Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Olimpiya Komitəsi “Olimpiya günü”nü eyvanlara çıxan sakinlər ilə qeyd etdi

22 may 2020 | 16:00

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkilatçılığı və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə,  həmçinin Olimpiya mükafatçısı Rəsul Çunayev və Azərbaycan Çerlidinq Federasiyasının Milli yığma komandasıının üzvlərinin iştirakı ilə Olimpiya günü qeyd olunub Tədbirin əsas məqsədi  xüsusi karantin rejimində  əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etmək olub.

Tədbiri yaşadıqları mənzillərin eyvanlarından  izləyən sakinlər Azərbaycan Çerlidinq Federasiyasının Milli yığma komandasının üzvlərinin təqdim etdiyi hərəkətləri təkrarlayıblar. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən sakinlər MOK-un hədiyyələri ilə mükafatlandırılıb. Yunan-roma güləşçisi və müvafiq idman növündə Rio 2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa Çempionatlarının qızıl mükafatçısı, Bakı 2015 Avropa Oyunlarının çempionu, “Şöhrət” ordenli Rəsul Çunayevin çıxışı və rəqsi tədbirdə əsl çoşquya səbəb olub.

Keçidlər