Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda AKƏM tərəfindən sakinlərə tibbi maskalar paylanılıb

20 may 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  keçirilən tədbirlər çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllüləri və Nəsimi Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri tərəfindən rayonun əhalinin sıx toplaşdığı ərazilərində vətəndaşlara 3000-dən çox pulsuz tibbi maskalar paylanılmış,  karantin qaydalarının yumşaldılması ilə əlaqədar rayon sakinlərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunmuş, onlarla maarifləndirici söhbətlər aparılmışdır.
 

Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər