Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda sosial aksiyalar davam etdirilir

09 iyun 2020 | 16:00

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı  ailələrə  dəstək olmaq məqsədilə rayonda başlanılmış sosial aksiyalar davam etdirilir.

Aksiya çərçivəsində  icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir,  digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq tövsiyyə olunur.

Xüsusi karantin rejimi dövründə vətəndaşların online qəbulu keçirilir, onların online qəbulda qaldırdıqları məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilir.

4-cü sinif şagirdi Abbaslı Yusif  Səccad oğlunun müraciəti nəzərə alınaraq Rayon İcra Hakimiyyəti tərəfindən ona Notebook hədiyyə edilmiş, ailələrinə isə müxtəlif növ ərzaqlardan ibarət   ərzaq bağlaması təqdim edilmişdir

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar  elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

Keçidlər