Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

16 iyun 2020 | 16:00

Bakı şəhərində  aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırda Moskva prospekti  boyunca  46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılır, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır,  görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə təmizlik işləri aparılır, yeni yaşıllıq zolaqları salınır, səliqə-səhman yaradılır.
Görülmüş  işlər çərçivəsində 1000 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 200 kv.m-dən artıq səki daşları yenilənmiş, 250 p/m  yeni bardür quraşdırılmış, yaşılııqların sulanması üçün yeni su xəttləri çəkilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Keçidlər