Sakinlərin müraciətləri Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir
12 mart 2020 | 16:00
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov A.Bakıxanov küçəsi küçəsi 42 ünvanda ərazisində sakinlərlə görüşmüşdür. O, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Eyni zamanda həyətdə uşaqlar üçün idman meydançasının yaradılması, başqa tikintilərin aparılmasının məqsədəuyğun olmaması barədə sakinlər tərəfindən qaldırılan məsələlər müzakirə edilmişdir.
Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.