Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda sosial aksiyalar davam etdirilir

12 may 2020 | 16:00

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və  sosial qayğıya ehtiyacı olan aztəminatlı  ailələrə dəstək olmaq məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti  tərəfindən növbəti sosial aksiya keçirilib.

  Aksiya çərçivəsində  icra hakimiyyətinin əməkdaşları tərəfindən 1 saylı Körpələr-Uşaq evində saxlanılan   valideyn himyaəsindən məhrum olmuş uşaqların  gündəlik istifadələri üçün gigiyenik vasitələr və ərzaq məhsullarından ibarət sovqatlar onlara çatdırılmışdır.

   Sosial qayğıya ehtiyacı olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılaraq onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

  Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar  elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

Keçidlər