Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, Azər Əliyev küçəsi 5, 5a, 7, 9, 9a və Ak.Həsən Əliyev küçəsi 1d, Ceyhun Səlimov küçəsi 7,9 ünvanlarda sakinlərin istəyi ilə görüş keçirmişdir.
O, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Görüş zamanı həyətin abadlığı ilə bağlı əvvəl verilmiş tapşırıqların icrasının gedişi, su təchizatının yaxşılaşdırılması barədə Xidmət sahələrinin rəhbərləri məlumatlar vermiş və sakinlərlə birlikdə müzakirələr aparılmışdır.
Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüş əsnasında hazırda aktual məsələ olan koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair karantin rejimi dövründə hamılıqla tibbi maskadan istifadənin, təmizlik və sanitar normaların gözlənilməsinin zəruriliyi qeyd edilmiş, tibbi maskalar verilərək lazımi tövsiyələr edilmişdir.