Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırda Moskva prospekti boyunca 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri davam etdirilir, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır, görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə təmizlik işləri aparılır, yeni yaşıllıq zolaqları salınır.
Görülmüş işlər çərçivəsində 1200 kv.m-dən artıq qazon örtüyü vurulmuş, 500 kv.m-dən artıq səki daşları yenilənmiş, 250 p/m yeni bardür quraşdırılmış, yaşılııqların sulanması üçün 1000 kv.m-ə yaxın yeni su xəttləri çəkilmişdir. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.