Şriftin ölçüsü :

Saytın rəngi :

Niderland dövlətinin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığı başlanır

25 iyun 2020 | 16:00

Niderland Bələdiyyələr Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikasının yerli idarəetmə qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının kordinatoru Tofiq Həsənovun, Assosiasiyanın məsləhətçisi, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin katibi Rövşən Məmmədovun, Bakı şəhəri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalovun iştirakı ilə video-müzakirə keçirilmişdir.

Niderland Bələdiyyələr Assosiasiyasının Beynəlxalq əməkdaşlıq Agentliyinin Avropa, Asiya və Şimali Afrika ölkələri üzrə layihə menecerləri Julia Westerveld və Stan Abma ilə aparılan video-müzakirədə Pandemiyadan sonra tanışlıq və təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, yerli idarəetmə qurumlarının işinin təkmilləşdirilməsi üçün birgə layihələrin reallaşdırılması məsələləri barədə təkliflər nəzərdən keçirilmişdir. Qeyd edilmişdir ki, Niderland dövlətinin şəhər təsərrüfatının idarə edilməsi, kənd təsərrüfatının inkişafı, Suvarma sistemi, o cümlədən damcı suvarma texnalogiyasının yayılması ilə uğurlu layihələrin dəstəklənməsi və bu məqsədlə pilot şəhər və rayonların müəyyənləşdirilməsi imkanları nəzərdən keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, digər Avropa ölkələri yerli idarəetmə orqanları və onların Assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində növbəti video-müzakirələr 2020-ci ilin iyul ayında Polşa və Belçika dövlətlərinin müvafiq qurumları ilə həyata keçiriləcəkdir. 

Keçidlər