Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbulda

03 mart 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir.

Sakinlərdən  Bahadur Cavadov, Vüsalə Məmmədova, Səlbi Əhmədova, Rafiq Mehdiyev, Kəmalə Hacıyeva və  digərləri  bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil məsələsi, yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olması, qəzalı vəziyyətdə olan binalar, ünvanlı sosial yardım göstərilməsi,  həyətin işıqlandırılması, dam örtüyünün və eyvanın, kanalizasiya xəttinin təmiri, ağacların budanması barədə müraciətlər etmişlər.

Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan,  Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər