Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam edir

28 fevral 2020 | 16:00

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarının icrası olaraq paytaxt Bakımızda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunun həm mərkəzində, həm də mikrorayonlarda aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır  və bu işlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirməkdədirlər.

Hazırda Moskva prospekti ilə  20 Yanvar küçəsinin kəsişməsində inşası başa çatmaq üzrə olan yerüstü piyada keçidinin ətrafında abadlıq işləri aparılaraq 1000 kv.m. qazon sahəsi salınmış, ağaclar və gül kolları əkilmiş,  ətrafdakı binaların fasadlarında rənglənmə və digər təmir işləri  görülmüşdür.

Cavadxan küçəsi 10,12,16,18 ünvanlardakı binalarda və bu əhatədəki məhəllələrdə yenidənqurma, təmir işləri davam etdirilir. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılır, mövcud ağaclar budanır, səliqə-səhman yaradılır.

Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciətləri və yerlərdən  olan təkliflər nəzərə alınaraq yeni layihələr müzakirə olunur.

 

Keçidlər