Nəsimi rayon İcra Hakimiyyətində videomüşavirə keçirilmişdir.
Nəsimi rayonunda rayon İcra Hakimiyyəti Başçısının sədrliyi ilə İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin , rayon Bələdiyyəsi sədrinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi rəisinin, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələri rəhbərlərinin, ictimai təşkilatların rayon şöbələrinin sədrlərinin və bir qrup könüllülərin iştirakı ilə geniş tərkibli videomüşavirə keçirilmişdir.
Müşavirədə ölkə başçısı İlham Əliyevin 01-14 may 2020-ci il tarixlərində keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə məlumatlar verilib. Rayon İcra Hakimiyyətinin Baçşısı Asif Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə COVİD - 19 pandemiyasına qarşı aparılan mübarizənin öz bəhrəsini verdiyini bildirdi. Asif Əsgərov çıxışına davam edərək qeyd etdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında vaxtında görülmüş qabaqlayıcı profilaktik tədbirlər nəticəsində bu virusun ölkəmizdə geniş fəsadlar yaratmasının qarşısı alındı, belə bir çətin günlərdə respublikada xalqla prezidentin birliyi bir daha sübut olundu. Respublikamızda keçirilən humanitar və sosial aksiyaların təşkilindən danışan natiq bu işlərdəki əvəzsiz xidmətlərinə görə rayon sakinləri adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirdi.
Asif Əsgərov son günlərdə vəzifə səlahiyyətlərindən öz mənafelərinə uyğun istifadə edən şəxslərin qanunla cəzalandırılmasının ölkə başçısının qarşıya qoyduğu tapşırıqların icrasında hər kəsin şəffaf olunmalı olduğunun sübutu olduğunu qeyd etdi.
Müşavirədə çıxış edənlər 01-14 may tarixlərində ölkə başçısı cənab İlham Əliyevin iştirak etdiyi mühüm görüşlər barədə və imzaladığı fərman və sərəncamlar haqqında məlumatlar verərək Respublika prezidentinin iştirakı ilə Qoşulmama hərəkatının təmas qrupu formatında Zirvə görüşü, Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinzonların istehsalı müəssisəsinin və modul tipli xəstəxana komplekərinin açılış mərasimlərindəki çıxışları, Azərbaycan Respublikasının yeni baş prokurorunun və Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni başçısının videoqəbulu zamanı söylədiyi fikirlər, tapşırıq və tövsiyyələr barədə məlumatlar verdilər.
Videomüşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin ictimai –siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, həyata keçirən layihələr haqqında məlumatların ətraflı öyrənilməsi və əhaliyə çatdırılması xüsusi qeyd olundu.