərləri, MTKB və tabeliyində olan MKİS-lərin və rayon ərazisində fəaliyyət göstərən digər kommunal və xidmət  sahələrinin rəhbərləri iştirak etmişdir.
İclasda 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verilərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayon İcra Hakimiyyətində yaradılmış xüsusi Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilmişdir.
Yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, küləyin bəzi hallarda  saniyədə 25-40 metrədək şiddətlənəcəyi  bildirilərək, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə  Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tapşırıqların verildiyi qeyd edilmiş, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, nümayəndəliklərin, xidmət sahələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq maşın mexanizmlərin, avadanlıq və inventarların tam  hazırlıq vəziyyətinə gətirilməsi, müəssisə və təşkilatlarda növbətçiliyin yaradılması, əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrinin saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə  təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi,  baş verəcək hadisələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi və işlərin gedişatı  barədə mütəmadi olaraq rayon İcra Hakimiyyətinə məlumat verilməsi RİH Başçısı tərəfindən tapşırılmışdır.   Şuranın  iclasında digər cari məsələlər də müzakirə olunmuşdur.
Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında 17-25  yanvar tarixlərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndələri və Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclər Bakı şəhərində səfərdə olublar.  Səfər çərçivəsində Türkiyə nümayəndə  heyəti Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı  Türk şəhidliyi abidəsini ziyarət edib, Nəsimi Rayon İcra Hakimiyyətində Türkiyə şəhidlərinin və veteranlarının  övladları ilə görüş olub.
Bakı şəhərində  səfərdə olan Türkiyə şəhidlərinin övladları səfər çərçivəsində   rayonda keçirilən  müxtəlif tədbirlərdə iştirak edib, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olublar.   Qonaqlar Azərbaycan Respublikasının Milli Məclisində  Heydər Əliyev Xatirə zalında, Türkiyənin Azərbaycandakı səfirliyində, Heydər Əliyev Mərkəzində, YAP Nəsimi rayon təşkilatında və Asan Radioda görüşlərdə iştirak etmişlər. Həmçinin  Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə və  Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyalar da  təşkil olunmuşdur. Qonaqlar həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində, 23 saylı tam orta məktəbdə,  3 saylı Uşaq-Gənclərin  İnkişaf Mərkəzində  və Respublika Velotrekində keçirilən tədbirlərdə iştirak etmişlər. 
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin  «20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən   müvafiq tədbirlər planı hazırlanmış və faciənin  ildönümü geniş şəkildə qeyd olunmuşdur. Rayonun ali məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar dəyirmi masalar, konfranslar, toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur. Rayonun   orta məktəblərində  20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində  keçirilən tədbirlərdə  rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər. 20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində   şəhidlərin ruhuna dualar oxunmuşdur.  Bu tədbirlər və  görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Yanvar ayının 19-da Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin, rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə layihəsi əsasında Bakı şəhərində səfərdə olan Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclərin, “20 Yanvar”  Cəmiyyətinin Nəsimi rayon Təşkilatı üzvlərinin, Qarabağ müharibəsi şəhid ailələri, əlilləri və veteranlarının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi ilə tanış olmuş, 20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsi şəhidlərinin və Türkiyə Cümhuriyyəti şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayişi olmuşdur. Tədbirdə müstəqilliyimizə, suverenliyimizə və şəhidlərimizə həsr olunmuş şeirlər ifa olunmuş, H.Sarabski adına Mədəniyyət Evi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Bədii hissənin sonunda Nəsimi rayon yeniyetmələri və gəncləri vətənə sədaqət andı içdilər. Respublikanın əməkdar artisti Ağalar Bayramovun ifasında şəhidlər və vətənpərvərlik mövzusunda şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu.
Yanvar ayının 31-də 2 Fevral – Azərbaycan Gəncləri günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Şəhərimizin gözəl məkanlardan biri olan “Romanse Palace”da Nəsimi rayon gənclərinin          2 Fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə  rayonun istehsalatda, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar iştirak etmişdilər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. 
Bayram tədbirində gənclər “2 fevral - Gənclər günü” münasibətilə hazırlanmış  tortu kəsmiş, daha sonra Bakı Musiqi Akademiyasının istedadlı tələbələrinin,  Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin Nəfəs və zərb alətləri ansamblının  və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin  iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.
Fevral ayının 1-də rayon İcra Hakimiyyətinin iclas zalında Nəsimi rayon İcra Hakimiyyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2019-cu il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Toplantı iştirakçıları adından möhtərəm Prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olunurdu.
Yekun hesabatda 2018-ci il ərzində görülən işlərdən bəhs edən film nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri  Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2019-cu ildə Nəsimililərə  daha böyük uğurlar arzuladı.
Yekun hesabatda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən  yubilyarlara Nəsimi RİH-in xatirə hədiyyələri təqdim olundu.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. 
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin rayonda yerləşən özəl səhiyyə müəssisələrində də əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdu. Rayonun Cümhuriyyət yaşlı sakinlərinin tibbi müayinəsi də xüsusi diqqətdə saxlanılmışdır. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişlər.
Fevral ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin  birgə təşkilatçılığı ilə 247 sayli tam orta  məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda  geniş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparılmış, narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  Fevral ayının 12-də Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında K-1 qaydasız döyüş növü üzrə dünya çempionu, tanınmış idmançı Zabit Səmədov idman məktəbinin açılışı olub.
«Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Nəsimi rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunmuşdur. Rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunub keçirilmişdir.
Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası və «Xocalı harayı» abidəsinin ziyarəti təşkil olunmuşdur.
Faciənin ildönümü ərəfəsində  fevral ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Xocalı sakinləri ilə görüş zamanı tədbir iştirakçılarının  müraciətlərinə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  tərəfindən fərdi qəbul təşkil edilmişdir. Qəbul zamanı  onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar  verilmişdir. Tədbirin sonunda Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən  yardımlar  göstərilmişdir.
Fevral ayının 25-də Xocalı faciənin ildönümü ərəfəsində Kliniki Tibbi Mərkəzdə Xocalı şəhərindən köçkün düşərək  Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilmişdir.  Görüşdən sonra  Nəsimi rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Kliniki Tibbi  Mərkəzdə  pulsuz  tibbi müayinələri təşkil olunmuşdur. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirilmişlər. Xocalı sakinlərinin ailələrində olan azyaşlı uşaqlar da  ixtisaslı uşaq həkimləri tərəfindən müayinədən keçirilmişdir.
Faciənin ildönümü ərəfəsində H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin ifasında 1 nömrəli  tam orta məktəbdə Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Həmçinin Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən Xocalı şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Orqan konserti təşkil edilmişdir. Konsertdə        R.Ramazanovun “And”, Q.Qarayevin  “Laylay”, A.Sandvollun “İntroduksiya və passakalya”, C.Perqolezinin “Stabat Mater” (“Hüzünlü ana”) əsərləri səsləndirilmişdir.
Fevral ayının 27-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixail Boçarnikov ilə Nəsimi rayon İcra Hakimiyyətində görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Rusiya dövlətləri arasında  olan dostluq əlaqələrinin möhkəmliyi  və dövlətlər  arasında ictimai-siyasi və humanitar münasibətlərin əhəmiyyəti qeyd edilərək dövlətlər arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi və gücləndirilməsi, həmçinin qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı bəhs edilmişdir. 
Fevral ayının 27-də Nəsimi  rayon İcra Hakimiyyəti  tərəfindən  164 nömrəli tam orta məktəbdə “Milli ailə dəyərlərimiz ” mövzusunda layihənin açılış tədbiri keçirilib. Tədbirdə ağsaqqal və ağbirçəklər, gənclər, gənc və nümunəvi ailələr,  təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs edilıb.
Fevral ayının 28-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin  birgə təşkilatçılığı ilə 14 sayli tam orta  məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda  geniş maarifləndirici tədbir keçirilmişdi. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər, diskussiyalar aparılmışdı. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Mart  ayının 4-də Nəsimi  rayon İcra Hakimiyyəti  tərəfindən  46 nömrəli tam orta məktəbdə “Milli ailə dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə ağsaqqal və ağbirçəklər, gənclər, gənc və nümunəvi ailələr,  təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs edilıb.
5-mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə Nəsimi rayonunda ali təhsil müəssisələrinin voleybol komandaları arasında turnir keçirilmişdir. Turnirdə 5 voleybol komandasını 60 nəfər tələbə təmsil etmişdir. Yarışda Azərbaycan Tibb Universitetinin tələbələri 1-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri 2-ci,  Azərbaycan Dillər Universitetinin tələbələri isə 3-cü yeri tutmuşlar. Tədbirin sonunda qalib komandaların  idmançılarına  diplom, medal və kubok təqdim olunmuşdur.
Mart  ayının 7-də RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə tədbir  təşkil olunmuşdur. Bayram tədbiri  3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələrinin  konsert proqramı  ilə başa çatmışdır.Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin  hədiyyələri  təqdim olunmuşdur.
Mart  ayının 9-da Taras Şevçenkonun anadan olmasının 205-ci ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur. Tədbirdə ictimaiyyət nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.
  Mart  ayının 10-da Nəsimi rayonunda S.Pişəvari küçəsi 2 A ünvanında yerləşən “AgroMall” MMC-yə məxus ərazidə növbəti Novruz yarmarkası təşkil edilib. Yarmarkada Cəlilabad, Beyləqan və Qəbələ rayonlarından olan fermerler, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz qiymətə təklif etmişlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı yarmarkanın fəaliyyəti ilə tanış olmuş, satıcılarla, fermerlərlə söhbət edərək onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıblar.
Bayram yarmarkası mart ayının 16-dan 21-dək qeyd olunan ünvanda təşkil olunmuşdur.
  Mart  ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu, R.Məmmədov küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə etdiyi ümumi sahəsi 4100 kvadratmetr olan ərazidə abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.
Layihə çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman qurğuları, şahmat və uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.
Sakinlərin istəkləri nəzərə alınaraq 4 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100-dən artıq müxtəlif növ ağaclar əkilib və ərazidə yaşıllıq zolağı salınıb.
Mart  ayının 14-də Nəsimi  rayon  İcra  Hakimiyyəti  Başçısı tərəfindən təsdiq edilmiş rayon İcra Hakimiyyətinin  2019-cu il üçün  Mülki müdafiə  üzrə tədbirlər planına  əsasən  14 mart 2019-cu il tarixdə rayonun mülki müdafiə rəhbər heyətinin məşqi keçirilmişdir.
Tədbirdə rayonun ayrı-ayrı idarələrinin,  xidmət sahələrinin rəhbər heyəti və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak etmişlər.
Tədbirdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması  zamanı mülki müdafiə qüvvələrinin idarə olunması barədə ətraflı məlumat verilmiş və daha  sonra rayonun mülki müdafiə rəhbər heyətinin üzvlərini marqlandıran suallar cavablandırılmışdır.
15-18 mart  2018-ci il  tarixlərdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan 27 nəfər məktəbli, 2 nəfər rəhbər və 1 nəfər tibb bacısı Naxçıvan Muxtar Respublikasına səfər etmişlər.
İlk əvvəl qrupun təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişlər. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar.
  Mart  ayının 13-də RİH-də  turda iştirak edən şagirdlər və onların valideynləri ilə görüş keçirilmişdir. Şagirdlərə turun məqsədi barədə məlumat verilmiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışılmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğu vurğulamışdır.
Tədbirdə çıxış edən - Texniki Humanitar Liseyin  direktoru Səidə Zeynalova   və valideynlər ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə  Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Orucova məxsus olan “Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə  ifa edildi. Daha sonra tədbir  2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng milli rəqsləri ilə  başa çatmışdır.
  Mart  ayının 15-də Heydər  Əliyev Beynəlxalq Aeroportunda şagirdləri yola salan Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və Nəsimi rayonu 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin  konsert proqramı onlarda xoş əhval-ruhiyyə yaradıblar.
Daha sonra Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn 180 nəfər məktəblinin qarşılanma mərasimi keçirilmişdir. Qarşılanma  mərasimində Nəsimi rayonu 2 saylı Uşaq Gənclər Inkişaf Mərkəzinin rəqs kollektivinin, “Amarok” rəqs qrupunun rəngarəng milli rəqsləri və  Nurayın ifasında şən mahnılar qonaqlarda xoş təəssürat yaratmışdır. Bahar qızı, Kosa və Keçəl Naxçıvandan gələn məktəblilərlə yumurta döyüşdürüb, Novruz şirniyyatlarına qonaq ediblər.
Turlar zamanı məktəblilərimiz Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər  Əliyev Muzeyi ilə tanış olmuşlar. Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi,  “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası, Naxçıvan Müəllimlər İnstitutunda, Dövlət Bayrağı Muzeyi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyini və “Duzdağ” Fizioterapiya Mərkəzində olmuşlar.
Həmçinin Ordubad şəhərinə səyahətlə davam etdirilmiş və burada şagirdlər Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad rayon Tarix-Diyarşünasliq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar.  Daha sonra Şahbuz rayonuna səfər çərçıvəsində tur iştirakçıları “Farma-Şah” MMC və Ağbulaq İstirahət Mərkəzində olmuşlar. Culfa rayonuna səfər edən tur iştirakçılar  Gülüstan türbəsi, “Əlincəqala” Tarix-Mədəniyyət  Muzeyi  ilə tanış olmuşlar.
Sonra Naxçıvan şəhərinin Gənclər Mərkəzində Naxçıvan MR-nın Gənclər və İdman naziri və Təhsil naziri ilə  tur iştirakçılarının görüşü keçirilmişdir. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır.
“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərimizin Naxçıvan Muxtar  Respublikası ilə tanışlığı uğurla başa çatmış, şagirdlərimiz bu möhtəşəm layihədən məmnun olduqlarını bildirmiş və layihənin yaradıcısı olan Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək bundan sonra daha da səylə çalışacaqlarına, yaxşı oxuyacaqlarına söz vermişlər.
  Mart  ayının 15-də xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Bərdə korpusunun «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin  hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə   döyüşçülərimiz üçün böyük   konsert proqramı təşkil olunmuşdur.
Mart ayının 16-da Nəsimi rayon ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ  1000-dən artıq həmişəyaşıl ağaclar əkilmiş, mövcud parklardakı əkilən  gül kolları yenilənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Nəsimi rayonunda  Novruz  bayramının keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, bağlarda, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində və mədəniyyət ocaqlarında baharın gəlişinə həsr olunmuş tədbirlər hazırlanmışdır. Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq  işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq  belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunmuşdur.
Mart  ayının 16-da Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində  Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən  yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz  və s. aztəminatlı ailələrin üzvlərinə,  ümumilikdə 2500-dən çox ailəyə təqdim olunmuşdur. Tədbirdə çıxış edən  Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri, məcburi köçkünlərin, ictimai birliklərin  nümayəndələri, iş adamları  və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Mart ayının 18-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Nəsimi  rayonunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin  bir qrup əməkdaşına   rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və hədiyyələr təqdim olunmuşdur.
Tədbirin sonunda  iştirakçılar  Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş filmə baxmışlar.
Mart  ayının 19-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.
Bayram tədbirində Nəsimi  Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişdilər.
Tədbir iştirakçıları əvvəlcə rayonun təhsil, məktəbəqədər müəssisələrinin və bədii özfəaliyyət kollektivlərinin hazırladıqları  xalqımızın adət-ənənələrini özündə əks etdirən rəngarəng sərgilərlə, Müstəqil Azərbaycanımızın ayrı-ayrı bölgələrinin Novruz ənənələri və mətbəxləri ilə tanış olmuşlar.
Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etdilər, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. Tədbirin sonunda atəşfəşanlıq oldu. Novruz bayramını  Nəsimi sakinləri böyük sevinc və fərəhlə qeyd etdilər.
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə 19-21 mart  tarixlərində  Zabitlər parkında  və İzmit parkında bayram şənlikləri  keçirilmişdir. Bayram şənliklərində  tanınmış incəsənət ustaları çıxış etmiş, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər.
Mart  ayının 27-də  Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.
Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar təmizlik aylığının keçirilməsi və Nəsimi rayonunun da bu təşəbbüsə qoşulduğu müşavirə iştirakçılarının nəzərinə çatdırıldı.
Tədbirdə rayon ərazisində gün ərzində reydlərin keçirilməsi, çatışmamazlıqların dərhal və operativ aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, ayrı-ayrı xidmətlər tərəfindən aparılan qazıntı işlərindən sonra bərpa işlərinin diqqət mərkəzində saxlanılması,  yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisində həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsinin vacibliyini bildirərək, sanitar-təmizilik işlərinin daim nəzarətdə saxlanılması üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində bir sıra tədbirlər keçirilmişdir. Rayonda yerləşən tam orta məktəblərdə  sərgilər təşkil olunmuş, dəyirmi masalar, konfranslar,  rəsm sərgiləri keçirilmiş, martın 31-də rayonun bütün orta məktəblərində  birinci dərs soyqırım tarixinə həsr olunmuşdur.
Aprel ayının  3-də 2 nömrəli SİƏD üzrə 643-cü məhəllədə RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Aprel  ayının 4-də Nəsimi Rayon İcra Hakimiyyəti və rayon  Ağbirçəklər Şurasının birgə təşkilatçılığı  ilə “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı çıxış edənlər tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün görülən kompleks tədbirlərin əhəmiyyəti  qeyd edilmişdir.
Aprel  ayının 6-da Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat, xidmət sahələrinin və mənzil-tikinti kooperativlərinin  rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə, çoxmənzilli yaşayış binalarında yanğından mühafizə ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və rayon ərazisindəki mənzil-tikinti kooperativlərinə məxsus çoxmənzilli yaşayış binalarında  mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir.
Aprel  ayının 7-də rayonun mikrorayon ərazisində - Cavadxan küçəsi 40 ünvanında rayon İcra Hakimiyyəti rəhbərliyinin, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı  500-dən artıq həmişəyaşıl müxtəlif növ ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.
Aprel  ayının 8-də Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilib. 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə keçirilən ağacəkmə kompaniyası başa çatdıqdan sonra rayonun Səməd Vurğun küçəsi ilə Vaqif  prospektinin kəsişməsində yerləşən parkda rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə  geniş konsert proqramı keçirilmişdir. Tədbirdə rayonun 200-dən artıq  orta məktəb şagirdləri və gənclərinin iştirakı ilə “10 milyon” fləşmobu nümayiş etdirilmişdir. Tanınmış müğənnilər, incəsənət ustaları və rayonda fəaliyyət göstərən  2, 3 və 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmış, tədbirdə Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə hazırlanmış “Qədəmlərin uğurlu olsun” tortu iştirakçıların alqış sədaları altında tədbirin ən yaşlı və ən gənc iştirakçısı tərəfindən kəsilmişdir. Rayon sakinləri  10 milyonuncu sakinin şərəfinə keçirilən atəşfəşanlığa maraqla tamaşa etmişlər.
Aprel  ayının 10-da  Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin  yekun mərhələsi keçirildi. Qonaqlar ilk öncə müsabiqənin təqdim etdiyi beş mövzu üzrə məktəblilərin hazırladıqları sərgi – təqdimat ilə yaxından tanış olmuşlar. Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilərək komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 70-dən çox elmi işdən seçilmiş 10 ən yaxşı  referat - məktəblilərin hazırladığı təqdimatlar edilmiş, sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə, müsabiqənin keçirilməsində yaxından iştirak edən tarix müəllimlərinə  Fəxri Fərmanlar və müsabiqədə fəal iştirak edən məktəblilərə isə Təşəkkürnamələr  təqdim olunmuşdur.
Aprel ayının 10-da 1 nömrəli SİƏD üzrə  4-cü mikrorayon, H.Seyidzadə küçəsi 68 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Aprel  ayının 11-də  Ekologiya və  Təbii Sərvətlər Nazirliyi,  Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirildi. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Könüllülər, Bakı Slavyan Universitetində təhsil alan tələbələr, o cümlədən əcnəbi tələbələr yaxından fəal iştirak etmişlər. Gənclər bayram əhval ruhiyyəsi ilə birlikdə vətənpərvərlik mahnıları və  rəqslər ifa etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında   “Nəsimi ili” elan edilməsi haqqında  2019-cu il 11  yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar  Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının  müvafiq  Sərəncamı ilə  Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında  rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması  üçün  silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. İstedadlı gənclər arasında Nəsimi qəzəllərindən ibarət “Nəsimi” müsabiqəsinin, gənc musiqiçilərin iştirakı ilə Nəsiminin qəzəllərini ifa etməklə “Muğam”  müsabiqəsinin keçirilməsi,  rəsm əsərləri,  ən yaxşı ədəbi-bədii kompozisiyalar və referatların hazırlanması üçün müsabiqə elan edilmiş və ilin sonunadək keçiriləcək tədbirlərdə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.
Aprel  ayının 13-də  Nəsimi rayon İcra Hakimiyyətində  2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun Türkiyədə keçiriləcək 41-ci TRT 23 aprel - Beynəlxalq Uşaq  şənliyində iştirak etmək üçün yola salınmışdır. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış etmişlər. Mərkəzin istedadlı uşaqları Türkiyənin Samsun və İzmit şəhərində keçiriləcək bayram tədbirlərində iştirak etmişdilər.
Aprel  ayının 16-da   rayon İcra Hakimiyyətində   “Məndə sığar iki cahan...” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Aprel  ayının 16-da  Nəsimi rayon İcra Hakimiyyətində  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin Türkiyədə keçiriləcək tədbirdə iştirakı ilə əlaqədar  tədbir keçirilmişdir. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış edərək, onlara göstərilən bu ehtimadı doğruldacaqlarına söz verdilər. Mərkəz 18-26 aprel 2019-cu il tarixlərdə  Türkiyənin İstanbul şəhərində keçirilmiş Beynəlxalq  İstanbul Ataşəhər Uşaq Festivalında   iştirak etmişdir.
Aprel  ayının 18-də  Tarixi Abidələrin Mühafizəsi Günü  münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən   tədbir keçirilmişdir. Gənclər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirmiş, sonra könüllü gənclərin iştirakı ilə rayon ərazisində yerləşən  Zorgenin xatirə - memarlıq kompleksində, “1941-1945” xatirə-memarlıq kompleksində, Mustafa Kamal Atatürkün, Koroğlunun, Nəsiminin və digər abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılmışdır. Daha sonra tədbir Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində gənclərin iştirakı davam etmişdir. Tədbirdə  Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs kollektivi, 7 saylı musiqi məktəbi və 240 nömrəli tam orta məktəbin istedadlı şagirdləri  musiqi nömrələri ilə çıxış etmişlər.
Aprel ayının 17-də 3 nömrəli SİƏD üzrə  R.Behbudov küçəsi ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Aprel  ayının 17-də Nəsimi rayon 240 nömrəli tam orta məktəbdə “Qəhrəmanlarımız qürurumuzdur” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi Rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri Azər Quliyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mirzə Quliyev və Zabit Quliyev iştirak etmişlər. Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilmiş, göstərdikləri qəhrəmanlıqlardan söhbət açılmışdır. Milli Qəhrəmanlar isə çıxışlarında məktəblilərlə Vətən sevgisini yaddaqalan döyüş xatirələri ilə bildirdilər. Sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndi, şeirlər söyləndi, rəqslər nümayiş etdirildi. Tədbirin sonunda şəadətli Azərbaycan zabitləri ilə xatirə şəkilləri çəkdirilmişdir.
Aprel  ayının 22-də YAP Nəsimi rayon təşkilatının qərargahında YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V Hesabat-Seçki konfransı keçirilmişdir.
Aprel ayının 23-də bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı  Nəsimi  rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilmişdir. Çernobılçılar adından çıxış edən cəmiyyətin Nəsimi  rayon təşkilatının sədri Xələf Həsrətov, rayon ağsaqqalı Aydın Heydərov, Nəsimi rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev  onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını birdirmişdilər. Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.
Aprel ayının  24-də     2 nömrəli SİƏD üzrə  S.Rüstəm küçəsi 31 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Aprel ayının 25-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 42 sayli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirilmişdir. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılması olmuşdur. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər, diskussiyalar aparılmışdır. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftolmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi Nəsimi  rayonunda geniş qeyd olunmuşdur. Əlamətdar günlə  bağlı idarə və təşkilatlarda görkəmli alimin xatirəsinə həsr olunmuş bir  sıra tədbirlər  təşkil olunmuşdur.  Tədbirlər çərçivəsində rayonun  orta  məktəblərində görkəmli oftolmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, rəsm əsərləri sərgisi, idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.
Aprel ayının 25-də Nəsimi rayon İcra hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və  Tibb Universitetinin rektoru Gəray Gəraybəyli oftolmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişlər.  Daha sonra Azərbaycan Tibb Universitetinin “Oftalmologiya”  kafedrasının müdiri professor Paşa Musayev  və “Oftalmologiya”  kafedrasının dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirmişlər.  Tədbirin sonunda  pulsuz tibbi müayinəsi təşkil edilmiş aztəminatlı ailələrdən olan bir qrup məktəbliyə eynəklər hədiyyə edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə   aprel ayının 26-da rayon sakinlərinin pulsuz göz müayinəsi təşkil olunmuşdur.  CeLaMiG Göz Lazer Klinikasında ixtisaslı həkimlər - tibb elmləri namizədi Akif Sadıxov, uzman oftalmoloq Əhməd Abdullayev, oftalmoloq-cərrah Heyran Şirinova  tərəfindən sakinlər  müayinə olunmuş, müvafiq tibbi xidmətlər  göstərilmişdir.
Aprel ayının 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirildi. Fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. Xatirə muzeyində rəssamın əsərləri, yaşadığı mühiti əks etdirən guşə və fəaliyyətini özündə cəm edən şəxsi fondu qorunur.
May ayının 1-də  Nəsimi rayon İcra Hakimiyyətinin akt zalında Nəsimi rayon Ağsaqqallar şurasının  növbəti Hesabat-Seçki konfransı keçirilib. Tədbirdə çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirdilər. Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Konfransda Nəsimi rayon Ağsaqqallar şurasının 11 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçilib. Səsvermə nəticəsində Aydın Heydərov Nəsimi rayon Ağsaqqallar şurasının  sədri seçilib. Konfransda YAP  Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Respublika Ağsaqqallar şurasının aparat rəhbəri Yaqub Mehdiyev və Respublika Ağsaqqallar şurasının İdarə heyətinin üzvü Qəzənfər Paşayev iştirak etmişlər.
May ayının  3-də   2 nömrəli SİƏD üzrə  M.Qasımov  küçəsi 6 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
May ayının 3-də  paytaxtın Nəsimi rayonunda yerləşən Zabitlər bağında "Mən oxudum, sən də oxu" devizi altında Ədliyyə Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Kitab günü" keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və məsul əməkdaşları, Yazıçılar Birliyinin, vətəndaş cəmiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, yerli sakinlər, tələbələr və məktəblilər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Ədliyyə nazirliyi tərəfindən cəzaçəkmə müəssisələrinin kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə aksiyanın keçirilməsi təşəbbüsünü humanist addım kimi dəyərləndirərək "Kitab günü" çərçivəsində toplanmış 4 minə yaxın müxtəlif bədii, publisistik və digər elmi kitabların cəmiyyətimizin həssas təbəqəsi olan azadlıqdan məhrum edilmiş şəxslərin istifadəsinə verilməsini alqışlamışlar.
"Kitab günü"ndə həmçinin, gənclərin mütaliə marağının artırılması məqsədilə Nəsimi rayonunda yerləşən  "Müasir İnnovasiyalar Liseyi"nin şagirdlərinin iştirakı ilə fləşmob təşkil olunub. Tədbir musiqili-bədii proqramla davam edib.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar paytaxtın Nəsimi  rayonunda silsilə tədbirlər keçirilmiş,   idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir.
May ayının 7-də Nəsimi  rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə  həsr olunmuş “Heydər Əliyev - xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider” adlı təntənəli tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Azər Badamov, İlham Məmmədov,   Məlahət İbrahimqızı,  Ülvi Quliyev, Kamran Nəbizadə, Kamilə Əliyeva, Mahir Aslanov,  Auditorlar Palatasının Sədri Vahid Novruzov,  Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov və digər rəsmi qonaqlar iştirak etmişlər. Tədbirdə  Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilmişdir.
May ayının 7-də Nəsimi Rayon İcra Hakimiyyəti  Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci ilə birgə R.Behbudov adına Mahnı Teatrında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirmişdir. Tədbirdə  kollecin tələbələrinin ifasında bəstəkarlardan Üzeyir Hacıbəyovun, Qara Qarayevin,  Fikrət Əmirovun, Rauf Hacıyevin, E.Qasımbəylinin, Riçard Qalyanonun, Sergey Raxmaninovun əsərləri  ifa olunub. Daha sonra  Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin  bir qrup istedadlı tələbəsinə Nəsimi rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
May ayının 7-də II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbrin əvvəlində Nəsimi rayon “Şahinlər”inin ifasında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur. Daha sonra “1941-1945” abidəsinin  önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar  abidənin önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və yardımlar verilmişdir. Səhhəti  ilə əlaqədar tədbirdə iştirak edə bilməyən  Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.
May ayının 7-də Landau məktəbi tərəfindən Zabitlər bağında “Dünyanı gözəlləşdirək” adlı tədbir keçirilmişdir. Tədbirdə Landau məktəbinin müəllim və şagird kollektivi rəngarəng proqramla çıxış etmiş, bir sıra dövlətlərin musiqi və mətbəx mədəniyyəti qonaqlara təqdim olunmuşdur. 
May ayının  08-də   3 nömrəli SİƏD üzrə  Ş.Əzizbəyov  küçəsi 108 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
May ayının 10-da Nəsimi rayon İcra Hakimiyyəti 20 nömrəli musiqi məktəbi ilə birlikdə  Azərbaycan Respublikası Milli Konservatoriyasında,               7 nömrəli musiqi məktəbi ilə birlikdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə  həsr olunmuş konsertlər  təşkil olunmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq may ayının 10-da rayonun müxtəlif ərazilərində,  mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə  aksiyası  keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Tədbir zamanı rayonun Üzeyir Hacıbəyov küçəsində,  4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında və digər park və bağlarda, yaşıllıq zolaqlarında  10000-dən artıq gül kolu əkilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq Nəsimi rayon orta məktəblərində silsilə tədbirlər həyata keçirilmiş,  may ayının 10-da 23 nömrəli tam orta məktəbin şagirdləri dahi şair Füzulinin 525 illik yubileyinə həsr olunmuş "Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir" adlı ədəbi-bədii kompozisiya hazırlamışlar. Tədbirdə Təhsil Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak etmişlər.
May ayının 14-də “15 may-Beynəlxalq Ailə günü” münasibətilə Ədliyyə Nazirliyi  Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Nizami Kino Mərkəzində “Sağlam ailə dövlətin sosial dayağıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Ədliyyə, Səhiyyə nazirliklərinin, Mətbuat Şurasının, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, psixoloqlar, habelə regionlarda yaşayan 25-50 il birgə ömür sürmüş ailələr, ağsaqqallar və ağbirçəklər, gənc ailələr iştirak ediblər.
Tədbirdə zəngin və mənalı həyatı hər bir ailəyə örnək olan dahi öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib. Tədbirdə iştirak edən ağsaqqallar,  ağbirçəklər və 50 ilə yaxın  birgə ömür sürmüş ailələrin üzvləri gənc ailələrə öz dəyərli məsləhətlərini və tövsiyyələrini verdilər. Daha sonra 50 və 25  ilə yaxın  birgə ömür sürmüş    ailələrə hədiyyələr təqdim olunmuşdur.
   Tədbir Bakı Musiqi Akademiyasının, Azərbaycan Respublikası Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və   3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin konserti ilə davam etmişdir.
May ayının  14-də   1 nömrəli SİƏD üzrə  Cavadxan küçəsi 3 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
May ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətində Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin ilk iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın hazırlandığını və həmin planın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verilmişdir.
May ayının 22-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun tam orta məktəblərinin şagirdləri arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”  intellektual bilik yarışı keçirilmişdir. Bilik yarışında məktəblilər tarix və coğrafiya sahəsi üzrə öz biliklərini sınaqdan keçirmişlər. Yarışma 125 məktəblinin iştirakı ilə  iki mərhələdə keçirilmişdir. 151 nömrəli məktəbin komandası I, 5 nömrəli məktəbin komandası II, 42 nömrəli məktəbin komandası III, 159 nömrəli məktəbin komandası IV yerə layiq görülmüşlər.
Zabitlər parkında intellektual oyunun final mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi təşkil edilmişdir. Komandalar diplom və hədiyyələrlə təltif olunmuşlar. İntellektual oyunun təşkil edilib keçirilməsində Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Nəsimi könüllüləri qrupu” yaxından iştirak etmişlər.
May ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətində  fəaliyyət göstərən Nəsimi rayon Könüllüləri ilə görüş keçirilib. Görüşdə dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanıldığı bildirilmişdir.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər. Nəsimi rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclər  müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə yaxından  iştirak etmişdilər. Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında   “Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11  yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar  Nəsimi Rayon İcra Hakimiyyəti  Başçısının  müvafiq  Sərəncamı ilə  Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən  rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması  üçün  silsilə tədbirlər təşkil edilmişdir.
May ayının 24-də Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə növbəti tədbir keçirilmişdir. Qonaqlar ilk öncə məktəbin foyesində “Nəsimi poeziyası” mövzusunda  məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etmişdir. 
May ayının 25-də Nəsimi rayon İcra Hakimiyyəti 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Zabitlər bağında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan...” devizi altında məktəblilər arasında incəsənət sahələri üzrə baxış-müsabiqənin yekun mərhələsini-mükafatlandırılmasını  təşkil edilib keçirib. Tədbirdə  münsiflər heyətinin  rəyi ilə Təsviri sənət və Bədii qiraət üzrə  seçilmiş Nəsimi rayon məktəbliləri xüsusi diplomlarla təltif olundular. Tədbir 1 nömrəli Uşaq Gənclər və İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları kompozisiya və rəqslərlə davam etmişdir.
May ayının  29-da   1 nömrəli SİƏD üzrə  H.Seyidzadə küçəsi 27 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
May ayının 29-da Niaqara şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir. İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. “Məşədi Dadaş”  məscidinin dini icmasının rəhbəri Hacı Şahin Həsənov müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını  çatdrmışlar.
Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
May ayının 31-də 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində  bayram tədbiri keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  uşaqlara hədiyyələr təqdim edilmiş,  uşaqlarla birlikdə maraqlı oyunlar keçirmişlər.
May ayının 31-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə  rayon ərazisində yerləşən “KOALA”  istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan   uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 nömrəli  xüsusi məktəblərdə təhsil  alan   uşaqlara  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.
May ayının 31-də 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Zabitlər bağında  bayram tədbiri keçirilmişdir. Keçirilən bayram şənliyi uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur. Bayram tədbirində 268 və 11 nömrəli xüsusi məktəbin uşaqları üçün bayram süfrəsi açılmış, şən kloun və nağıl qəhrəmanları uşaqları əyləndirmiş, onlarla birlikdə maraqlı oyunlar təşkil etmişlər.  Daha sonra tədbir 2, 3 və 5  saylı Uşaq Gənclər İnkişaf  Mərkəzlərinin kollektivlərinin    çıxışları ilə davam etmişdir.
May ayının 31-də Nəsimi rayonunun 1-ci mikrorayon ərazisində yerləşən “Yağmur” körpələr evində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti  uşaqlar üçün bayram tədbiri keçirilmişdir.Tədbirdə uşaqlar  bağçada öyrəndikləri şeir və mahnıları ifa etmiş, rəqslər edərək şənlənmişlər.
İyun ayının  4-də   3 nömrəli SİƏD üzrə  S.Rəhimov   küçəsi 145 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
İyun ayının 4-də Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində - Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, 20 Yanvar, Əlillər, Gözdən Əlillər və digər ictimai təşkilatların,  rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilmişdir. Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə  ərzaq bağlamaları hazırlanmış və bu tədbirdə onlara paylanılmışdır.Tədbirdə iştirak edənlər  Ramazan bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
İyun ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Təbəssüm” Uşaq Musiqili Teatrının tədbiri keçirilmişdir. Tədbirdə “Təbəssüm”ün rəqs qrupları rəngarəng milli, müasir və dünya xalqlarının rəqslərini  və maraqlı səhnəcikləri tamaşaçılara təqdim etdilər. Bir -birindən baxımlı rəqslər öz gözəlliyi  və uşaqların rəngarəng geyimləri ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Tədbirdə  iştirak edən bütün iştirakçılar diplomlarla təltif olunmuşlar.
İyun ayının 7-də Nəsimi rayonu 164 nömrəli tam orta məktəbdə “Nəsimi ili” ilə əlaqədar  tədbir keçirilmiş, məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya göstərilmiş və daha sonra tədbirdə iştirak edən  xalq artisti Rasim Balayev məktəblilərin suallarını cavablandırmışdır.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunun tam orta məktəblərində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, dəyirmi masa, disput, inşa yazı və rəsm  müsabiqələri təşkil edilmişdir. Aylıq çərçivəsində "Hüquqlarımızı bilək və qoruyaq”, “İnsan hüquqları”, “Hüquqlarımızı öyrənək və öyrədək”, "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə  şagirdlərə insan hüquqları və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmət, insan hüquqlarına əməl olunmasının zəruriliyi barədə ətraflı məlumatlar verilmişdir.   
İyun ayının 7-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində  “Uşaqlar dünyanın çiçəkləridir”,  54 nömrəli tam orta məktəbdə "Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbirlər  keçirilmişdir.
İyun ayının  7-də   2 nömrəli SİƏD üzrə  Dağıstan   küçəsi 36 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
İyun ayının  12-də  1 nömrəli SİƏD üzrə  A.Məhərrəmov    küçəsi    34-42 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
İyun ayının 13-də Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə “Nəsimi ili” ilə əlaqədar tədbir keçirilmişdir. Məktəbin foyesində “Nəsimi poeziyası” mövzusunda  məktəblilərin rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etmişdir. 
İyun ayının 13-də Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilmişdir.
İyun ayının 14-də Nəsimi rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclərin iştirakı ilə  Milli Qurtuluş Gününə həsr olunmuş  tədbir keçirilmişdir. Tədbir iştirakçıları İcra Hakimiyyətinin foyesində Ulu Öndərin büstü önünə  gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad etmişlər.  Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmiş, daha sonra tədbir 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin konsert proqramı ilə davam etmişdir.
İyun  ayının 14-də Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən bilik bayramının yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri aparılmışdır. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdilər.“Son zəng” tədbirlərində  müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulamışdılar. Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir. 23 və 211 nömrəli  tam orta məktəblərdə “Son zəng” tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
İyun ayının 17-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasında  Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirildi. Tədbirdə Nəsimi rayon ərazisində yerləşən  səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Tədbirdə Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olundu. Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.
İyun ayının 22-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.  Daha sonra Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Dövlət Qulluqçularının Peşə Bayramı Günü  münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən  Fəxri Fərmanla təltif olunmuşlar.
İyun ayının 22-də    26 İyun- Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin  Hacı Zeynalabdin qəsəbəsindəki «N» saylı hərbi hissəsində  bayram tədbiri təşkil olunmuşdur. Qonaqlar  orada xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, onlarla söhbətlər aparmışlar. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır. Bayram tədbiri Şahin İsmayılovun ifasında səslənən vətənpərlik mahnıları, həmçinin   2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvlərinin ifaları və rəngarəng rəqsləri ilə davam etmiş,  sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.
İyun ayının 24-25-də Azərbaycan Respublikası Silahlı Qüvvələr günü  ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış  Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları və  rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmış, respublikamızın populyar incəsənət ustalarının və 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin iştirakı ilə   hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.
Tədbirdə hərbi hissə komandanlığı  qonaqlara şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
İyun ayının  28-də   2 nömrəli SİƏD üzrə  S.Vurğun küçəsi 112 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir. 
Iyulun 1-də Nizami Kino Mərkəzində  Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu ilin iyul ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən hərbi qulluqçuların ehtiyata buraxılması” haqqında 03 iyun 2019-cu il tarixli, 1218 saylı Sərəncamının icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram” tədbiri keçirilmişdir. Tədbirdə   rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi xidmətə yola salınan gənclər və onların valideynləri iştirak etmişdir. Tədbirdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini və Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı həqiqi hərbi xidmətə yola düşən çağırışçılara xatirə hədiyyələri  təqdim etmişlər.
Iyulun 1-də 2 iyul – Azərbaycan Polisi günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilmişdir.Tədbirdə bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin xatirə hədiyyələri təqdim olunmuşdur.
Iyulun 4-də  2 iyul-Azərbaycan Polisi Günü münasibətlə  Nəsimi  rayon Polis İdarəsinin  19-cu Polis şöbəsinin   xidməti binasının açılışı olub. Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, idarə və şöbə əməkdaşları iştirak etmişlər.
Iyulun 4 -də  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, H.Seyidzadə küçəsi 20, 22, 24, 26, 28 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir. “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, 2 ədəd şahmat meydançası, 3 ədəd söhbətgah, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılmışdır. Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 5000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.
Iyulun 8-də  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmədə iştirak edib. Yenilənmiş həyət Nəsimi rayonu, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 saylı ünvanlarda 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir. Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, 1 ədəd şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 8 ədəd söhbətgah və oturacaqlar quraşdırılmışdır. Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 80 ədəd ağac əkilib və 6000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.
Sağlamlıq imkanları məhdud olan uşaqların  hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və  biliklərinin  aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir. Rayonda fiziki imkanları məhdud  olan uşaqların  tətil günlərini maraqlı etmək üçün, tətil günlərində uşaq və yeniyetmələrə xoş anlar bəxş etmək üçün maraqlı tədbirlər keçirilir.  
Iyulun 10 -da  növbəti tədbir - Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün  “Romance Palace”-da  əyləncəli istirahət axşamı təşkil edilmişdir. Uşaqlara burada  hədiyyələr təqdim edilmişdir. Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların  yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.
Yeniyetmələrin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı, yaddaqalan olması üçün, onların asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün keçirilən silsilə tədbirlər davam etmişdir.                    
Iyulun 12-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bilgəh qəsəbəsi “Damla” istirahət mərkəzində rayonun məktəblərində təhsil alan aztəminatlı ailələrdən,  təhsildə və idmanda fərqlənən məktəblilərin   iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə uşaqlar müxtəlif maraqlı oyunlarda iştirak edib, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar.
Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmişlər.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məktəblilərin Vətənə, Bayrağa və Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə müxtəlif məqsədyönlü  tədbirlər  həyata keçirilir. Son illər məktəblilərin yay tətili günlərində ölkəmizin regionlarında yeniyetmələr üçün  hərbi vətənpərvərlik düşərgələri təşkil edilmiş, düşərgələrdəki tədbirlər yeniyetmələrin yaddaşlarına əbədi həkk olunmuşdur.
Nəsimi rayonunda  Ümummilli  lider Heydər Əliyevin siyasi  hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Müdafiə Nazirliyi və  Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun  Qarabağ müharibəsi veteranları həmçinin, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin uşaqları, əlillərin övladları, təhsildə və idmanda fərqlənən şagirdlərin iştirakı ilə Qusar rayonunda “N” saylı hərbi hissədə  «Gənc Heydərçilər» yay istirahət düşərgəsi təşkil edilmişdir.
Iyulun 15-də  Zabitlər  parkında   «Gənc Heydərçilər»  yay istirahət düşərgəsində istirahət edəcək məktəblilərin düşərgəyə yola salınma mərasimi keçirilmişdir. Məktəblilərin yola salınma mərasimində çıxış edən valideynlər,  istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildirmişlər. Yola salınma mərasimində düşərgəyə yola düşən hazırladıqları maraqlı flaşmob  və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun milli rəqsləri qonaqların alqışları ilə qarşılanmışdır. Məktəbli yeniyetmələr Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra avtobuslarla  Qusar  rayo¬nuna  yola düşmüşlər.
Nəsimi rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə layihəsi olan “Gənc Heydərçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahətləri üçün  maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir. Düşərgədə idman yarışları, mədəni-tarixi yerlərə ekskursiyalar təşkil edilmiş, uşaqlar arasında futbol, voleybol, şahmat, dama və  digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc Heydərçilər” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar.  Düşərgə iştirakçılarının  Qusar rayonunda Heydər Əliyev Mərkəzi, və Qusar rayon Tarix-Diyarşünaslıq muzeyi, Xaçmaz rayonunda Heydər Əliyev Mərkəzi, Şəxsiyyətlər muzeyi və Xaçmaz rayon  Tarix-Diyarşünaslıq muzeyi, Quba rayon Tarix-Diyarşünaslıq muzeyi və Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-nə, Şahdağ Qış - Yay Turizm Kompleksinə ekskursiyaları və Qubanın yaşıl meşələrinə gəzintilər  də  təşkil edilmişdir. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycanın tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etmişdir.
Iyulun 19-da  Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 144 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilmişdir. Tədbirdə çıxış edən mətbuat nümayəndələri Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil  vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də  bir sıra tədbirlər  keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər keçirilir, onların istək və təklifləri nəzərə alınır, yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Iyulun 19-da  bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər xüsusi avtobusla Yanardağ Dövlət Tarix-Mədəniyyət  və Təbiət Qoruğunda olmuşlar. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqaları, Əmək və Silahlı Qüvvələr Veteranları   onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban xanım Əliyevaya    minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət zamanı  veteranlar  bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik  onları çox sevindirir. Bakı şəhərinin və regionların günü-gündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir. Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.
Məktəblilərin yay tətili günlərinin  mənalı, maraqlı və  yaddaqalan olması üçün  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilərək  Mehdiabad  qəsəbəsindəki “Omar Atçılıq Mərkəzi”ndə  təşkil edilən tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən,  təhsildə və idmanda fərqlənən məktəblilər   iştirak etmişdir. “Omar Atçılıq Mərkəzi”ndə uşaqlar buradakı heyvanlar, xüsusilə atlarla yaxından tanış olmuş və ətraflı məlumatlar almışlar. Daha sonra uşaqlar qayıqlarla göl gəzintisində iştirak etmiş, Mərkəzin ərazisindəki müxtəlif oyun qurğularında əylənmişlər. Tədbir zamanı  uşaqlar arasında  müxtəlif maraqlı oyunlar təşkil edilib, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar. Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Avqustun 3-də   Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib.
Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə ikinci rübün yekunları ilə bağlı avqustun 5-də  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.  Yığıncaqda rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, sahibkarların, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələri iştirak etmişlər.
Qurban bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur.
Avqustun 9-da rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, «Qızıl Aypara», Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanmışdır. Tədbirdə iştirak edənlər sosial qayğıya ehtiyacı olan ailələrə dövlət tərəfindən göstərilən qayğıya görə Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda iki mindən artıq ailəyə qurban payları verilmişdir.
Avqustun 15-də  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud olan məktəblilər üçün  xüsusi avtobusla “Yanardağ” Dövlət Tarix-Mədəniyyət  və Təbiət Qoruğuna gəzinti  təşkil edilmişdir. Sağlamlıq imkanı məhdud olan uşaqlar  keçirilən tədbirdə müxtəlif mahnılar, rəqslər ifa etmiş, məharətlərini göstərdilər. Uşaqlara burada hədiyyələr təqdim edilmişdir. Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların  yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.
Avqustun 29-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı, İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Sentyabrın 2-də  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən  Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda rayonun  ahıl sakinləri və Qarabağ müharibəsi veteranları iştirak etmişdilər. Veteranların iştirakı ilə 2 saat davam edən  yarışın qalibləri  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla  mükafatlandırılmışlar.
Sentyabrın 6-da Nəsimi rayon İcra Hakimiyyəti  ilə Dənizkənarı Bulvar idarəsinin  birlikdə təşkilatçılığı ilə uşaqlar üçün  Xəzər dənizində  gəmi gəzintisi  təşkil olunmuşdur. Dəniz səyahətində   rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, şəhid və veteran ailələrindən, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrdən olan bir qrup məktəblinin müasir «Mirvari» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər.
Bakı şəhərinin  mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün  hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman  diqqət mərkəzində olmuşdur. Rayonda  8 ali, 26 tam orta, 2 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2018/2019-cu tədris ilində rayonun orta məktəblərini  1574 nəfər şagird bitirmiş, onlardan 1233 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 156 nəfəri 500-dən, 57 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 327 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2018/2019-cu təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala layiq görülmüşdür.
Sentyabrın 14-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2018/2019-cu tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Tədbirdə Milli Məclisin deputatı, Nəsimi rayon YAP-nın sədri Məlahət İbrahim qızı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin  rəisi Rəşad  Tağıyev, 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlü,  Qızıl medala layiq görülmüş 240 saylı tam orta məktəbin məzunu,  Həsən Həsənov çıxış etmişlər. Tədbirdə iştirak edən məzunlar, onların müəllimləri və  valideynləri təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən  olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.
Sentyabrın 16-da hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün  rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır. Bilik gününə həsr edilmiş tədbirlərdə çıxış edən müəllim və valideynlər    təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər. Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şeirlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olunmuşdur.
Sentyabrın 16-da Bakı Slavyan Universitetində Bilik günü ilə bağlı təntənəli tədbir keçirilib. BSU tələbələrinin hazırladığı bədii kompozisiyalar, şeirlər, milli rəqslər təqdim olunub. Həmçinin bu tədris ilində  Bakı Slavyan Universitetinə yüksək bal toplayaraq qəbul olan tələbələrə hədiyyələr bağışlanıb.
Sentyabrın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq  Xidməti, Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada Məşğulluq Mərkəzlərinə gəlmək imkanı olmayan şəxslər üçün səyyar xidmət göstərilib. Səyyar xidmətin məqsədi özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirlərinin təbliğ olunması, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatının aparılması olub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq  Xidmətinin əməkdaşları ilə birgə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Səyyar xidmət zamanı məcburi köçkünlərə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən özünüməşğulluq layihəsi barədə məlumat verilib, proqramın kiçik sahibkarlığa çıxış imkanı yaratdığı və aztəminatlı ailələrin büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılmasında mühüm rol oynadığı bildirilib. Daha sonra özünüməşğulluq proqramı və peşə hazırlığı üçün müraciət edən şəxslərin yerindəcə qeydiyyatı aparılıb.
Sentyabrın 20-də 5 nömrəli tam orta məktəbdə “21 sentyabr – Beynəlxalq sülh günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə  5 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya, mahnı və rəqslər qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.
Sentyabrın 27-də Ahıllar günü ərəfəsində  rayonun bir qrup ahıl və qocaman sakinlərinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Novxanı qəsəbəsində yerləşən Flora Klubda bir günlük istirahətləri təşkil edilmişdir. Rayonun ahıl sakinləri xüsusi avtobusla Novxanı qəsəbəsinə gəlmişlər. Onlar Novxanıda yerləşən Flora Klubda olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar. Tədbirdə iştirak edən 100 nəfərdən artıq ahıl və qocaman rayon sakini birlikdə nahar etmiş və dincəlmişlər.
Sentyabrın 30-da “1 oktyabr- Ahillar günü” münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə çay süfrəsi arxasında səmimi görüş keçirilmişdir. Nəsimi rayon Ağsaqqallar  şurasının sədri Aydın Heydərov, Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, əmək veteranları Həsənağa Sadıqov, Əsəbalı Quliyev  və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış  və onlara göstərilən qayğiya  görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar. Tədbirin sonunda iştirakçılara bayram hədiyyələri təqdim edilmişdir.
Oktyabrın ayının 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısının tapşırığı ilə salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb. Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir neçə ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir. Prezident İlham Əliyev paytaxtdakı binaların dam örtüklərinin təmiri və həyətlərin abadlaşdırılması barədə tapşırıqlarını verdi.
Beynəlxalq Ahıllar günü münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər təşkil edilib keçirildi. Oktyabr ayının 1-də əlamətdar günlə əlaqədar  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi  diqqət və qayğısından danışdı, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar keçirilən  tədbirlərin əhəmiyyətini vurğulandı.Tədbir 44 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları mahnı, rəqs və kompozisiya ilə davam etdi
Oktyabr ayının 1-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafik üzrə 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil məsələsi, qəzalı vəziyyətdə olan binalar, dam örtüyünün təmiri, asfalt örtüyünün təmiri, həyətin işıqlandırma sisteminin yenidən qurulması  barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq pilot layihələrə salınması istəyini bildirmişlər.
Qəbulda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan,  Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Sakinlər müraciətlərində istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Oktyabr ayının 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Nəsimi rayon İcra Hakimiyyəti  yerli icra hakimiyyətində yaradılmış  Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunda  “Məişət zorakılığının qarşısının alınması mexanizmləri”  mövzusunda təlim keçirilmişdir.
Oktyabr ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda İ.Qasımov, C.Məmmədquluzadə, C.Səlimov küçələri, Azadlıq prospekti və digər ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir. Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin pilot layihəyə salınması, su xəttinin təmir olunması, ağacların budanması, həyətin abadlaşdırılması barədə müraciətlər etmişlər. Qəbul zamanı sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  imzaladığı fərman və sərəncamlarla vətəndaşlarımızın sosial rifahının daima yaxşılaşdırlımasının, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.
Oktyabr ayının 4-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirildi. Müşavirədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Oktyabr ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri  keçirilmişdir.
Tədbirdə Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlar,  Azərbaycan təhsilinin inkişafında böyük rolu olan  Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir.Tədbirdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını və ehtiramlarını  bildirmişlər.
Tədbirdə Millət vəkilləri  Ziyad Səmədzadə, Məlahət İbrahimqızı və Nəsimi rayon təhsil işçiləri  çıxış edərək   təhsilə,   təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını və ehtiramlarını  bildirmişlər.Tədbirin sonunda  iştirak edən  təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim olunmuşdur. Tədbir 2 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin  rəqs qruplarının maraqlı rəqsləri ilə  davam etmişdir.
Oktyabr ayının 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirib.
Oktyabr ayının 9-da Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3-cü mikrorayon Cavadxan küçəsi 10-18 ünvanda növbəti  səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmiş, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə etmişdir.  Mikrorayonda, o cümlədən Cavadxan,  H.B.Əliyev, A.Mustafayev, H.Seyidzadə küçələri ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər. Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi, mənzil növbəliliyi barədə müraciətlər etmişlər. Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində  görülən işlər xüsusi vurğulanmışdır.
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində  Cavadxan küçəsi 10-18 ünvanları əhatə edən məhəllədə aparılan abadlaşdırma layihəsi sakinlərə təqdim olunmuş, müzakirələr aparılmış, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Səyyar qəbul zamanı sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda  aparılan quruculuq, abadlıq işlərinə  görə  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Oktyabr ayının 9-da Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasının icra vəziyyətinə dair iclas keçirilib. Tədbirdə Əhalinin siyahıyaalınmasına yardım komissiyasının üzvləri, siyahıyaalma məntəqələrinin müdirləri, müdir    müavinləri və təlimatçı-nəzarətçilər iştirak ediblər.
Oktyabr ayının 16-da Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən su xəttinin təmiri, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması, mənzil şəraitinin yaxşılaşdırılması, həyətin abadlaşdırılması, ağacların budanması barədə müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində  Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə,  xüsusilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, hazırda Nəsimi rayonunda yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin müasir yeni yaşayış mənzillərinə köçürüldüyünün mühüm əhəmiyyəti qeyd olunmuş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.
Oktyabr ayının 17-də Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş "50 il qüdrətli Azərbaycan naminə” adlı tədbir keçirilib.
Tədbirdə ali məktəbin nəzdində Məktəb-Lisey Kompleksinin xoru Azərbaycan Respublikasının Dövlət himnini səsləndirib. Sonra tədbir iştirakçıları Ümummilli Liderə həsr olunmuş "Ulu Öndər Heydər Əliyev” sənədli filminə tamaşa ediblər. Bədii hissə ilə davam edən tədbirdə universitetin "Arzu” rəqs ansamblının ifa etdiyi "Yallı” rəqsi, slavyan xalqlarının rəqsləri, türk rəqsi, "Sarı gəlin” böyük maraqla qarşılanıb. Bununla yanaşı, BSU-da təhsil alan xarici tələbələrin və universitetin tədris-mədəniyyət mərkəzlərində təmsil olunan tələbələrin Azərbaycan və müxtəlif dillərdə Ulu Öndərin kəlamlarını səsləndirmələri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Şaban Cəfərovun ifa etdiyi "Azərbaycan” mahnısı, şair Qabil Ədalətin "Bir ulu sərkərdə, bir Ulu Öndər” şeiri tədbirə xüsusi ovqat qatıb. Xalq artisti Azər Zeynalovun ifa etdiyi "Azərbaycan” mahnısı hamıda yüksək əhvali-ruhiyyə yaradıb.
Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər təşkil edilib keçirildi. Həmin tədbirlər çərçivəsində  Nəsimi rayonu 1  və 8  saylı tam orta məktəblərdə Dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbirləri keçirilmişdir.
Oktyabr ayının 18-də Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasının yekun vəziyyətinə dair iclas keçirilib. Tədbirdə Əhalinin siyahıyaalınmasına yardım komissiyasının üzvləri, Bakı Şəhər Statistika İdarəsinin nümayəndələri, siyahıyaalma məntəqələrinin müdirləri, müdir    müavinləri və təlimatçı-nəzarətçilər iştirak ediblər.
Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə üçüncü rübün yekunları ilə bağlı Oktyabr ayının 21-də rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.  Yığıncaqda rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, sahibkarların, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələri iştirak etmişlər. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı -  95 illik yubiley  Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri İsmayıl  Fərəcovu təbrik etmişdir.
Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin oktyabrın 15-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələrlə bağlı rayonun aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar təşkil edilib keçirildi. Seminarlar DTX-nin təcrübəli əməkdaşları, Akademiyanın müəllimləri və bu sahə üzrə dəvət olunan peşəkar mütəxəssislər tərəfindən aparıldı.
Seminarların məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərin və əxlaqi irsin qorunması ruhunda tərbiyəsi, onların tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.
Oktyabr ayının 24-də  növbəti seminar Təhsil Nazirliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nəsimi rayonunun iyirmi altı orta ümumtəhsil məktəb və liseylərin şagirdləri üçün təşkil edildi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən “Şöhrət” muzeyi ilə tanış olublar. Seminarda şagirdlərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb. Sonda tədbir iştirakçılarına “Sosial şəbəkələrin gənclərin həyatında rolu” adlı videoçarx nümayiş olunub.
Oktyabr ayının 25-də  Nəsimi rayon İcra Hakimiyyəti Ədliyyə Nazirliyi ilə birgə gənclər arasında ailə dəyərlərinə dair maarifləndirici tədbir keçirib. Tədbirdə auditoriyaya mövzu ətrafında hazırlanmış slaydlar nümayiş olunub, uzunömürlü ailələrin üzvləri keçdikləri ömür-gün yolu barədə söhbət açaraq gənclərə öz tövsiyələrini veriblər. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Noyabr ayının 5-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir.
Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil məsələsi, köhnə tikililərin pilot layihəyə salınması, qəzalı vəziyyətdə olan binalar, dam örtüyünün təmiri, asfalt örtüyünün təmiri barədə müraciətlər etmişlər.  Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlar, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə həyata keçirilən islahatlar,  həmçinin Nəsimi rayonunda da görülən işlər  barədə danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Noyabr ayının 8-də  Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.Tədbirdə Nəsimi  rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.
Çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin  təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər ”, Yanğın zamanı ilkin tibbi yardım” və baş vermiş yanğın hadisələri zamanı ictimai asayişin təşkili mövzularında ətraflı məlumat verdilər.Tədbir zamanı  “Məişətdə yanğın təhlükəsizliyi” və “Dəm qazı” ilə bağlı videoçarxlar nümayiş olundu, suallar cavablandırıldı.
Noyabr ayının 8-də  Nəsimi rayon İcra Hakimiyyəti Mudafiə Nazirliyinin N saylı hərbi hissəsində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə  Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə  tədbir keçirdi.Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırıldı. Daha sonra tədbir Milli Konservatoriya tərkibində Musiqi Kollecinin nağaraçılar qrupunun və xalq çalğı alətləri ansamblının, incəsənət ustaları- Şahin İsmayilovun, Rövşən Əzizin iştirakı ilə konsert proqramı ilə  davam  etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən   13-16 noyabr  2019-cu il tarixdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti   maarifləndirici tur-aksiyası  təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər etdilər.«Ölkəmizi tanıyaq»   tur aksiyasında iştirak  üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird  seçilmişdir. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər  təyin olunmuş, şagirdləri müşayiət edəcək  müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər xüsusi geyimlər və tələb olunan ləvazimatlar ilə təmin olunmuşdur.
"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici  tur –aksiyada iştirak edən Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində  məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş  keçirilmişdir.Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə   valideynlər və şagirdlər çıxış edərək doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyətindən danışmış,  onlara  göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə turda iştirak edən məktəblilər “Nəsimi ili” ilə bağlı dahi şairin qəzəllərindən ibarət hazırlanmış kompozisiya və “Ölkəmizi tanıyaq” mahnısını qonaqlara təqdim etdilər. Tədbirdə 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin təqdim etdiyi konsert proqramı tədbir iştirakçılarında, valideynlərdə və məktəblilərdə xoş ovqat  yaratdı.
Noyabr ayının 12-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir.Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması və mənzil növbəsinə götürülmə,  məktəbin yaxınlığında əlil piyadalar üçün xüsusi şərait yaradılması, köhnə tikililərin pilot layihəyə salınması, qəzalı vəziyyətdə olan binalar, asfalt örtüyünün təmiri barədə müraciətlər etmişlər.Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlar, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə həyta keçirilən islahatlar,  həmçinin Nəsimi rayonunda da görülən işlər  barədə danışılmışdır. Müraciətlərdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Noyabr ayının 14-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən həyətin abadlaşdırılması, asfalt örtüyünün təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolun işıqlandırılması, zəbt olunmuş ümumi istifadə yerlərinin çəpərlərdən təmizlənməsi, dam örtüyünün təmiri barədə müraciətlər edərək təkliflər irəli sürmüşlər.
İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən ardıcıl, irimiqyaslı işlər ətraflı qeyd edilmiş, sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən  tədbirlər barədə məlumatlar verilmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Noyabr ayının 14-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin “Alatava” adlanan ərazisində sakinlərlə görüşmüşdür. O, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Noyabr ayının 20-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı qəbulda iştirak edən Azadlıq prospekti, C.Hacıbəyli, S. Zeynalov, Dağıstan küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüyünün təmiri, qəzalı binanın pilot layihəyə salınması, mənzil sənədləşdirilməsi, həyətin abadlaşdırılması, barədə müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlardan, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.
Noyabr ayının 21-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi ərazisi üzrə Dağıstan küçəsi 25 ünvanda olaraq sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Xüsusilə, həyətin kanalizasiya xəttinin təmiri, asfalt örtüyünün abadlaşdırılması barədə sakinlərlə müzakirələr aparmışdır. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Noyabr ayının 29-da  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov  küçəsi 34, 38, 42  və 46 saylı binaların əhatə etdiyi məhəllələrdə növbəti 4 “Abad həyət”   sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanlardakı binaların fasadları, dam örtükləri əsaslı təmir edilmiş, blok girişləri, blok qapıları və pəncərələri yenilənmiş, girişlərin pilləkənləri və divarları əsaslı təmir olunmuş, avtomobillərin saxlanması üçün yerlər təşkil edilmişdir.  Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri  üçün  söhbətgah və oturacaqlar quraşdırılmışdır.
“Abad həyət”lərdə  uşaqların  asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman-fitnes qurğuları quraşdırılmış, həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhələri yaradılmışdır. Məhəllələrdə yaşıllaşdırma işləri aparılmış, qazonlar və həyətlərə həmişəyaşıl ağaclar əkilmişdir.Binaların həyətlərində asfaltlaşma və  təmizlik işləri aparılmış,tamet döşənmiş,  bardyurlar qoyulmuş mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır. Yeni yaradılmış “Abad həyət”lərdə müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Yenidən qurulmuş həyətlərin   sakinləri  aparılan abadlıq və yaşıllaşdırma işlərinə, yaradılan rahatlığa   görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Noyabr ayının 29-da  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 34-42 ünvanlarda sakinlərin müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən  20 Yanvar küçəsi, Cavadxan küçəsi, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş görüşdə müraciətlərini etmişlər.
Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin və qanunsuz çəpərlərin yığışdırılması, mənzil ilə təmin olunma, yolüstü piyada keçidi, həyətlərin işıqlandırılması və abadlaşdırılma barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla xanım Əliyevanın  təşəbbüsü ilə yerlərdə həyətlərin abadlaşdırılması, ətraf mühitin və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonra RİH başçısı ağacəkmə aksiyasında iştirak etmişdir.  Aksiya zamanı Asif Məhərrəmov küçəsi boyunca həmişəyaşıl ağaclar əkildi,yaşıllıqlara qulluq edildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, Nəsimi rayon “Könüllüləri” və mikrorayon sakinləri  iştirak etdilər.
Ölkəmizdə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən demokratik hüquqi islahatlar çərçivəsində uğurlu gender siyasəti aparılır, qadın problemlərinin həlli dövlət və cəmiyyət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Cəmiyyətdə qadınların daha çox əziyyət çəkdiyi kobud rəftar, şiddət və bu kimi digər halların yolverilməzliyi ən vacib məsələlərdən biridir. Dünyanın əksər inkişaf etmiş dövlətləri kimi, Azərbaycanda da gender əsaslı zorakılığın qarşısının alınması üçün mühüm addımlar atılır.Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla mübarizəyə cəlb etmək məqsədilə keçirilən "Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq!" 16 günlük fəallıq kampaniyası çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirildi.
İnsan hüquq və azadlıqlarının təmin olunmasında, bu sahədə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsində iştirak edən Ədliyyə Nazirliyi tərəfindən kampaniya çərçivəsində noyabr ayının 29-da  Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə qadınlar üçün ictimai dinləmə keçirildi. Tədbirdə nazirliyin və icra hakimiyyətinin rəhbər şəxsləri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, ədliyyə işçiləri, notarius, hakim, polis, vətəndaş cəmiyyəti institutunun nümayəndələri və rayonun çoxsaylı qadınları iştirak etdilər.Vətəndaşlarla sual-cavab kontekstində keçirilən tədbirdə hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlər araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət qurumuna yönləndirilib, qadınların hüquqları, qanunvericiliyin tələbləri izah olunub.
Dekabr ayının 3-də   3 dekabr- Əlillər günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində rayonun 20 yanvar, Çernobıl, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları cəmiyyətlərinin, əlillər və gözdən əlillər cəmiyyətlərinin üzvlərinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə iştirak edən əlillər, xüsusilə Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri  İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək əlil vətəndaşlarımıza və xüsusilə də Qarabağ müharibəsi əlillərinə  göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.Tədbirdə iştirak edən əlillərə ərzaq bağlamaları təqdim olundu.
Dekabr ayının 6-da   Birinci vitse-prezident Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ədəd ağacın əkilməsi təşəbbüsünə Nəsimi  rayonu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval ruhiyyəsi ilə ağacəkmə aksiyası keçirilib.
Nəsimi  rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun müxtəlif yerlərində yerləşən parklarda, bağlarda, o cümlədən Cavadxan küçəsindəki yaşıllıq zolağında, Mir Cəlal küçəsindəki parkda bayram coşqusu ilə keçirilib.
Nəsimi  rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 850 nəfər adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə aksiyasında 2000-dən artıq  müxtəlif növ həmişəyaşıl ağaclar, 3000 ədəd dekorativ gül kolları əkilib, ətraf ərazilər tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, 2500 ağaca qulluq edilərək budanıb, dibləri yumşaldılıb.
Mir Cəlal küçəsindəki parkda  Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibindəki Musiqi Kollecinin tələbələrinin ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib. “Nəsimi könüllüləri”və gənclər  milli musiqi sədaları altında yallı gedib, rəqs etdilər.Daha sonra ağacəkmə aksiyasında iştirak edənlər parkda  çaya və milli şirniyyata qonaq edilib
Dekabr ayının 9-da   Azərbaycan Tibb Universitetində  Nəsimi Rayon İcra Hakimiyyəti və Tibb Universitetinin birgə  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı,ATU-nun rektoru, professor Gəray  Gəraybəyli, Bakı Musiqi Akademiyasının rektoru, professor  Fərhad Bədəlbəyli, Millət vəkilləri Ziyad Səmədzadə, Asim Mollazadə, Məlahət İbrahim qızı, Rafiq Məmmədhəsənov, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayənd ələrinin iştirakı ilə baş tutan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə güllər qoyulmuşdur.
Daha sonra Ulu Öndər Heydər Əliyevin  əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçılarına  dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.
Tədbir daha sonra Bakı Musiqi Akademiyasının professoru Yeganə Axundovanın rəhbərliyi ilə Akademiyanın tələbələrinin hazırladıqları  bədii hissə ilə davam edib. Konsert proqramında ifa olunan  Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanmışdır.
Dekabr ayının 10-da   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı qəbulda iştirak edən Mirəli Qaşqay, C.Məmmədquluzadə, A.Səhhət, A.D.Qurbanov küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən dam örtüyünün yenidən qurulması, su xəttinin təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, həyətin abadlaşdırılması, mövcud MTK-nın fəaliyyəti barədə müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlardan, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.
Dekabr ayının 17-də   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüyünün təmiri, su xəttinin təmiri,  qəzalı ağacın götürülməsi, həyətin abadlaşdırılması, iş ilə təmin barədə müraciətlər etdilər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.
Dekabr ayının 20-də   Nəsimi RİH başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin yeni inzibati binası istifadəyə verilmişdir. Tədbirdə iştirak edən RİH başçısı nümayəndəliyin iş otaqlarına baxış keçirərək yaradılmış şəraitlə  tanış olmuşdur. Qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq 2012-ci ildə yaradılmış Nəsimi Rayon İcra Hakimiyyətinin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası olmamışdır. Sakinlərə xidmət göstərilməsinə lazımi şəraitin yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlər aparılaraq ərazisində 90 min nəfərə yaxın   sakinin yaşadığı 1 nömrəli Sahə İƏD nümayəndəliyi üçün 20 Yanvar küçəsi 19 b ünvanıda inzibati bina istifadəyə verilmişdir. İnzibati binanın yaxın ətrafındakı 1100 kv.m. sahə abadlaşdırılmışdır. 19b, 21b, 23, 25, 27 saylı binaların əhatəsində yerləşən bu ərazinin sakinləri abadlıq işlərinə  görə razılıqlarını bildirmiş, nümayəndəliyə yaradılan şəraitin sakinlərin müraciətlərinin operativ həllinə yönəldilən tədbirlərdən olduğunu qeyd etmişlər.
Dekabr ayının 21-də   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı mikrorayondakı 20 Yanvar küçəsi, Mir Cəlal küçəsi, Cavadxan küçəsi ərazilərində yaşayan sakinlərin rayon İH tərəfindən təşkil olunmuş səyyar qəbulunda müraciətlərini dinləmişdir. Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən MTK-ya məxsus binanın zirzəmi sahəsindəki kanalizasiya xəttinin və liftin təmiri, damlardakı su çənlərinin və həyətdəki qanunsuz çəpərlərin yığışdırılması, yolun təmiri, həyətlərin işıqlandırılması və abadlaşdırılması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Dekabr ayının 24-də   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsimi rayonu, Namiq Məlikov küçəsi ərazisində sakinlərlə görüşmüşdür. O, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Eyni zamanda kanalizasiya xəttinin təmiri,  su nasosu qurğusunun yenilənməsi ilə bağlı əvvəl verilmiş tapşırıqların icrasının gedişi barədə Xidmət sahələri rəhbərləri məlumatlar vermiş və sakinlərlə birlikdə müzakirələr aparılmışdır. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Dekabr ayının 28-də   Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib.Görüşdə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, qaldırdıqları problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını birdirdilər.Tədbirin sonunda 700-dən artıq ailəyə müxtəlif çeşidli  ərzaqlardan ibarət bayram sovqatları verilmişdir.
2019-cu il ərzində RİHBA tərəfindən Nəsimi rayonunda fəaliyyət göstərən siyasi partiyalar, onların rayon təşkilatları, ictimai təşkilatlar, dini qurumlar barədə məlumatların toplanması, sistemləşdirilməsi və yeniləşməsi, RİH-nə olan müraciətlər əsasında yeni təşkilat və qurumların qeydə alınması, bu qurumlarla tanışlıq işləri aparılmışdır. Görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında”  Qanunlarına uyğun olaraq aparılırmışdır.
Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının icrasına yönəlmişdir.
Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin göstəriş və tapşırıqlarının icrasına yönəlmişdir.
Bu məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə İdarə tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir:
Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş “20 Yanvar faciəsi” şəhidlərinin keçdiyi şərəfli yolun gənclərə çatdırılması, istedadlı gənclərin aşkara çıxarılması və onlara öz qabiliyyətlərini nümayiş etdirmələri üçün şəraitin yaradılması məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 Yanvar faciəsi”nin XXIX ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda, Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsi, “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
26.04.2019-сu il tarixdə Bakı Slavyan Universitetində “Dini radikalizm və ekstermizmin təhlükəli fəsadları” mövzusunda konfrans keçirilmişdir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.9.1. bəndinin icrasının təmin etmək məqsədi ilə 13.05.2019-cu il tarixdə  Bakı Qızlar Universitetində ali məktəb tələbələrinin iştirakı ilə “Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə sosial şəbəkələr vasitəsilə çatdırılması və gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilməsinə qarşı gənclər sosial şəbəkələr vasitəsilə öz mövqelərini bildirmişlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Nəsimi rayon İdarəsində 11.07.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Nəsimi rayon İdarəsi ilə birgə çağırışyaşlı gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir. Tədbirdə çıxış edənlər gəncləri vətən qarşısında müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına yola düşmələri münasibətilə təbrik edərək vətəni qorumağın necə şərəfli peşə olduğunu və bu şərəfli yolda onların öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklərindən əmin olduqlarını qeyd etdilər.
14 iyul - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibətilə 12.07.2019-cu il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rayon gənclərinin iştirakı ilə  “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir.
02.08.2019-cu il tarixdə  Azərbaycan Dillər Universitetində,  29.08.2019-cu il tarixdə  Azərbaycan Universitetində ali məktəb tələbələrinin iştirakı ilə “Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə sosial şəbəkələr vasitəsilə çatdırılması və gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.
08.08.2019-cu il tarixdə Bakı Slavyan Universitetində 12 Avqust - Beynəlxalq Gənclər günü münasibəti ilə dəyirmi masa keçirilmişdir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.6. bəndinin icrasını təmin etmək məqsədilə 02.09.2019-cu il tarixdə 5 saylı tam orta məktəbdə rayon məktəblilərinin iştirakı ilə “Ənənəvi islam dəyərləri və müasir gənclik” mövzusunda toplantı, 04.09.2019-cu il tarixdə isə ali məktəb tələbələrinin iştirakı ilə Bakı Slavyan Universitetində “Dini  radikalizmə qarşı mübarizədə azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda konfrans keçirilmişdir.
“9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü” münasibətilə orta ümumtəhsil məktəblilərinin iştirakı ilə 07.10.2019-cu il tarixdə 54 saylı tam orta məktəbdə ilə “Mənim  bayrağım” mövzusunda rəsm müsabiqəsi, 09.10.2019-cu il tarixdə isə 247 saylı tam orta məktəbdə eyni adlı inşa yazı müsabiqəsi keçirilmişdir.
18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə 15.10.2019-cu il tarixdə “Azərbaycan gəncliyi və müstəqillik” mövzusunda konfrans, 17.10.2019-cu il tarixdə isə   42  saylı orta məktəbdə tədbir keçirilmişdir.
9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə 05.11.2019-cu il tarixdə Azərbaycan Universitetində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Bayraq turniri” keçirilmişdir.
10.12.2019-cu il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar rayon gəncləri ilə birgə Fəxri Xiyabana ziyarət təşkil edilmişdir.
03.12.2019-cu il tarixdə Azərbaycan Tibb Universitetində, 09.12.2019-cu il tarixdə isə Bakı Slavyan Universitetində 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilmişdir. Tədbirdə dairələrdə seçkiqabağı vəziyyət, namizədlərin sayı, seçicilərin seçkilərdə iştirakı və s. ilə bağlı məsələlərdən söhbət açılmış, gənclərə səsvermədə fəal olmaq tövsiyə olunmuşdur.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 19.04.2019-cu il tarixdə 4-cü mikrorayon ərazisində yerləşən stadionda “Şahin” hərbi-idman oyununun Nəsimi rayon mərhələsi keçirilmişdir. Rayon mərhələsində qalib gəlmiş Bakı Atatürk Liseyinin komandası Bakı şəhəri üzrə keçiriləcək zona mərhələsinə vəsiqə qazanmışdır.
Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması və onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “02 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” 01.02.1997-ci il tarixli 475 saylı sərəncamına uyğun olaraq “2 Fevral-Azərbaycan Gəncləri günü” münasibəti ilə  Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə 31.01.2019-cu il tarixdə “Romance Palace” şadlıq sarayında “Gənclik ömrün baharıdır” adlı bədii-əyləncəli tədbiri keçirilmişdir. Tədbirdə il ərzində fərqlənmiş bir qrup gəncə diplom və müxtəlif  qiymətli hədiyyələr təqdim olunmuşdur.
Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə  05.04.2019-cu il tarixdə 1 saylı tam orta məktəbdə “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda konfrans, 16.04.2019-cu il tarixdə isə 46 saylı tam orta məktəbdə “Narkotiksiz həyat seç” mövzusunda konfrans, 25.07.2019-cu il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Hepatitlə mübarizə ilə əlaqədar maarifləndirici tədbir, 08.10.2019-cu il tarixdə 46 saylı tam orta məktəbdə orta ümumtəhsil məktəblilərinin iştirakı ilə “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda rəsm müsabiqəsi, 22.10.2019-cu il tarixdə isə Nəsimi Rayon İcra Hakimiyyətində  “Ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Gənclərin məşğulluğunun təmin edilməsi məqsədi ilə 30.08.2019-cu il tarixdə 54 saylı tam orta məktəbdə “Mənim sevimli peşəm” mövzusunda seminar keçirilmişdir.
Ümumilikdə İdarə tərəfindən 2019-cu ilin yanvar-dekabr ayları ərzində gənclər sahəsi üzrə keçirilən 52  tədbirdə 7541 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir:
Təhsil müəssisələri arasında futbol, mini futbol, çimərlik futbolu, dama, şahmat, futzal, stolüstü tennis, voleybol, həndbol və digər növlər üzrə  turnirlər təşkil olunmuşdur. Ümumilikdə İdarə tərəfindən 2019-cu ilin yanvar-dekabr ayları ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 31 tədbirdə 3157 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha da səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yatarmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi bilikləri artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatının inkişaf etdirilməsi barədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tələblərindən irəli gələn vəzifələrin icrası istiqamətində Nəsimi rayonunda işlərin davam etdirilməsi təmin edilməlidir.
Hesabat dövründə rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiyalar “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlərini qurmuşlar.
     Nəsimi rayon İcra Hakimiyyətində  “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” hesabat dövründə öz işini Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş 31 may 2002-ci il tarixli, 336 11 Q nömrəli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyalar” haqqında əsasnamə əsasında, 2019-cu ildə RİH Başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planı əsasında qurmuşdur.
Hesabat dövründə komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsinə, dərslərdən yayınma hallarının qarşısını almağa, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsinə yönəldilmişdir.
2019-cu  il ərzində komissiyanın 23 iclası keçirilmiş, idarə və təşkilatlardan, vətəndaşlardan daxil olmuş ərizə və məktublara, cinayət etmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyi ilə müəyyən olunmuş yaş həddinə çatmayanlar barəsində müvafiq dövlət  orqanlarından daxil olmuş materiallara və tədbirlər planında nəzərdə tutulmuş məsələlərə baxılmışdır.
2019- cu il ərzində keçirilmiş  profilaktiki tədbirlər nəticəsində cinayət və hüquq pozuntularına yol verdiklərinə görə Nəsimi rayon Polis İdarəsinin İTŞ-nin YYÇ-larla Profilaktiki işin təşkili bölməsinin əməkdaşları tərəfindən 14 yetkinlik yaşına çatmayan  və 1 münaqişəli ailə “Uğursuz ailə” kimi qeydiyyata götürülmüşdür. Hesabat dövründə  12 yetkinlik yaşına çatmayan qeydiyyatdan çıxarılmışdır.
Yetkinlik yaşına çatmayanların əməyinin istismarı ilə əlaqədar olaraq 4 fakt müəyyən olunaraq barələrində müəyyən tədbir görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə yazılı məlumatlar verilmişdir.
Yetkinlik yaşına çatmayanlara tütün məlumatlarının satışı ilə məşğul olan 21 nəfər şəxs müəyyən olunmuş və barələrində AR İXM-nin 455.2-ci maddəsi ilə inzibati protokol tətbiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 aprel tarixli 60 S saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2003-cü il 18 iyun tarixli 311 saylı sərəncamından irəli gələn tələbləri həyata keçirmək məqsədilə Nəsimi rayon İH Başçısı tərəfindən verilmiş 04.07.2003-cü il tarixli 264 saylı sərəncamla bağlı küçə uşaqları və uşaq baxımsızlığı probleminin aradan qaldırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Görülmüş işlər və məktəb rəhbərləri tərəfindən alınmış məlumatlara əsasən Nəsimi rayon ümumtəhsil məktəblərində küçə uşaqları və baxımsız uşaqlar təhsil almır. Nəsimi RPİ-nin  Polis Bölmələrinin YYÇ-larla iş üzrə profilaktikası işinin təşkili  bölməsinin əməkdaşları ilə birgə 2019-cu il ərzində bir sıra reydlər keçirilmiş, dərslərdən yayınan, komputer klublarında vaxt keçirən azyaşlılar  aşkar edilərək onlarla profilaktiki iş aparılmış, valideynləri ilə söhbət edilmiş, sonra isə uşaqlar valideynlərinə  və ya məktəb rəhbərlərinə təhvil verilmişdir. YYÇ-ların işləri və HM üzrə komissiya Polis Bölmələrinin işçiləri ilə birlikdə azyaşlıların hüquq pozuntularına, qanunazidd əməllərə və cinayət hadisələrinə yol vermələrinin vaxtında qarşısını almaq məqsədilə Nəsimi rayon ümumtəhsil məktəblərində, ali məktəblərdə vaxtaşırı dəyirmi masalar və diskussiyalar keçirmiş, onlara hüquq və vəzifələri izah edilmiş, onların hüquqlarının pozulması, azyaşlı uşaqların ailə üzvləri tərəfindən mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməsi, onların istismarı, mənəviyyatının alçaldılması, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində işlərin gücləndirilməsi ilə bağlı çıxışlar edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.03.2006-cı il tarixli, 1386 saylı sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında dövlət uşaq müassisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitusionalizasiya) və Alternativ qayğı Dövlət Proqramının (2006-2015)  icrası ilə əlaqədar Nəsimi rayon  İH başçısı yanında “YYÇ-ların işləri və HM üzrə” komissiya de-institusionalizasiyanın həyata keçirilməsi, uşaqların ailələrdə yerləşdirilməsi, himayədar ailələrin seçilməsi və bu kimi istiqamətlərdə öz fəaliyyətini daha da genişləndirmiş, rayon İH-nin “Qəyyumluq və Himayəçilik komissiyası”  ilə birgə bir sıra tədbirlər həyata keçirilmişdir. 1 saylı Körpələr Evində yaşayan 16 valideyn himayəsindən məhrum olmuş azyaşlı məhkəmə qətnaməsi əsasında övladlığa götürülmüşdür.Dövlət himayəsindən 1-3 yaş həddində övladlığa uşaq götürməyi arzu edən şəxslər qismində Azərbaycan Respublikasının vətəndaşı olan  ailələr ilkin uçota alınmış və sənədləri mərkəzləşmiş qeydiyyata alınması üçün Bakı Baş Səhiyyə İdarəsinə göndərilmişdir.
Vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər və təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq valideynlər arasında 15 nəfər uşağın adına  və soyadına münasibətdə olan fikir ayrılığı məsələlərinə baxılmış və Nəsimi RİH Başçısı tərəfindən bu barədə sərəncamlar verilərək icraya yönəldilmişdir. Azərbaycan  Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, 2019-cu il ərzində komissiya tərəfindən valideynlərinin ölümü, valideynlər tərəfindən atılması və sairə səbəblərdən valideyn himayəsindən məhrum olmuş 14 azyaşlı aşkar edilərək onlara Nəsimi RİH Başçısının sərəncamı ilə qəyyum və himayəçi təyin olunmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 271 saylı  8 avqust 2014-cü il tarixli qərarının 2.19.1 bəndinə müvafiq olaraq 1 saylı Körpələr Evində yaşayan valideyn himayəsindən məhrum olmuş azyaşlıların doğumunun qeydə alınması ilə bağlı Nəsimi rayonun Qeydiyyat şöbəsinə müraciət edilmiş və onlara doğum haqqında arayış alımışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.4 maddəsinə əsasən  azyaşlılara  doğum haqqında şəhadətnamə verilməsinə köməklik göstərilmişdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun  olaraq valideynlər arasında uşağa münasibətdə ziddiyyət yarandıqda məhkəmədən daxil olmuş qərardad əsasında “Valideynlər arasında nikahın ləğvindən sonra uşaqların kimin yanında qalmasının onun (onların) mənafeyinə uyğunluğu barədə “Uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququ barədə,” “Uşağın bir valideyndən alınıb digərinə verilməsi,” “Valideynlik hüququndan  məhrum edilmə,” və sairə məzmunda məsələlərə baxılmış, komissiya tərəfindən rəylər verilərək məhkəmədə uşaqların hüquq və mənafeləri qorunmuşdur.
“YYÇ-ların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiya” nın 2019- cu il üçün tədbirlər planına uyğun olaraq 1 saylı KE-də yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqlar komissiya tərəfindən daim nəzərdə saxlanılmış, onlara maddi və mənəvi köməklik göstərilmişdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.
2019-cu il  ərzində Nəsimi Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən yeniyetmə və  uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində bir sıra tədbirlər, görüşlər və toplantılar təşkil olunaraq keçirilmişdir.
  Rayonda fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyalar öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün  illər  üçün  Dövlət Proqramı”nı  rəhbər tutmuşdur.  
Rayon komissiyası  hesabat dövründə fəaliyyətini  Azərbaycan Respublikası Narkomalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun   məktubuna müvafiq olaraq 2019-cu  il üçün təsdiq olunmuş iş planına uyğun qurmuşdur.
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirmişdir. 
Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” komissiyasının üzvləri rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə fevral ayında 46 saylı məktəbdə “Narkomaniya və zərərli vərdişlərə yox deyirik” mövzusunda, mart ayında 266, 8, 14, 240, 44 və 9 saylı məktəblərdə “Gəncliyimizi və gələcəyimizi sağlam qoruyaq” mövzusunda, aprel ayında 1 saylı məktəbdə isə “Gələcəyimizi birlikdə düşünək” mövzusunda maarifləndirici tədbirlər təşkil olunaraq keçirilmiş, məktəblilərə narkotiklərin insan orqanizminə zərərli təsirləri barədə ətraflı məlumat verilmişdir.
Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanin iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı idarə, müəssisə və vətəndaşlara müraciətlər edilir. Rayon komissiyası bu sahədə işlərini daha da gücləndirərək rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlamışdır
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon komissiyası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 22 iyul tarixli,1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün  illər  üçün  Dövlət Proqramı ”nı  rəhbər tutaraq, 2020-ci ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli  “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan  maraqlarının müdafiəsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti üzrə yaradılmış Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı  müvafiq tədbirlər həyata keçirilmişdir.
2019-cu  il ərzində Nəsimi rayon Fövqəladə Hallar Komissiyası il ərzində məqsədyönlü tədbirlər həyata keçirilmiş, baş verən fövqəladə hallar təhlil olunaraq profilaktik istiqamətlər müəyyənləşdirilmişdir. Dövlət Yanğından Mühafizə Hissəsində və 19 №li Yanğından Mühafizə Bölməsində Şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, xidmətin təşkili və yanğınların söndürülməsi işinə nəzarət artırılmışdır.

20 yanvar, Xocalı faciəsi, “Novruz Bayramı”, “Çernobıl” faciəsi günü,         9 May Qələbə günü, 28 May Respublika günü, Ramazan və Qurban bayramları ərəfəsində, Ahıllar günü, Əlillər günü, Yeni İl ərəfəsinə sakinlərə ərzaq payı və maddi yardımlar göstərilmişdir. Ramazan ayında  ehsan süfrələri açılmışdır.
Dövlət qayğısı çərçivəsində 2019-cu ildə imtiyazlı şəxslərə mənzillər ayrılmışdır. 28 ailəyə, о cümlədən 3 şəhid аiləsinə, 16 Qarabağ müharibəsi əlili ailəsinə, 5 nəfər 20 yanvar əlili ailəsinə mənzillər verilmişdir.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2019-cu ilin fevral ayından başlanmış əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, rayon icra hakimiyyəti tərəfindən  1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin rayonda yerləşən özəl səhiyyə müəssisələrində də əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişlər.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.2-ci maddəsinin və Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı Qərarına uyğun olaraq  2019-cu il ərzində RİH başçısının müvafiq sərəncamları ilə ehtiyatda olan 19 hərbiçi ailəsi mənzil növbəsinə götürülmüş və onlara kirayə haqqı ödənilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse prezidenti xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərə olan hədsiz diqqət və qayğıları çərçivəsində onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 01.06.2004-cü il tarixli, 298 saylı Sərəncamı ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin   yaxşılaşdırılması, məşğulluğunun artırılması haqqında”kı  Dövlət Proqramına uyğun olaraq Nəsimi rayonunda məqsədyönlü işlər davam etdirilmişdir. Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Nəsimi rayonunda yerləşən Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşmüşdür. Onların yaşayış şəraiti və problemləri ilə tanış olan Mehriban xanım Əliyeva yataqxanada məskunlaşan məcburi köçkün ailələrinin qısa müddətdə Qobuda yerləşən yeni yaşayış massivinə köçürüləcəklərini bildirmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan 478 nəfərdən ibarət 131 məcburi köçkün ailəsi Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksinə köçürülmüşdür.
Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 119 ünvanında . “Bakı Tikiş Evi” SC-nin sanatoriyasında məcburi köçkünlərin məskunlaşdığı binanın zirzəmisinə toplanmış çirkab suları Nəsimi RİH-nin göstərişi əsasında rayon Sukanal İdarəsi tərəfindən çəkilmişdir.
Nəsimi rayonu Feyzulla Qasımzadə küçəsi 36 ünvanında yerləşən 3 saylı Texniki Peşə Məktəbinin yataqxanasında məskunlaşan məcburi köçkün ailələrinin içməli su problemi həll olunmuşdur. Belə ki, yataqxananı içməli su xətləri yeniləri ilə əvəz olunmuş, sıradan çıxmış su mühərriki yenisi ilə əvəz olunmuşdur.
Rayon İcra hakimiyyətinin dəstəyi ilə rayon sakinlərindən 2 nəfər  Həcc ziyarətinə göndərilmişlər.
Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, аprel, iyul, oktyabr  aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamları  ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Qanunçuluq, asayişin qorunması, vətəndaşların hüquq və azadlıqlarının, qanun mənafelərinin qorunması, təhlükəsizlik və mülki-müdafiə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyəta keçirilmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai siyasi sabitliyin,  asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşdur.
Nəsimi Rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən etibarlı qorunması, cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, bütövlükdə asayişin təmini  üzrə qanunla müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilmiş, rayonun inzibati ərazisində  əməliyyat şəraiti daimi nəzarətdə saxlanılmışdır.
Açıq Hökumətin təşviqinə dair İcra Hakimiyyəti tərəfindən 2019-cu il ərzində zəruri tədbirlər həyata keçirilmişdir. Bununla bağlı rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə fəaliyyətləri nəzarətdə saxlanmış, şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, Rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik, rüblük hesabatlarının İnternet səhifəsində açıqlanması, il ərzində mütəmadi olaraq toplantı və yığıncaqlarda ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.
Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilir və müvafiq qərarlar verilir. 2019-cu ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir. RİH Başçısının 1 nömrəli, 2 nömrəli və 3 nömrəli nümayəndəliklərinin illik hesabatları 2019-cu ilin yanvar ayında geniş müzakirə edilmiş, görülən işlər barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Rayon İcra Hakimiyyətinin 2018-ci ilin yekunlarına dair hesabatı 01.02.2019-cu il tarixdə şuranın geniş iclasında müzakirə edilmiş, yığıncaq iştirakçılarına və ictimaiyyət nümayəndələrinə görülmüş işləri əks etdirən film, həyata keçirilən abadlıq-quruculuq işlərinin müqayisəli foto şəkilləri təqdim olunmuşdur.
   Dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” 104 saylı 21.10.2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu il ərzində məqsədyönlü işlər aparılmışdır.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2019-cu il ərzində Nəsimi rayon İcra Hakimiyyətinə vətəndaşların 3116 ərizə və müraciəti daxil olmuşdur. 2018-ci ildə müraciətlərin sayı 3071 təşkil etmişdir.
Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma tikinti-təmirə aid ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 67,4 %-ni təşkil etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, xüsusilə Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, istismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan  sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılanır.
Bu layihələr çərçivəsində 25 məhəllə üzrə söküntü və inşaat işləri 2019-cu ildə də uğurla davam etdirilmişdir. Layihə ərazilərindən müqavilələr bağlanaraq kirayə haqları ödənilməklə sakinlərin və mülkiyyətçilərin müvəqqəti köçürülməsinə dair iri miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu layihələrin başa çatması ilə Nəsimi rayonunda  qəzalı, istismar müddəti bitmiş, yaşayış üçün yararsız vəziyyətdə olan binalarda (evlərdə)  yaşayan  ailələr 3000 yuxarı yeni, tam təmirli, sahəsi əvvəlkindən geniş olan mənzillərlə təmin ediləcəklər. Bununla da mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəyyən qisminin uzun illər etdikləri müraciətlər öz həllini tapacaqdır.
Qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq 2012-ci ildə yaradılmış Nəsimi Rayon İcra Hakimiyyətinin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası olmadığından uzun illər  sakinlərə normal xidmət göstərilməsinə lazımi şərait olmamışdır. Bu istiqamətdə Rayon İcra Hakimiyyəti tərəfindən 2018-2019-cu illərdə müvafiq işlər aparılaraq ərazisində 90 mindən çox sakinin yaşadığı 1 nömrəli Sahə İƏD nümayəndəliyi üçün 20 Yanvar küçəsi 19b ünvanda 2019-cu ilin dekabr ayında inzibati binanın istifadəyə verilməsi sakinlərin müraciətlərinin operativ həllində mühüm əhəmiyyət kəsb edir.
Əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu il ərzində bu qəbildən olan insanlara diqqət nəzarətdə saxlanmış, 16 mindən çox sakinə mütəmadi olaraq yardımlar, maddi köməkliklər, məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən mənzillərin təmiri üçün inşaat materiallarının ayrılması, sağlamlıq, yay istirahət düşərgələrinin, gənclərin və ahılların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı köməkliklər göstərilmişdir.
Rayon ərazisində ardıcıl abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması  əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin sayının əvvəlki dövrlə müqayisədə 2,7 dəfə azalmasına səbəb olmuşdur.
Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması, əsaslandırılmış cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, hər rübün yekununa görə ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq RİH Başçısı yanında Şuranın yığıncağında məlumatlar verilmişdir.
2019-cu ildə rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytına yerləşdirilmişdir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən  il ərzində keçirilən çoxsaylı səyyar qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda aparılan işlər barədə onlara ətraflı məlumatlar verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması və həlli ilə bağlı müvafiq tədbirlər görülmüş, müraciətlərin 44%-i həllini tapmışdır.
Bildirirk ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının Aparatı üzrə sənədlər daimi fəaliyyət göstərən “Sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası” tərəfindən ekspertizadan keçirilmişdir. 2014-cü ilin daimi saxlanılan sənədləri seçilib  qaydaya salınaraq mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir. 2014-cü və 2016-cı illər üzrə saxlama müddəti başa çatmış, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlər və işlər ayrılaraq məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidenti Adminimtsrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mərkəzi respublika qəzetlərində 2019-cu ilin 07-08 fevral tarixində dərc edilmiş «Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir» başlığı ilə geniş məqaləsində vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıda duran vəzifələri, mövcud nöqsanların aradan qaldırılması istiqamətləri müəyyənləşdirmiş, RİH və yerli strukturların məsul əməkdaşları tərəfindən irəli gələn vəzifələrlə bağlı müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın, hesabat yığıncaqlarında tənqidi qeydlərin icrasının vəziyyəti il ərzində nəzarətdə saxlanmış, irəli gələn vəzifələrin həlli istiqamətində zəruri tədbirlər görülməsi təmin edilmişdir.
2019-cu ilin yanvar və fevral ayında RİHB-nın 1 nömrəli, 2 nömrəli, 3 nömrəli Sahə İƏD nümayəndələrinin hesabat yığıncaqlarında, RİH Başçısının ilin yekununa dair hesabat yığıncağında səslənmiş tənqidi qeydlər və təkliflərlə bağlı il ərzində müvafiq tədbirlər həyata keçirilmiş, abadlıq, təmir, qaz, elektrik enerjisi, su  və kanalizasiya, istilik enerjisi təchizatının yaxşılaşdırılması, “Bizim həyət” və “Abad həyət” layihələri, infrastrukturların salınması və qorunması üzrə məsələlərin əksəriyyəti həll edilmişdir. 3 nömrəli Sahə İƏD nümayəndəlikləri üçün inzibati binanın tikintisi məsələsinin həlli torpaq sahəsinin məhdudluğu səbəbindən mümkün olmamışdır.
İl ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2019-cu il üçün təsdiq olunmuş tədbilər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.
Аzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 13 yanvar 2019-cu il tarixdə 2019-cu ilin yekunlarına həsr olunan müşavirədəki  nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər