Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, Alatava adlanan ərazidə sakinlərlə görüşmüşdür. O, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Sakinlər su xəttinin təmiri, asfalt örtüyünün yenilənməsi ilə bağlı müraciətlər etmişlər.
Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər görüş zamanı inşaat normalarına cavab verməyən, əksəriyyəti özbaşına tikililərdən ibarət olan Alatava ərazisinin yenidən qurularaq mənzil şəraitlərinin yaxşılaşdırılması istəklərində olduqlarını bildirmişlər. Bu kimi ərazilərin müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulması məsələlərinə baxıldığı barədə sakinlərə müvafiq izahat verilmişdir.