Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür

12 mart 2020 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, Azər Əliyev  küçəsi ərazisində sakinlərlə görüşmüşdür. RİH başçısı  hazırda  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ”Bizim həyət” layihəsi çərçivəsində  uğurla həyata keçirilən   genişmiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olarkən  o, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Əvvəlki görüşdə səkinin genişləndirilməsi istəyi ilə bağlı müraciətləri nəzərə alınaraq məsələnin müsbət həll edilməsindən sakinlər razılıqlarını bildirmişlər.

Eyni zamanda layihə çərçivəsində davam edən işlər, o cümlədən binalara yeni liftlərin quraşdırılması, abadlaşdırılan həyətdə başqa tikintilərin aparılmasının məqsədəuyğun olmaması barədə sakinlər tərəfindən  qaldırılan məsələlər müzakirə edilmişdir.

Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər