Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Novruzova Lətifə, Şamilov Rakif, Mehdiyev Asif, İslamova Könül, Quliyeva İncibəyim və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, özəl şirkətə məxsus sahənin sanitar vəziyyəti, su xəttinin təmiri, qəzalı binanın pilot layihəyə salınması barədə müraciətlər etmişlər.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən ardıcıl, irimiqyaslı işlər geniş olaraq qeyd edilmiş, sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər barədə məlumatlar verilmişdir.