Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ərazisində sakinlərlə görüşmüşdür. RİH başçısı hazırda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olarkən o, H.Seyidzadə küçəsi 1,2, 2A binalarının sakinlərini narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.
Eyni zamanda layihə çərçivəsində davam edən işlər, su kanalizasiya sistemində yenidənqurma, drenaj işlərinin aparılması, binalara yeni liftlərin quraşdırılması, abadlıqla bağlı digər məsələlər barədə sakinlərlə müzakirələr aparılmışdır.
Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.