Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda dezinfeksiya işləri davam etdirilir

08 iyun 2020 | 16:00

Nəsimi rayonu ərazisində  koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir. 
Sərt karantin rejiminin tətbiq olunması və paytaxt sakinlərinin evlərdə olduqları nəzərə alınaraq rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülür.

Keçidlər