Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH-ti “Cratos” və “Niaqara” rəhbərliyi ilə birgə sosial aksiya həyata keçirib

14 aprel 2020 | 16:00

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti “Cratos” və “Niaqara” rəhbərliyi ilə birgə sosial aksiya keçirib.

Aksiya çərçivəsində qeyd olunan həssas kateqoriyadan olan 500 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

 

Keçidlər