Nəsimi rayonunda aztəminatlı ailələrə yardım tədbirləri davam etdirilir
Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış sosial aksiya davam etdirilir.
Aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.