Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda dezinfeksiyaedici tədbirlər davam etdirilir

22 mart 2020 | 16:00

Dünyanın bir sıra  ölkələrində  yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Nəsimi rayonunda da   bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq  başlanılmış dezinfeksiya işləri və koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması  ilə əlaqədar  təxirəsalınmaz tədbirlər davam etdirilir.

Rayonda  bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Rayon Qərargahının sədri Asif  Əsgərov xüsusi yaradılmış dezinfeksiya işlərini aparan qurupların üzvləri ilə görüşərək onlara müvafiq tövsiyyələr vermişdir.

 Bildirilmişdir ki, yaradılmış monitorinq qrupları mütamadi olaraq rayon ərazisində monitorinqlər aparır və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təcili tədbirlər həyata keçirirlər. Eyni zamanda əlavə qabaqlayıcı tədbir kimi maarifləndirmə işlərinin aparılmasının zəruriliyi qeyd olunmuşdur.

 

Keçidlər