Nəsimi rayonu ərazisində dezinfeksiyaedici tədbirlər davam etdirilir.
24 mart 2020 | 16:00
Nəsimi rayonunda koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq başlanılmış dezinfeksiya işləri ilə əlaqədar təxirəsalınmaz tədbirlər davam etdirilir. İçlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunurlar.