Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir.
Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir.
Rayon ərazisində fəaliyyət göstərən ali, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələrdə, iri ticarət obyektlərində-bazarlarda, yaşayış evlərinin girişlərində, ümumi istifadə olunan yerlərdə, liftlərdə və zibil meydançalarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlərinə başlanılmış, bu işlərin virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulmuşdur. Hal-hazırdək 1131 yaşayış binasında, 258 konteyner meydançasında və digər ümumi istifadə olunan yerlərdə dezinfeksiya işləri aparılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.