Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda AKƏM tərəfindən sakinlərə tibbi maskaların paylanılması davam etdirilir.

21 may 2020 | 16:00

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllüləri və Nəsimi Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri tərəfindən rayonun əhalinin sıx toplaşdığı ərazilərində vətəndaşlara  pulsuz tibbi maskaların paylanılması davam etdirilir. 

Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər