Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar onlayn tədbir keçirilmişdir

02 iyun 2020 | 16:00

Uşaqların  sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə  rayon İcra Hakimiyyəti tərəfindən hər il uşaqlar üçün maraqlı bayram tədbirləri  keçirilir.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq  rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  100-dən artıq istedadlı uşaqlarının  iştirakı ilə onlayn tədbir keçirilmişdir.  Uşaqlar  şer və mahnılar ifa etmiş, rəqslər edərək şənlənmişlər.

Rayon İcra Hakimiyyətinin könüllüləri də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon  ərazisində yerləşən park və bağlarda uşaqlarla maarifləndirmə işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq istifadə etməyi, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyyə edərək onlara tibbi maskalar və digər hədiyyələr təqdim etmişlər.

Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə   rayon İcra Hakimiyyəti tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 saylı Körpələr Evinə  bayram sovqatı  aparılmışdır.

Keçidlər