Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmşdir
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Süleymanova Səadət, İbrahimov Abbas, Ələkbərova Nabat, Məmmədov Cavad və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüyünün təmiri, söhbətgah quraşdırılması, su xəttinin təmiri, qəzalı ağacın götürülməsi, həyətin abadlaşdırılması barədə müraciətlər etdilər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə sakinlərə məlumat vermişdir.