Nəsimi rayonunda 65 yaşdan yuxarı sakinlərə ərzaq bağlamaları çatdırılmışdır.
31 mart 2020 | 16:00
Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlərin siyahısı dəqiqləşdirilmiş, RİH əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılaraq problemləri və ehtiyacları öyrənilmişdir. Həmin kateqoriyadan olan 50 ailəyə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, operativ qərargahın telefon nömrələri onlara verilmişdir. Həmin ailələr mütəmadi olaraq RİH əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.