Novruz Bayramı ilə əlaqədar Nəsimi rayonunda ənənəvi olaraq imkansız ailələrə bayram payları təqdim olunmuşdur
Xalqımızın əziz bayramlarından olan Novruz Bayramının Respublikamızın hər bir rayonunda olduğu kimi paytaxtımızın Nəsimi rayonunda da geniş şəkildə qeyd olunması ilə əlaqədar RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.
Bayram ərəfəsində rayonda başlanılmış geniş abadlıq və quruculuq işləri davam etdirilir, tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan ailələrə Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunur.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin bayram ərəfəsində cəbhə bölgələrində olaraq xidmət edən əsgərlərimizi bayram münasibəti ilə təbrik etmələri Nəsimi rayonunda ənənə halını almışdır.
Novruz bayramı tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətində Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Qızıl Aypara, Gözdən Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin rayon şöbələrinin üzvlərinə ərzaq payları verilmişdir.
Novruz bayramı münasibətilə ümumilikdə 3000-dən artıq ailəyə bayram sovqatları paylanılmış, yataq xəstələrinin bayram payları isə evlərinə çatdırılmışdır.