Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti sosial aksiya keçirilib

07 may 2020 | 16:00

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə  qarşıdan gələn faşizm üzərində qələbənin 75-ci ildönümü  münasibətilə    1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dəstək olmaq məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti  tərəfindən növbəti sosial aksiya keçirilib.

Aksiya çərçivəsində  icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar  elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

Keçidlər