Nəsimi rayonunda qanvermə aksiyası keçirilib
24 aprel 2020 | 16:00
İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivləri də qoşularaq aksiyada fəal iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.