Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” mövzusunda silsilə tədbirlər davam edir
Fevralın 21-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 211 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirildi. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şahin Zeynalov, RİH-nin məsul əməkdaşları Vəfa Həsənbəyli və Emin Hüseynov, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev, Nəsimi rayon Polis İdarəsinin Narkomaniyaya qarşı mübarizə şöbəsinin rəisi Valeh Əliyev, YYÇ-la iş bölməsinin rəisi mayor Firdovsi Əsədli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimləri, məktəbin direktoru Həcər Mahmudova, şagirdlər və müəllimlər iştirak etdilər. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.
Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli bukletlər paylanılmış və şagirdləri maraqlandıran suallar cavablandırıldı. Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən barət sərgi təşkil olundu.