Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işlərinə başlanılıb
Dünyanın bir neçə ölkəsində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işlərinə start verilib.
Rayon ərazisində fəaliyyət göstərən ali, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələrdə, iri ticarət obyektlərində-bazarlarda, yaşayış evlərinin girişlərində, ümumi istifadə olunan yerlərdə və zibil meydançalarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlərinə başlanılmış, bu işlərin virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulmuşdur.