Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir
Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbir olaraq başlanılmış dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunur.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.